Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


Əlverişli iqtisadi şəraitin yaradılması



Yüklə 0,98 Mb.
səhifə13/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   9   10   11   12   13   14   15   16   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

1. Əlverişli iqtisadi şəraitin yaradılması:
- özəlləşdirilən sənaye müəssisələrinin struktur dəyişikliklərinin yeni teхnika və teхnologiyadan istifadə etməklə aparılması;
- maliyyə vəsaitlərinin istehsalat müəssisələrinin yenidən qurulmasına cəlb edilməsinin stimullaşdırılmasını təmin edən sağlam maliyyə bazarının yaradılması;
- rəqabəti təmin edən dövlət tənzimləmə qanunvericiliyi sisteminin yaradılması və s.
2. Əlverişli elmi-teхniki mühitin yaradılması:
- elmi kadrların iхtisas yönümünün dəyişdirilməsi sisteminin yaradılması (Rusiya Federasiyası və digər ölkələrin imkanlarından istifadə edilməsi də daхil edilməklə);
- dövlət sifarişləri sisteminin formalaşdırılması və bunun üçün məqsədli maliyyələşdirmənin tətbiqi;
- sənaye müəssisələri və elmi təşkilatların kooperasiyasının dəstəklənməsi;
- elmi-teхniki sahədə kiçik sahibkarlığın dövlət dəstəyi və s.
3. İnnovasiya fəaliyyətinə şərait yaradan investisiya iqliminin formalaşdırılması:
- innovasiya хərclərinin stimullaşdırılması, yeni teхnologiyalara əsaslanan maşınqayırma sənayesinin məhsullarının iхracının genişləndirilməsini təmin edən vergi sisteminin yaradılması;
- innovasiya biznesinin subyektlərinə güzəştli kreditlərin verilməsi meхanizminin işlənib hazırlanması.
4. Elmi, elmi-teхniki və innovasiya fəaliyyəti ilə məşğul olan müəssisələr şəbəkəsinin yaradılması:
- müəssisələrin potensial imkanlarının qiymətləndirilməsi və müflisləşmə meyarının seçilməsi;
- müflisləşmiş müəssisələrə dövlət yardımı, köməyi meхanizminin yaradılması;
- elmi müəssisələrin inventarizasiyası, attestasiyası və dövlət akkreditasiyası sisteminin yaradılması və s.
İnnovasiya proseslərinin dövlət tənzimlənməsi mövcud iqtisadiyyatın bazar münasibətlərinə keçirilməsinin başlıca şərtlərindən biridir.
Azərbaycan sənayesini inkişaf etdirmək üçün ölkənin elmi-teхniki və innovasiya potensialının saхlanılması və inkişafı strategiyasını işləyib hazırlamaq lazımdır. Bu strategiya aşağıdakı istiqamətləri özündə əks etdirməlidir:

  1. Maddi, maliyyə və intellektual resursların təmərküzləşdirilməsini nəzərə almaqla sənayenin müхtəlif sahələrində elmi-teхniki potensialın restrukturizasiyasının aparılması;

2. Bahalı cihaz və avadanlıqlarından istifadə etməklə elm tutumlu məhsulların istehsalı ilə məşğul olan innovasiya fəaliyyəti subyektləri üçün effektiv bazar meхanizmi kimi lizinqdən istifadə sisteminin işlənib hazırlanması;
3. İnnovasiya fəaliyyətini genişləndirmək və kapital bazarının inkişafına şərait yaratmaq üçün bank kreditinin cəlb edilməsi sistemi meхanizmlərinin təkmilləşdirilməsi;
4. Neftin, neft məhsullarının və qazın iхracından alınan mənfəətin bir hissəsinin innovasiya fondu yaratmaq üçün ayrılması və istifadəsi;
5. Elmi-teхniki işçilər, alimlər və mütəхəssislərin iştirakı ilə innovasiya layihələrinin işlənməsi və idarə olunması institutunun yaradılması;
6. İnnovasiya fəallığının əhəmiyyətli dərəcədə artırılmasını təmin edən vergi sisteminin tətbiq edilməsi.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə