Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri



Yüklə 0,98 Mb.
səhifə5/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   2   3   4   5   6   7   8   9   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

İnnovasiya təşkilatı müstəqil, yaxud iri təşkilatın strukturunda olan innovasiya prosesinin bir neçə və ya bir mərhələsini həyata keçirən xüsusi bazar subyektidir.
İnnovasiya təşkilatının strukturu:
– onun qarşısında qoyulan məqsəd və vəzifələrlə;
– innovasiyalı məhsulların növü ilə;
– yeniliklərin tətbiq olunduğu sahədəki innovasiya prosesinin xüsusiyyətləri ilə;
– fəaliyyətinin miqyaslı ilə;
– innovasiya fəaliyyətinin maliyyələşdirilməsi üçün innovasiya kapitalının strukturu ilə müəyyən olunur.
Ölçüləri

  • Kiçik

  • Orta

  • İri

Miqyası

  • Milli (öz ölkəsində)

  • Millətlərarası (innovasiya təşkilatına digər ölkələrin təşkilatları daxildir)

  • Xalq təsərrüfatının sahələri

Fəaliyyət vaxt (periodu)

  • Daimi

  • Müvəqqəti

Maliyyələşdirmə mənbələri

  • Dövlət büdcəsi

  • Yerli büdcə

  • Qarışıq maliyyələşdirmə

  • Özəl mənbələrdən maliyyələşdirmə

Təşkilati-hüquqi forma

  • Fərdi sahibkarlar

  • Təsərrüfat birlikləri və cəmiyyətləri

  • İstehsal kooperativləri

  • Unitar müəssisələr

  • Qeyri-kommersiya təşkilatları

İnnovasiya təşkilatlarının strategiyası və strukturu formalaşdırılarkən aşağıdakı prinsiplər əsas götürülür:
– istehsal olunan malların diversifikasiyası;
– müxtəlif növ innovasiyaların tətbiqi nəticəsində mü-kəmməlləşdirilən malların istehsalının vəhdəti;
– elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin dərinləş-dirilməsi və innovasiya fəaliyyətinin aktivləşdirilməsi hesabına malların keyfiyyətinin və enerji qorunmasının artırılması;
– müxtəlif mallara onların rəqabətədavamlılığından asılı olaraq müxtəlif strategiyanın tətbiqi;
– beynəlxalq inteqrasiya və kooperasiyanın inkişafı;
– idarəetmə qərarlarının keyfiyyətinin artırılması.
Vençur innovasiya fəaliyyəti böyük kommersiya riskləri ilə bağlı olan innovasiyalı məhsullar, texnologiyalar və xidmətlər yaratmaq məqsədi güdən fəaliyyət növüdür.
Burada risk amili onunla bağlıdır ki, işlənib hazırlanan yeniliyin texnoloji və kommersiya baxımından səmərəliliyini əvvəlcədən müəyyən etmək mümkün olmur.
Vençur təşkilatları- tədqiqatları, işləmləri və yeni məhsulların təcrübi istehsalını həyata keçirən, təşkilatı cəhətdən ayrı olan ixtisaslaşdırılmış müəssisələrdirlər (kiçik müəssisələrdirlər).
Vençur təşkilatları həm müstəqil hüquqi şəxs statusunda, həm də iri təşkilatın törəmə bölməsi kimi fəaliyyət göstərə bilirlər.
Vençur (riskli) biznesi dünya iqtisadiyyatında ötən əsrin 50-ci illərində yaranmış və güclü dünya industriyasına çevrilərək özünü iqtisadiyyatın real sektorunun dəstəklənməsi və inkişaf etdirilməsi üçün ən səmərəli yanaşma kimi göstərmişdir.
Dünya iqtisadiyyatında vençur kapitalı yarımkeçiricilər elektronikası, hesablama texnikası, informasiya texnologiyaları və biotexnologiya kimi sənaye sahələrinin inkişafında əhəmiyyətli rol oynamışdır.
Ölkə iqtisadiyyatının innovasiyalı inkişaf yoluna yönəl-məsi milli innovasiya sisteminin bir hissəsi olmalıdır. Maliyyə mənbələrinin riskli kapital qoyuluşundan imtina etdiyi mərhə-lədə kiçik və orta innovasiya müəssisələrinə maliyyə yardımı etməklə şirkətlərin yüksək inkişaf tempi təmin edilir və vençurlu investisiyalar elmin və texnikanın nailiyyətlərinin isti-fadəsi əsasında yeni istehsalların yaradılması və mövcud istehsalların modernizə edilməsi işində səmərəli işəsalma me-xanizmi rolunu oynayır. Ölkədə güclü elmi-texniki potensialın olması vençurlu sənayenin inkişafına zəmin yaradır.
İnvestisiyalara gəlir və ya başqa faydalı effekt əldə et-mək məqsədilə sahibkarlıq obyektlərinə qoyulan və yaxud di-gər fəaliyyət növünə yönəldilən pul vəsaitləri, dəyərli kağızlar, digər əmlak, o cümlədən pulla qiymətləndirilə bilən əmlak hü-quqları və digər hüquqlar aid edilir.
Maliyyələşdirmənin vençur forması perspektivə zəmanət olmayanda və risklər əhəmiyyətli olanda elmi tədqiqatların və işləmələrinin nəticələrinin kommersiyalaşdırılmasında və yeni texnoloji biznesin (start up) yaradılmasında əsas hesab olunur.
Bir qayda olaraq riskli (vençurlu) şirkəti yaradanlar şirkət-lərin ilkin inkişaf mərhələsində idarə edilməsi sahəsində çalışmış təcrübəli menecerlərdən, hüquqşünaslardan, alimlərdən və praktiki fəaliyyətlə məşğul olmuş mütəxəssislərdən ibarət ko-manda toplayır və 3-5 il ərzində şirkətin yaradılması, texno-logiyanın işlənməsinin sona çatdırılması və birjaya çıxmaq üçün tələb olunan maliyyə vəsaitini əldə etmək üçün vençur fond-larına (vençur fondlarını idarəedici şirkətə) müraciət edirlər.
İdarəedici şirkət vençur kapitalının idarə edilməsi üçün məsuliyyət daşıyan və ya vençur fondlarına investisiya obyektlə-rinin seçilməsində və qiymətləndirilməsində, memorandumla-rının hazırlanmasında, investisiya qoyulan müəssisələrlə razılaş-maların bağlanmasında, onların fəaliyyətinə nəzarətdə və onlarla birgə işdən “çıxmaqla” məsləhətlər verən hüquqi şəxsdir.
Əksər hallarda investorlar vençur şirkətləri uğur qazan-dıqdan və onların səhmləri fond birjalarında kotirovkalarda olandan sonra əldə etdikləri səhmlərin satışından gəlir əldə et-məyi planlaşdırırlar.
Əgər vençur şirkətləri ilk yeni məhsulu bazara çıxararaq öz kapitallarını artırıb məşhurlaşarlarsa, keçmiş investorlar, bir qayda olaraq, səhmləri sataraq biznesdən çıxır və yeni riskli biznesə gəlirlər.
Vençur şirkətlərinin əməkdaşlarının əsas funksiyalarına tədqiqatların aparılması, avadanlığın yaradılması, texnologiyaların işlənib yoxlanması, məhsulun istehsalı, marketinq, reklam, patentlə müdafiə, riskli şirkətin operativ fəaliyyətinin təmin edilməsi daxildir. Onların şirkətdə intensiv işi və kommersiya nailiyyəti təkcə yüksək əmək haqqı ilə deyil, həm də bütün işçilər tərəfindən şirkətin səhmlərinin alınması ilə təmin edilir və onlar faktiki olaraq şirkətin sahiblərinin sırasına daxil olurlar.
Vençur təşkilatları alim-tədqiqatçılar, yenilikçi-mühəndislər və ya sahibkarlar tərəfindən aşağıdakı komponentlər mövcud olanda yaradılır:
– innovasiyalı ideya- yeni məhsulun və ya texnologiyanın ideyası;
– perspektivli satış bazarının müəyyən etdiyi ictimai tələbat;
– investorun riski hissəcə azalır və vəsaitlərin sonrakı istifadə strategiyası əsaslandırılır;
– yenilikçiyə ideyanı həyata keçirməyə və gəlirin bir hissəsinə sahib olmağa imkan yaradır;
– müəssisəyə sifariş əsasında (əvvəlcədən ödəniş etməklə) təcrübi tətbiq riskini minimallaşdırmaqla innovasiyalı məhsulu istehsal etməyə imkan yaradır.
– maliyyələşdirmə üçün risk kapitalı.
Mənbənin əmələ gəlməsi

  • Daxildən

  • Xaricdən

Maliyyələşdirmə şərtləri

  • Faizsiz

  • Geriqaytarılma-dan

  • Uzunmüddətli mərhələlər

İnvestorlar

  • Sığorta və s. fondlar

  • Dövlət

  • Vençur fondları

  • Müəssisələr

İnnovasiya fəaliyyəti həyata keçirilərkən vençur strukturlarının tətbiqinin üstün cəhətləri aşağıdakılardır:
– investorun riski hissəcə azalır və vəsaitlərin sonrakı istifadə strategiyası əsaslandırılır;
– yenilikçiyə ideyanı həyata keçirməyə və gəlirin bir hissəsinə sahib olmağa imkan yaradır;



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə