Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


İnnovasiya prosesinin əsas mərhələləri



Yüklə 0,98 Mb.
səhifə16/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   12   13   14   15   16   17   18   19   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

5.2. İnnovasiya prosesinin əsas mərhələləri.
1-ci mərhələ. Daxil olmuş ideyaların sistemləşdirilməsi:
- bazardakı texnoloji dəyişikliklər haqqında, ET və TKİ-ləri bölməsindən, istehsal şöbələrinin marketinq xidmətindən, firmanın satış aparatından, ticarət vasitəçilərindən, son istehlakçılardan (arzu, tələb, reklamasiya) daxil olan yeniliklər haqqında informasiya toplamaq;
- məhsulun işlənib hazırlanması və mənimsənilməsinə münasibətdə, riskin dərəcəsi və ölçüsünün müəyyənləşdirilməsində firmanın potensial imkanları haqqında informasiya toplamaq;
- məqsədli bazarlar və onların inkişafının uzun müddətli meylləri haqqında informasiya toplamaq.
2-ci mərhələ. Aşkar edilmiş ideyaların seçilməsi və yeni məhsul ideyalının işlənib hazırlanması:
- ideyanın imkanlarının və praktiki olaraq reallaşdırılmasının müəyyən edilməsi;
- yeni və ənənəvi məmulatın texnoloji ümumiliyi dərəcəsinin aydınlaşdırılması;
- yeni məhsulun firmanın imici və strateji inkişafının uyğunluğu.
3-mərhələ.Yeni məhsulun iqtisadi effektivliyinin təhlili-marketinq proqramının işlənib hazırlanması:
- ideyanın konkret layihə şəkilini aldığı halda məhsulun texniki cəhətinin işlənib hazırlanması;
- məhsulun texniki-iqtisadi xarakteristikasının, müəyyən edilməsi, onun keyfiyyət və istehlak xüsusiyyətlərinin qiymətləndirməsi;
- potensial bazar təlabatının və satışın həcminin qiymətləndirilməsi;
- yeni məhsulun yaradılmasına və mənimsənilməsinə çəkilən xərclərin (investisiyaların) və yeni məhsulun özünü ödəmə müd­dətinin müəyyən edilməsi;
- yeni məhsullar istehsalı üçün zəruri olan xərclərin miqdarı: texnoloji, maşın və avadanlıqlar, xammal və material, kadr heyəti, maliyyə;
- yeni məhsulun mənimsənilməsi müddəti və onunla bazara çıxmaq;
-yeni məhsul istehsalının rentabelliyinin (mənfəətliliyinin) təhlili və qiymətləndirilməsi –məhsul üzrə marketinq proqramının işlə­nib hazırlanması.
4-cü mərhələ. Yeni məhsul yaradılması:
-firmanın bölmələri üzrə vəzifələri bölüşdürməklə yeni məhsulun konkret inkişaf proqamının işlənib hazırlanması;
-nümunə yaradılması və texniki sınaq keçirilməsi (ekoloji cəhətdən təmizliyin, təhlükəsizliyin yoxlanılması və s);
-əmtəənin adının, onun əmtəə nişanının tərtibinin, qablaşdırılmasının markirovkasının müəyyən edilməsi.
5-ci mərhələ. Bazarda testləşdirmə:
-qiymət və digər kommersiya şərtləri ilə (qiymətdə kreditdə güzəştlər edilməsi və s) üç aydan az olmayan müddətdə məhdud bazarda testləşdirmə;
-optimal reallaşdırma kanalının seçilməsi;
-reklam vasitələri və metodlarının seçilməsi;
-texniki xidmətin təşkili.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə