Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


MÖVZU: 2. İnnovasiya prosesinin nəzəri və metodoloji əsasları



Yüklə 0,98 Mb.
səhifə4/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   2   3   4   5   6   7   8   9   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

MÖVZU: 2. İnnovasiya prosesinin nəzəri və metodoloji əsasları.
PLAN

    1. İnnovasiya prosesinin nəzəri mərhələləri

    2. İnnovasiya prosesinin məqsədi və həll elədiyi məsələlər.

    3. İnnovasiyaların təsnifatı.

    4. Innovasiya prosesinin komponentləri

    5. Innovasiya prosesinin strukturu

2.1. Bazar iqtisadiyyatı şəraitində istehsalı dünya standartları səviyyəsində təşkil etmək üçün ETT-nin son nailiyyətlərindən istifadə etmək zəruridir. Sənaye sahələrində innovasiyaların istehsalı üzrə tədbirlərin istehsal amillərindən biri olan əsas istehsal fondları vasitəsi ilə reallaşdırılır. Yeni texniki parametrlərin təkmilləşdirilməsi vasitəsilə həyata keçirilir. Bu təkmilləşdirməyə müasir şəraitdə bir istiqamət də əlavə edilir ki, yəni, idarəetmə metodları, yəni innovasiya marketinqinin elmi tədqiqatları tədqiqi nəticəsində istehsalat prosesinin təkmilləşdirilməsidir. İnnovasiya istehsalatda və bazarda istifadə olunduqda tədqiq olunmuş hesab olunur. İnnovasiya elmi-texnoloji proseslərlə sıx əlaqədardır.
İnnovasiya menecmenti idarəetmə prosesini öyrənməzdən əvvəl, innovasiyanın mahiyyətini, zəruriliyini şərh edir. İnnovasiya ingilis sözü olub, mənası - yenilik deməkdir. İnnovasiya menecmenti yenilik etmə və ya yeniliklərin tədqiqi üzrə istehsalın əsas fonları vasitəsilə texniki parametrlərin təkmilləşməsi üzrə reallaşan tədbirlərdir. İnnovasiya menecmenti tələb olunan məhsul bazarının yaradılmasına yönəldilir. İnnovasiya menecmenti onun fəaliyyət göstərdiyi sosial-iqtisadi mühitdən asılıdır.
Azərbaycanda innovasiya proseslərinin dövlət tənzimlənməsinin strukturu və funksiyaları
Dövlət innovasiya fəaliyyətində öz rolunu innovasiya siyasətini həyata keçirmək və innovasiya sistemini yaratmaqla oynayır və ölkənin intellektual və elmi-texniki potensialdan istehsalatda səmərələi istifadə olunmasını təmin edir.
İnnovasiya fəaliyyətinə dövlət dəstəyi:
– innovasiya proseslərinin hüquqi tənzimlənməsi;
– elmi-tədqiqatların və innovasiya layihələrinin təşkili və birbaşa maliyyələşdirilməsi;
– innovasiya fəaliyyətinə büdcədənkənar dəstək yolu ilə təmin olunur.
Dövlət dəstəyi elmi tədqiqatların və innovasiya layihələrinin təşkili və birbaşa maliyyələşdirilməsi yolu ilə iki istiqamətdə həyata keçirilir:
– elmi müəssisələrə elmi-tədqiqat layihə-konstruktor işlərinin icrası üçün büdcədən vəsaitlərin ayrılması;
– dövlətin sifarişi ilə innovasiyalı məhsulun yaradılması.
Birbaşa maliyyələşdirmə ilə innovasiya fəaliyyəti aşağıdakı formada həyata keçirilir:
– dövlətin müxtəlif istiqamətlər üzrə məqsədli proqramlarının işlənməsi və həyata keçirilməsi;
– müxtəlif istiqamətlər üzrə innovasiya fəaliyyətinin inkişafı üçün milli layihələrin həyata keçirilməsi.
–Fundamental və tətbiqi tədqiqatlar üçün istiqamətlər üzrə məqsədli dövlət proqramları
Birbaşa maliyyələşdirilmə fəaliyyəti həyata keçirilən dövlət və milli proqramlar müəyyən müddətlərdə elmi-texniki tərəqqi, texnoloji komplekslər, sağlamlıq, təhsil, yaşayış tərkibi, kənd təsərrüfatı və s. ilə bağlı layihələrin yerinə yetirilməsinə yönəlir.
Azərbaycanda innovasiya sahəsinə birbaşa fəaliyyət göstərən dövlət strukturları aşağıdakılardır:
Azərbaycan Milli Elmlər Akademiyasının tərkibinə daxil olan elmi-tədqiqat qurumları:

  • Geologiya İnstitutu;

  • Fizika İnstitutu;

  • Kimya Problemləri İnstitutu;

  • Kibernetika İnstitutu;

  • İnformatika Texnologiyaları İnstitutu;

  • Neft-Kimya Prosesləri İnstitutu;

  • Azərbaycan Milli Aviakosmik Agentliyinin tərkibinə daxil olan elmi-tədqiqat qurumları;

  • Ekologiya İnstitutu;

  • Aerokosmik İnformatika İnstitutu;

  • Təbii Sərvətlərin Kosmik Tədqiqatı İnstitutu;

  • Xüsusi Kosmik Cihazqayırma Konstruktor Bürosu

Özəl şirkətlər, kampaniyalar, müəssisələr.
Dövlət strukturlarında innovasiya fəaliyyəti hər bir qurumun qarşısında duran vəzifələr çərçivəsində həyata keçirilir.
İnnovasiya fəaliyyətində dövlət orqanlarının əsas funksiyaları aşağıdakılardır:
– innovasiya proseslərinin hüquqi bazalarının yaradılması;
– elmi-tədqiqatlar və innovasiyalar üçün vəsaitlərin toplanması;
– elmi-innovasiya infrastrukturunun formalaşdırılması;
– innovasiya fəaliyyətinin əlaqələndirilməsi;
– innovasiyaların tətbiqinin və rəqabətinin həvəslən-dirilməsi, innovasiya risklərinin sığortalanması;
– innovasiya fəaliyyətinin kadr təminatı;
– innovasiyaların sosial və ekoloji istiqamətləndirilməsinin təminatı;
– innovasiya proseslərinin beynəlxalq aspektlərinin tənzimlənməsi.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə