Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


İnnovasiya fəaliyyətinə dövlət dəstəyinin əsas istiqamətləri aşağıdakılardır



Yüklə 0,98 Mb.
səhifə14/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   10   11   12   13   14   15   16   17   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

İnnovasiya fəaliyyətinə dövlət dəstəyinin əsas istiqamətləri aşağıdakılardır:
- elmi-teхniki nailiyyətlərin mənimsənilməsi və istehsalın təzələnməsi əsasında məhsulun rəqabət qabiliyyətinin artırılmasını təmin edən innovasiya aktivliyinin yüksəldilməsinə kömək göstərilməsi;
- müasir teхnologiyaların əsasını təşkil edən innovasiyaya hərtərəfli dəstək verilməsi;
- yenilikçilərin, хüsusən kiçik sahibkarlığın dövlət tərəfindən hüquqi qorunması və dəstəklənməsi;
- yenilikçilərə dövlət tərəifndən vergi, kredit, gömrük, amortizasiya, arenda güzəştlərinin yaradılması;
- innovasiya fəaliyyətinin zəruri informasiya ilə dövlət tərəfindən təmin edilməsi;
- sertifikasiya, marketinq tədqiqatları, reklam və yeni məhsulun təchizatı ilə bağlı işlərin aparılmasında yenilikçilərə dövlət tərəfindən kömək göstərilməsi;
- mürəkkəb teхnikanın təmirinin həyata keçirilməsində dövlət köməyinin göstərilməsi.


4.4. İnnovasiya menecmentinin səmərəliyi onun elmi metodologiyası ilə sıx əlaqəlidir. Başqa sözlə desək güclü nəzəriyyəsiz heç bir təcrübə inkişaf edə bilməz. Buna görə də innovasiya menecmentinə yanaşma yolları əhəmiyyət kəsb edir. Bu yanaşma yollarının bir neçəsi haqqında məlumat verək.
1. sistem yanaşma
2. marketinq
3. funksional yanaşma
1. Sistem yanaşma istənilən obyektə giriş və çıxış, əks və ətraf mühiti ilə əlaqəsi olan elementlərin tamlığı kimi yanaşır. Sistem yanaşma ən mürəkkəb yanaşmadır. Bu yanaşmada əsas məqam onun əlamətlərinin seçilməsidir ki, bu da sistemlərin böyüklüyünün mövcudluğu deməkdir. Sistemin öz tərkibi yalnız qarşılıqlı hərəkətin ətraf mühitlə əlaqəsi prosesində əmələ gəlib və əks etdirir. Sistem ətraf mühitin təsirinə reaksiya verir və bu təsirin altında inkişaf edir. Lakin, bununla belə öz xassələrini və keyfiyyət müəyyənliyini qoruyub saxlayır. Hər hansı bir firma açıq obyekt kimi xarici mühitlə təsir olmadan səmərəli fəaliyyət göstərə bilməz. Menecerin əsas vəzifəsi vəziyyətlərin proqnozlaşdırılmasında və sistemin parametrlərinin xarici mühitin faktorlarına adaptasiyasına keçidini təmin etməkdən ibarətdir.
2. Marketinq yanaşması idarəedən alt sistemin menecment sisteminə istiqamətləndirilməsini nəzərdə tutur. Məs: firmanın strateji seçimi mövcud və proqnozlaşdırılan gələcək strateji tələbatların, bazarın strateji seqmentləşdirilməsi, gələcək məhsulların həyat siklinin proqnozlaşdırılması və rəqabət üstünlüklərinin proqnozlaşdırılması əsasında yerinə yetirilir. Marketinq yanaşması firmanın müxtəlif bölmələrinə və məsələlərinə tətbiq etmək lazımdır. Strateji marketinqin funksiyaları ümumilikdə strateji menecmentin ən mürəkkəb problemi olaraq qalır.
3. Funksional yanaşmanın menecmentdə istifadəsinin mahiyyəti ondan ibarətdir ki, ayrı-ayrı funksiyaların cəmi şəklində mövcudluğunu göstərir. Funksiyanın qoyuluşundan sonra bu funksiyanı yerinə yetirmək üçün bir neçə alternativ obyektlər yaradılır və onlardan obyektin həyat dövrü üçün ən az xərc tələb edəni seçilir. Funksional yanaşmanın tətbiqi zamanı mövcud funksiyaları yerinə yetirərkən, mövcud obyektlərdən istehsalçıların tələblərini qane edən yeni obyektlərin yaradıcıları, mövcud və potensial tələbatların həyata keçirilməsi üçün tamamilə yeni texniki üsullar aparılır. Bu yanaşma başqa yanaşmalarla birgə tətbiq olunmalıdır.


4.5. Marketinq yanaşmanın tətbiqi zamanı menecmentin seçim üstünlükləri aşağıdakılardır:
1. İstehsalçının ehtiyaclarına uyğun olaraq obyektin keyfiyyətinin yüksəldilməsi
2. Xidmətin keyfiyyətinin yüksəldilməsi, obyektin keyfiyyət göstəricilərinin yüksəldilməsi və. s amillərin hesabına istehsalçılarda olan resursların qənaəti
3. Menecment sisteminin təkmilləşməsi, elmi texniki tərəqqinin miqyas faktorlarının həyata keçirilməsinə, obyektin istehsalına sərf olunan resursların qənaəti
4. Menecment sisteminin təkmilləşdirilməsi və obyektin istehsalçılarla ünsiyyət qurmasına sərf olunan resursların qənaəti.
Firma strukturunun və məhsulun inkişafına yönəldilən iki yanaşma növü mövcuddur:
1. funksional yanaşma
2. predmet yanaşma
Bu yanaşmalar aşağıdakı əlamətlərlə səciyyələndirilir:

  • Yanaşmanın ideyası

  • Firmanın təşkilatı struktur forması

  • Firma strukturunun istehsal və təşkilati yeniləşmə səviyyəsi

  • Əsas material aktivlərinin vəziyyəti

  • Ştat cədvəlinin yaradılması

  • Yüksək ixtisaslı menecmentlərin və mütəxəssislərin çəkisi

  • Menecerlərin orta əmək haqqı

  • Menecerlərin orta yaşı

  • Firmanın fəaliyyətinin səmərəliliyi və sabitliyi

  • Firmanın rəqabətlik bacarığı

  • Marketinq tədqiqi və dərinliyi

  • Verilmiş məhsulun bazarların tələblərini qane etmək dərəcəsi

  • Məhsulun təkmilləşdirilməsinə texniki yanaşma

  • Məhsulun yeniləşməsi planlaşmasında müqayisəlik bazası

  • Məhsulun yeniləşmə dərəcəsi

  • İnnovasiyaların yaradılmasının və istehsala tətbiqinin əmək tutumu

  • Texnologiyanın innovasiya dərəcəsi

  • İstehsalın və əməyin təkmilləşməsi varisliyi

  • Bazarın mənimsənilməsi

  • Məhsulun rəqabətlilik bacarığı

İlk on əlamət firma strukturunun inkişafına yönəldilən yanaşmalara aiddir. Son on əlamət isə firma məhsulunun inkişafına yönəldilən yanaşmaya aiddir.

  • Birinci əlamətə görə predmet yanaşmada buraxılan modelin və mövcud strukturun təkmilləşməsi həyata keçirilir. Funksional yanaşmada isə bazarın tələbinə uyğun yeni obyekt və struktur yaradılır.

  • İkinci əlamətə görə predmet yanaşmada firmanın təşkilatı strukturu xətti funksional olur, funksional yanaşmada isə problem məqsədli olur.

  • Üçüncü əlamətə görə predmet yanaşmada firmanın istehsal və təşkilatı yeniləşmə səviyyəsi aşağı, funksional yanaşmada isə yuxarı olur.

  • Dördüncü əlamətə görə premet yanaşmada əsas material aktivlərinin vəziyyəti köhnəlmiş, funksional yanaşmada isə yeni olur.

  • Beşinci əlamətə görə predmet yanaşmada işləyən əməkdaşlar struktur bölmələrinə uyğun olaraq tərtib edilir, funksional yanaşmada isə tapşırıqların və funksional şöbələrin parametrlərinə uyğun olaraq tərtib edilir.

  • Predmet yanaşmada menecer və mütəxəssislərin xüsusi çəkisi aşağı olur, funksional yanaşmada yuxarı olur.

  • Orta aylıq əmək haqqları predmet yanaşmada yüksək deyil, funksionalda isə iki dəfə artıq olur.

  • Predmet yanaşmada menecer və mütəxəssislərin orta yaşları 50-55, funksional yanaşmada isə 35-40.

  • Əlamətə görə predmet yanaşmada səmərəlilik və sabitlik aşağı olur, funksional yanaşmada isə yuxarı olur.

  • Predmet yanaşmada firmanın rəqabətlilik bacarığı yüksək deyil, funksional yanaşmada isə yüksək olur.

  • On birinci əlamətə görə predmet yanaşmada marketinq tədqiqinin dərinliyi və keyfiyyəti nəzərə çarpmayan, funksional yanaşmada isə nəzərə çarpan olur.

  • Predmet yanaşmasında verilmiş məhsullar natamam, funksionalda isə tamdır.

  • Predmet yanaşmada təkmilləşmə əsasında yenilik həyata keçirilir, funksional yanaşmada isə tamamilə yeni məhsul.

  • Predmet yanaşmada rəqabətçilərin ən yaxşı nümunəsi üzə çıxır, funksional yanaşmada isə bazara çıxarılarkən məhsulun rəqabətçilik keyfiyyətlərinə əsaslandırılmış müqayisəlilik bazası yaranır.

  • Məhsulun yeniləşməsi predmet yanaşmada aşağı, funksional yanaşmada isə keyfiyyətcə yeni məhsul yaranır.

  • Predmet yanaşmada əmək tutumu aşağı, funksional yanaşmada yüksək olur.

  • Predmet yanaşmada texnologiyada, innovasiyada aşağı, funksionalda isə yüksək olur.

  • Predmet yanaşmada mövcud olan təşkilatın təkmilləşmə prosesi, funksional yanaşmada isə yeni təşkilatın layihə olunması həyata keçirilir.

  • Predmet yanaşmada bazar tam mənimsənilir, funksional yanaşmada isə köhnə bazarlarla yanaşı təzə bazarlar da əhatə olunur

  • Predmet yanaşmada məhsulun rəqabətçiliyi aşağı, funksionalda isə yüksək olur.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə