Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


Cədvəl 1 Elmi biliyin təkamülünün nəzəri, praktiki əhəmiyyəti və meyarları



Yüklə 0,98 Mb.
səhifə2/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   2   3   4   5   6   7   8   9   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

Cədvəl 1
Elmi biliyin təkamülünün nəzəri, praktiki əhəmiyyəti və meyarları

Elmi problemin həlli prosesi

Aparılmış tədqiqatların nəticələri

Elmi biliklərin təkamülü

Elmi biliyin təkamülünün intellektual məhsulu

1

2

3

4

Elmi problemin qoyuluşu və həlli üçün faktların seçilməsi və təhlili




Yeni nəzəri bilik
İdrak fəaliyyəti istiqamətləri üzrə kəşflər

Mövcud biliklərin və kəşflərin
maddiləşdirilməsi haqqında elmi-texniki ideyaların axtarışı və onların irəli sürülməsi

Biliklərdən və kəşflərdən istifadə edilməsinin yeni metodlarının əsaslandırılması və eksperimental yoxlanılması

Tədqiqat istiqamətləri üzrə hipotezlərin irəli sürülməsi və onların faktlar əsasında yoxlanması

Elmi biliklər potensialının ümumiləşdirilməsi

Elmi bilik sahələri üzrə dərsliklər və tədris–metodik ədəbiyyat nəşri

Təhsil sahəsində elmi-pedoqoji kadrların və mühəndis – texniki işçilərin hazırlanması



1.4.  Müasir dövrdə FNA-ların və axtarış xarakterli ETİ-nin nəticələri əsasında alınan intellektual məhsullar olmadan yüksək elmtutumlu və yeniliyi ilə seçilən rəqabətqabiliyyətli məhsulların yaradılması praktiki olaraq qeyri – mümkündür. Sənaye cəhətdən inkişaf etmiş bütün ölkələrdə ictimai istehsalın son məhsulunun intellektual tərkib hissəsinin artırılmasına yönəldilmiş innovasiya fəaliyyətinin inkişafına böyük əhəmiyyət verilir. Ona görə də tətbiqi ETİ və təcrübi – konstruktor işlərinin və eləcə də layihə - texnoloji işlərin (LTİ) yerinə yetirilməsi elmi biliklərdən daha dolğun istifadə edilməsinə əsaslanır, bu isə yeni məhsulun yüksək rəqabətqabiliyyətini təmin edir.
Bütövlükdə innovasiya fəaliyyəti sistemində tətbiqi araşdırmalar və tədqiqatlar axtarış xarakterli ETİ-dən sonra aparılır. Mahiyyət etibarilə, ETİ texniki – konstruktor işləmələrindən (TKİ -dən) əvvəl və ya onunla paralel, yaxud ondan sonra aparıla bilər, eləcə də bu işlərin müstəqil istiqamətləri ola bilər (məsələn, istehsalın təşkili, idarəetmə sistemlərinin layihələndirilməsi və s. sahələrdə).
TKİ-dən əvvəl aparılan tətbiqi ETİ-nin əsas məqsədləri ictimai istehsalın, iqtisadiyyatın bu və ya digər tələbatının təmin edilməsi metodunun kəmiyyət xarakteristikalarını müəyyən etməkdən ibarətdir. Bu xarakteristikalar TKİ üçün texniki tapşırıqlarda və ona dair təkliflərdə əks olunur. Onlar TKİ-nin yerinə yetirilməsi prosesində həm eskiz – texniki layihələndirmə mərhələsində, həm də təcrübi nümunələrin hazırlanması və sınaqdan keçirilməsi də daxil olmaqla işçi konstruktor sənədlərinin hazırlanmasında kəmiyyət baxımından təsdiqlənir. Ona görə də mövcud problemin həllinin elmi – texniki axtarışının çoxvariantlı olmasını təmin etmək məqsədilə bir sıra tətbiqi ETİ aparılır. Bu, innovasiya fəaliyyətinin səmərəsini artırır.
1.5.Yeni məhsulun yaradılması prosesində TKİ-dən əvvəl və onlardan sonra aparılan tətbiqi ETİ arasında qarşılıqlı əlaqələr 2 saylı cədvəldə təsvir edilir. Bu işlər bütövlükdə innovasiya fəaliyyəti sisteminin “elm” və “texnologiya” komponentləri üzrə elementləridir.
Texnoloji yönümlü tətbiqi ETİ-lər sahəsində innovasiya fəaliyyəti yeni proseslərin yaradılmasına və inkişaf etdirilməsinə yönəldilir. Bu proseslər sayəsində yeni texnoloji ukladın hakim mövqeyi, ölkənin iqtisadi potensialının yüksəlməsi, milli sərvətlərin artması təmin edilir. Bu halda nəzərə almaq lazımdır ki, texnoloji profilli tətbiqi ETİ aparılması üçün sərf edilən vaxt TKİ ilə müqayisədə xeyli azdır və işlərin hər biri başqa işlərdən asılı olmayaraq aparılır, bu isə yeni məhsulun iqtisadi göstəricilərinə ciddi təsir edir. Bir tətbiqi ETİ-nin aparılması üçün faktiki məsrəflər TKİ-nin yerinə yetirilməsi xərcləri ilə müqayisədə dəfələrlə aşağıdır.
Konstruksiyasının texnolojilik göstəricisinin yaxşılaşdırılması yeni məhsul hazırlanmasının daha qənaətli metodlarını tətbiq etməyə imkan verir. Enerjiqoruyucu texnologiyalar üzrə tətbiqi ETİ isə, öz növbəsində enerji sərfini və məmulatın hazırlanmasının maya dəyərini azaltmağa imkan verir. Bundan əlavə, yeni məmulatın istismarda etibarlılığının artırılması üzrə tətbiqi ETİ uzun illər boyu Yaponiyada sınaqdan keçirildiyi kimi, yeni məhsullar üçün lisenziyalar almaq yolu ilə yeni məhsulun patent saxlayıcısı olan ölkə ilə müqayisədə daha yaxşı hazırlamağa və həmin ölkəni eyni əmtəələr bazarında sıxışdırmağa imkan verir.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə