Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


Mövzu 4. Innovasiya menecmentinin qeyri-ənənəvi vəzifələri, yanaşmaları və metodları



Yüklə 0,98 Mb.
səhifə11/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   7   8   9   10   11   12   13   14   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

Mövzu 4. Innovasiya menecmentinin qeyri-ənənəvi vəzifələri, yanaşmaları və metodları.

    1. İnnovasiya menecmentində isti­fadə edilən inzibati, iqtisadi, so­sial-psixoloji və riyazi-statistik me­todlar.

    2. Müqayisə və indeks me­tod­la­rı­nın tətbiqi.

    3. Innovasiya sahəsində həyata ke­çi­ril­məli olan tədbirlər.

    4. İnnovasiya menecmentinə elmi ya­naşma.

    5. Marketinq yanaşmasının tət­bi­qin­də menecmentin seçim üs­tünlükləri



İnnovasiya menecmentində isti­fadə edilən inzibati, iqtisadi, so­sial-psixoloji və riyazi-statistik me­todlar
İnnovasiya menecmentində əsas bir neçə metodlardan istifadə edilir. Onları ətraflı şərh edək.
İnzibati metod — innovasiya menecmentinin bu metodu zamanı idarə edən alt sistem, idarə olunan alt sistemə bilavasitə təsir göstərir.
Bu təsir aşağıdakılara əsaslanır:

  • ölkə və regionun qanunlarına;

  • müəssisə və yuxarı təşkilatların normativ — direktiv və metodik sənədlər sisteminə (hansıların icrası məcburidir);

  • plan, proqram, layihə və vəzifələr sisteminə.

Burada rəhbər öz işçilərinə nəyi, nə vaxt və necə icra olunacağına göstəriş verir və ya əksinə, nəyi icra etmək olmaz haqqında əmr göndərir. Bununla yanaşı, rəhbər vaxtaşırı öz bildiklərini öyrətməklə işçilərdən işin istənilən səviyyədə icrasını tələb edir. Stimullaşdırma kimi daha çox cəzalandırmadan istifadə edilir. Bu da icra olunan işin təhlilindən sonra baş verir. Rəhbər sərt olmaqla yanaşı, korrekt olmağı unutmamalıdır.
Bu metodun tətbiqi intizam (inkişaf) səviyyəsini yüksəldir. Lakin təşəbbüskarlığı aşağı salır. Bununla yanaşı əmr və tapşırıqların ifrat dərəcəsi işgüzar mühitin pozulmasına səbəb olur. Rəhbərlik hamım nəzərə almalıdır. Kollektivin üzvləri yeni iş prosesində lazımi keyfiyyət göstəricilərinə sahib olduqdan sonra rəhbər öz nəzarətini azalda bilər. Bəzən elə hal baş verə bilər ki, bir üst rəhbərlik pilləsi öz səlahiyyətlərini təmamilə bir alt təbəqəyə versin. Bu isə həm işgüzar mühitin yaxşılaşmasına, həm də məsələlərin daha çevik həllinə imkan verər. Çünki bu işi icra edənlər o haqda daha geniş məlumata sahib olur.
Menecmentin iqtisadi metodlarına aşağıdakılar aid olunur:

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə