Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


İnnovasiyanın təhlili göstərir ki, o sosial-iqtisadi xüsusiyyətli funksiyaları



Yüklə 0,98 Mb.
səhifə7/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   2   3   4   5   6   7   8   9   10   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

İnnovasiyanın təhlili göstərir ki, o sosial-iqtisadi xüsusiyyətli funksiyaları yerinə yetirir - təkrar istehsalın yerinə yetirilməsini və həvəsləndirmə funksiyasını yerinə yetirir. İnnovasiya məhsulunun təkrar istehsalın yerinə yetirilməsi funksiyası onu müəyyən edir ki, innovasiya təkrar istehsalın həyata keçirilməsinin başlıca maliyyələşdirmə mənbəyidir. İnnovasiyamn bazarda satışından qazanılan pul vəsaiti işgüzarlıq (sahibkarlıq) mənfəətini yaradır, bu isə maliyyə resursları mənbəyi olmaqla yanaşı innovasiya prosesinin səmərəlilik ölçüsüdür.
Sahibkarlıq mənfəəti istehsal - satış, ticarət investisiya formasında, innovasiya fəaliyyətlərinin genişləndirilməsinə və istehsal həcminin artırılmasına, həmçinin keyfiyyətin yüksəldilməsinə yönəldilə bilər. Beləliklə, innovasiya fəaliyyətindən qazanılan mənfəət və ondan maliyyə resursları mənbəyi kimi istifadə edilməsi, innovasiyarınn geniş təkrar istehsalı funksiyasının mahiyyətini təşkil edir.
İnnovasiya fəaliyyətindən qazanılan mənfəət, eyni zamanda innovasiyamn həvəsləndirmə funksiyasının yerinə yetirilməsini də təmin edir. Belə ki, sahibkar daima istehsalda müxtəlif yeniliklərin tətbiq edilməsinə, istehsalın daha mütərəqqi idarəetmə üsullarından istifadə edilməsinə, geniş marketinq tədqiqatlarının aparılmasına sərf edilir. Bu isə innovasiyamn həvəsləndirmə funksiyasının məzmununu əhatə edir. Biz, indiyə qədər innovasiyanın iqtisadi kateqoriya olduğunu bir necə dəfə vurğulamışdıq. Əslində, innovasiya eyni zamanda sosial kateqoriyadır.
İnnovasiyanın sosial kateqoriya olması aşağıdakılarla səciyyələnir:
• innovasiyamn sosial kateqoriya olmasının birinci fuı siyasi ondan ibarətdir ki, təcrübi olaraq istehsalda bütün t; miliəşdirmələrm, yeniliklərin, ixtiraların tətbiqi yekun nətic; eneıjinin, canlı əmayin məsrəflərini azaldır, yeni məhsul* qüvvələrin istehsala cəlb olunmasına imkan yaradır, əməyin istehsalın səmərəliliyini yüksəldir - beləliklə insanların qəna lilik meyli gücləndirilir;
• innovasiyamn ikinci sosial funksiyası - istehsal edi məhsulun keyfiyyətinin yüksəldilməsidir ki, bu da istehsal istehlak səviyyəsinin yüksəldilməsinə, keyfiyyətli yaşayışa bəb olur;
• innovasiyamn üçiirıcli sosial funksiyası ondan ibarəl ki, məhsulun keyfiyyətinin yüksəldilməsi, istehsal məsrəfi; nin azaldılması və istehlakm mükəmməlləşdirilməsi tələ təklif arasında, istehsalla istehlak arasındakı nisbətlərin sa? nılmasma imkan yaradır;
• insanların innovasiya fəaliyyəti ilə məşğul olması oı rm elmi potensiallarının üzə çıxmalarına və inkişaf etdiriim: rinə, nəhayət intellektual səviyyələrinin yüksəldilməsinə sə olur. Bu isə innovasiyamn dördüncü funksiyasıdır.


3.2.İnnovasiya menecmentinin nəzarət funksiyası
Nəzarət - proqnoz, plan, yazılı və şifahi tapşırıqlar, idarəedici qərarların həyata keçirilməsini təmin edən funksiyadır. Ümumiyyətlə nəzarətin 4 mərhələsini qeyd etmək olar:

    1. Monitorinq və nəticələrin təhlili

    2. Əldə edilmiş nəticələrin plan üzrə müqayisə edilməsi və satışın müəyyən edilməsi

    3. Meydana gəlmiş vəziyyətin nəticələrinin proqnozlaşdırılması

    4. Fəaliyyətin korreksiya edilməsi

Bütün bunlar vaxt, xərc və keyfiyyətə nəzarətdir. Layihə tələb olunan vaxt ərzində yerinə yetirilməlidir. Onun icrası zamanı büdcədən kənarlaşmamalıdır və əmtəə keyfiyyətinin lazımı səviyyədə saxlanması həyata keçirilməlidir. İnnovasiya layihələrində vaxt amilinin düzgün təhlili və əldə olunan nəticələrə riayət edilməsi gələcəkdə hər üç parametr üzrə işlərin düzgün getməsinə imkan verir. Çünki, əgər işlər uzanarsa xərclər artar. Nəticədə əmtəə keyfiyyətinə şübhə ilə yanaşmaq olar. Buna görə də planların icrası və təqvim üzrə nəzarət metodu innovasiya layihələri üçün çox səmərəli metod hesab olunur.
Xərclər üzrə nəzarət metodu dedikdə faktiki xərclər ilə büdcə xərclərinin müqayisəsi
başa düşülür. Bu kimi müqayisə layihənin xərclərinin proqnozlaşdırılmasına imkan verir. Büdcə xərclərinin vəzifəsi ilkin buraxılışların reallaşması və çatışmazlıqların aradan qaldırılmasıdır. Layihə səmərəliyinin əsas parametrlərindən biri də işin keyfiyyətidir. Yəni, götürülən iş sifarişçini nə dərəcədə qane edir. Keyfiyyətin təminatı bütün layihə işlərinin keyfiyyətinin xarakterinə uyğun olması təmin edilən tədbirlər kompleksidir. Keyfiyyət, nəzarəti tələb olunan standartlardan uzaqlaşmanın ləğv edilməsi üçün yoxlanılmış və dəyişənlərin tətbiqi üzrə texniki texnoloji tədbirlər kompleksidir.


3.3. İnnovasiya menecmentinin dördüncü funksiyası motivləşmə funksiyasıdır. Motivləşdirmə - menecmentin funksiyası olmaqla, özünü və digər müəssisələri bu və ya digər işlərin həyata keçirilməsinə inandırmaq üçün istifadə edilir. Motivləşmə işlərin bütün mərhələlərində xərclərin müəyyən edilməsini nəzərdə tutur. Bu proses bir neçə metodla həyata keçirilə bilər:

  1. Mövcud vasitə və imkanlara görə müəyyən edilir

  2. Məcmu satışa görə faizlə müəyyən edilmə metodu

  3. Ümumi sahə üstünlüklərini xarakterizə edən rəqabət münasibəti metodu

  4. Konkret məqsəd və vəzifələrə görə müəyyənləşməsi metodu

Motivləşdirmə innovasiya layihələrində bütün fəaliyyətləri əhatə edir. Hər bir istiqamət üzrə motivləşdirmə vasitələri iki yerə ayrılır:

  1. Məsələnin həlli ilə əlaqədar bütün xərclərin ödənilməsinə

  2. İnnovasiya layihəsində iştirak edən işçilərin əlavə əmək haqlarının ödənilməsinə



3.4. Koordinasiya menecmentin əsas funksiyası olmaqla əlaqələrin saxlanılması, sistem komponentlərinin birgə fəaliyyətinin təmini, plan və vəzifələrin operativ həyata keçirilməsi, bu funksiyanın vasitəsilə həyata keçirilir. Koordinasiya ən çətin funksiya hesab olunur və onun icrası menecerlər tərəfindən həyata keçirilir. Koordinasiya istənilən funksiya, sistemin istənilən komponentləri və ətraf mühitin əsasında icra oluna bilər. Həyata keçirmək üçün müxtəlif metodlardan, texniki vasitələrdən və digər kommersiya əlaqələrindən istifadə edilə bilər.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə