Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


İşlənib hazırlanan yeni məhsulların səmərəliliyinin qiymətləndirilməsinin müxtəlif metodları mövcuddur



Yüklə 0,98 Mb.
səhifə18/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   14   15   16   17   18   19   20   21   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

5.3. İşlənib hazırlanan yeni məhsulların səmərəliliyinin qiymətləndirilməsinin müxtəlif metodları mövcuddur:

  • ekspert mülahizələri;

  • gözlənilən mənfəət normasının müəyyən edilməsi;

  • ehtimal yanaşma;

  • gözlənilən mənfəətin dinamikasının qiymətləndirilməsi və ya bir sıra amilləri nəzərə almaqla qiymətlər şkalasından istifadə edilməsi;

  • çoxölçülü qiymət meyarı: sahənin cazibədarlığı: ona rəqiblərin nüfuz etmə imkanları; rəqabət qabilliyyətinə yeni məhsulun və bütövlükdə firmanın təsiri; artıq istehsal edilən əmtəələrin təkmilləşdirilməsi üçün işlənib hazırlanmış layihələrdən isitifadə imkanları; yeni əmtəələrin istehsalı və satışının firmanın maliyyə vəziyyətinə təsiri.

Yeni məhsulun işlənib hazırlanmasında firmanın müxtəlif bölmələrinin iştirakı dərəcəsinin firmanın fəaliyyət sferası və onun is­tehsal etdiyi məhsulun xarakteri ilə müəyyən edilir. İstehlak əmtəələri istehsal olunan şirkətlərdə yeni əmtəələrə münasibətdə firmanın siyasətinin müəyyən edilməsində başlıca rolun marketinq üzrə mütəxəssislərə məxsus olması qəbul edilmişdir. İstehsal təyinatlı məhsullar istehsalı üzrə ixtisaslaşan şirkətlərdə isə texniki siyasətin müəyyən edilməində ET və TKİ bölməsi daha mühüm əhəmiyyət kəsb edir.
Yeni məhsulun işlənib hazırlanması təşəbbüsünün marketinq fəaliyətinin idarə edilməsi üzrə mütəxəssisdən daxil olması mar­ketinq tədqiqatlarının nəticələrini özündə əks etdirir. Belə marketiq tədqiqatları nəticəsində bazardakı tələb və təklifi haqqında, bazara analoji məhsullar çıxaran rəqiblər haqqında, firmanın texnoloji tələbatları və imkanları haqqında informasiyalar əldə edilir.
Əgər yeni məhsullar, işlənib hazırlanması ideyası ET və TKİ bölməsinin özündə daxil olursa, bu yeni ideyaların toplanması və yığılması üzrə məqsədyönlü tədqiqatlar aparılmasının, hər hansı bir konkret ideya və prespektivli məhsul haqqında daxil olan informasyanın müntəzəm olaraq öyrənilməsinin bu sahədə tədqiqatlar aparılmasının nəticəsi kimi qəbul edilməlidir. Firmalar innovasiya fəaliyətinin stimullaşdıran yeni ideya mənbələrinin genişləndirilməsinə, onların fasiləsiz axınının təmin edilməsinə və bununi üçün əlverişli şərait yaradılmasına cəhd etməlidirlər.
Firmanın innovasiya fəaliyətinin güclənən bazar orientasiyası öz əksini elm tutumlu məhsullar işlənib hazırlanmasında istehlakçıların praktiki iştirakının genişlənməsində və innovasiya prosesinin müxtəlif mərhələlərində onun mənimsənilməsində tapır. Bu əhəmiyyətli dərəcədə bir tərəfdən istehsalçının sabit satış bazarı ilə təmin olunmasına və daimi müştərilərə malik olmasına cəhd etməsi ilə əlaqədardır. Digər tərəfdən isə istehlakçı yeniliyə yalnız öz düzəlişini etmir, həm də yeniliyin işlənib hazırlanması, istehsalı və mənimsənilməsi gedişinə nəzarət edə bilir. Bir sıra hallarda sifarişçi yeni ideyanı və texniki məsələlərin təşəbbüsçüsü kimi çıxış edə bilər və eyni zamanda onun həll edilməsində və xüsusən də yeni məhsulun xüsusiyyətlərini müəyyən edilməsində, prototipinin yaradılmasında iştirak edə bilər. Bu istehsalçılarla sifarişçilər arasında möhkəm əlaqələr yaranmasına gətirib çıxarır. Bu zaman istehsalçı təkcə müəyyən məhsulun təchizatçısı kimi deyil son istehlakçının tələbat və sorğularına istiqamətlənmiş marketinq fəaliyyətinin iştirakçısı olur.


5.4. İstehlakçıların yeni məhsulun yaradılmasına cəlb edilməsi yeniliklərin stimullaşdırmasının mühüm amillərindən biridir. Bu tip stimullaşdırmadan sənayenin aviasiya, maşınqayırma və dəzgah-qayırma kimi sahələrində, həmçinin praktiki olaraq bütün ölkələrin cihaz qayırma sənayesində daha geniş yayılmışdır. Burada istehlakçılar-yeni məhsulların sifarişçiləri tədarükçülərə firmanın elmi-tədqiqat və istehsal proqramına əhəmiyyətli dərəcədə təsir göstərir. Bunun nəticəsində məsələn, Almaniya firmalarında mühəndislər və layihələndiricilər dəzgahqayırma məhsullarının sifarişçiləri ilə yeni məhsul ideyasının yaranmasından başlanmış ərzaq prototipinin yaradılmasına və qiymətləndirilməsinə qədər olan proseslərdə idarəedicilərlə nisbətən daha yaxın və sıx əlaqələrə malik olurlar.
ABŞ və Yaponiyanın adı çəkilən sahələrə aid olan şirkətlərində informasiya mübadiləsi və fərdi istehlakçılara xidmət üzrə ixtisaslaşdırılmış bölmələr yaradılmışdır. Məsələn, ABŞ –nın «İBM», «Ceneral Elektrik», «Ceneral motors», «Prokter Gembl» kimi trans milli şirkətləri informasiya kanalı kimi istehlakçılarla yaxşı təşkil edilmiş əlaqə sistemi yaratmışlar.
Pioner texnologiyası və yeni məhsul buraxaraq İBM istehlakçılarla daimi məsləhətləşmələr keçirilməsinin təşəkkül tapmış siste­mindən geniş istifadə edirlər. Bunun nəticəsində də firmanın buraxdığı EHM-larının differansiyası və ixtisaslaşdırılması gücləndir-ilmişdir.
İnnovasiya prosesinin son məqsədi yeni məhsulun və onun rentabelli, kütləvi, seriyalı istehsalının kommersiya cəhətdən mənimsənilməsidir. Bura tədqiqat və işləmələrin lap başlanğıcdan istehsalata istiqamətləndikdə, zəruri olan avadanlığa kapital qoyuluşunu artırmağa real imkan olduqda, elm-istehsal tsiklinin ayrı-ayrı mərhələlərini unifikasiya etmək mümkün olduqda və nəhayət yeni məhsulun bazarı və istehlakçıların təlabatlarına uyğun olmasını qabaqcadan müəyyən edilməsi hallarında nail olunur. Belə çətinliklərin mövcud olması üzündən yeni məhsullar yaradılması üzrə işləmələrin yalnız o qədər də böyük olmayan hissəsi istehsalatda tətbiq edilir. Məsələn, Amerika şirkətlərində yeni məhsul layihələrinin yalnız 15%-i kommersiya istehsalı mərhələsinə çatır, bazara çıxarılan yeni məhsul növlərinin isə yalnız 62%-i istehlakçılar tərəfindən qəbul olunur.
ABŞ-nın 120 şirkətində aparılmış tədqiqatların nəticələri göstərir ki, aparılan bütün təcrübə–konstruktor işləmələrin 65%-dən çoxu yeni məhsula çevrilmir. Amerikanın 50 şirkətində aparılan başqa bir sorğuya görə onların ET və TKİ-nə çəkilən xərclərinin yarısı yeniliklərə yönəldilməsinə baxmayaraq kommersiya cəhətdən uğursuz olmuşdur, bazar tərəfindən qəbul olunmuş yeniliklərin 30%-isə qısa bir müddətdən sonra mənfəətlə işləyə bilməmişlər. Amerika iqtisadçılarının hesablamalarına görə bazara çıxarılan yeniliklərin müvəffəqiyyət qazanmaq ehtimalı 70%-dən çox olmur. Buna görə də böyük xərclər tələb edən yeniliklərin həyata keçirilməsinə və yalnız maliyyə vəsaitləri və resurslarla təmin olunmuş iri şirkətlərin imkanları çatır.

    1. Yeni texnologiyaların istehsala tətbiqi zamanı baş verən bir çox uğursuzluqların səbəblərini mütəxəssislər adətən yeniliklərin tələblər əsasında deyil, yeni biliklər bazasında meydana çıxması ilə izah edirlər.

Yeni texnologiyaların mənimsənilməsində iri şirkətlərin müstəsna rol oynaması onunla izah edilir ki, yalnız iri şirkətlər innovasiya prosesinin son mərhələsinə-kütləvi istehsalın başlanmasına kapital qoyuluşları etmək imkanlarına malik olurlar. Çünki, məhz bu mərhələ xüsusi istehsal güclərinin yaradılmasını tələb edir.
ABŞ xüsusi bölməsində həyata keçirilən xərclərin demək olar ki, dörddə üç hissəsi illik dəyəri 100 milyon dollardan artıq olan nəhəng şirkətlərin elmi-texniki layihələrinin maliyyələşdirilməsi sərf olunur.
Yeni texnologiyaların istehsala hazırlanması prosesində artıq vəsait və vaxt sərf edilməsindən qaçmaq məqsədi ilə uğursuz ideyalardan ilkin mərhələdəcə yaxa qurtarmaq yolu ilə nəticələrin mərhələlər üzrə qiymətləndirilməsi həyata keçirilir.
Yeni texnologiyaların hazırlanması, tətbiq edilməsi və istehsalatda sınaqdan çıxardılması firmanın rəqabət qabiliyyətini artırmaq və istehsal edilən texnologiyanın həyat tsiklinindəki uyğunsuzluqlarından onun asılılığını aradan qaldırmaq vasitəsi kimi mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə texnologiyaların yeniləşdirilməsi son dərəcədə yüksək templə gedir. Məsələn, ümumi maşınqayırma, avtomobil sənayesi və cihazqayırma sahələrində texnologiyaların 60% və bəzən də daha çox hissəsi 5 il müddətində yeniləşir. Elektron sənayesində isə yeni texnologiyalar hər il və ya iki ildən bir dəyişir.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə