Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


-cı mərhələ. Məhsul üzrə marketinq proqramı



Yüklə 0,98 Mb.
səhifə17/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   13   14   15   16   17   18   19   20   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

6-cı mərhələ. Məhsul üzrə marketinq proqramı əsasında yeni məmulatın istehsalatda (kütləvi, seriyalı) tətbiqi haqqında qərar qəbul edilməsi. Bu özündə aşağıdakıları əks etdirir:
-yeniliklərin kommersiya cəhətdən əsaslandırılması: satışın həcmi, məhsulun rentabelliyi, tələb və tələbatın ödənilməsi dərəcəsi, satış kanalı və metodları, bu tip məhsulların satışı təcrübənin olması; firmanın bazardakı məşhurluğu və şöhrəti; alıcılar və istehlakçılarla olan əlaqələrin sabitliyi;
-firmanın istehsal imkanları: mövcud güclərdən istifadə edilməsi, resurslarla, ixtisaslı heyətlə təmin olunma;
-maliyyə imkanları: kütləvi istehsala və satışa qoyulan investisiyanın ümumi məbləği; maliyyələşdirmə mənbələri, nəzərdə tutulan nəticələr –hesabat dövründə mənfəətlilik və ya zərərlə işləmək;
-normativ göstəricilərə-standartlara, ölkədə məhsul satılmasını nəzərdə tutan dövlət normalarına uyğunluq;
-yeniliyin patent müdafiəsinin təmin edilməsi.
Yeni məhsul üzrə marketinq proqramında mühüm meyar kimi bütövlükdə firmanın məqsədinin reallaşdırılmasında yeni məhsulların tətbiqinin qiymətləndirilməsindən istifadə edilir. Bunlar aşağıdakılardır:
-yeni məmulat satışının həcmi;
-yeni məmulatların tətbiqi ilə əlaqədar olaraq digər əmtəələrin reallaşdırılmasındakı dəyişikliklər;
-yeni əmtəələr istehsalında mənfəətə nail olmaq vaxtının qiymətləndirilməsi. Yeni əmtəələrin işlənib hazırlanması, istehsalına və satışına çəkilən xərclərin özünü ödəmə müddəti adətən beş il hesab edilir. Bu beş il kütləvi istehsalın başlanmasından itkisiz məhsul istehsalına nail olmasına qədər olan vaxtı əhatə edən üç illik dövr də daxildir.
Əgər yeni məmulat texnoloji cəhətdən artıq istehsal edilən məhsullara yaxındırsa bu kampaniyanın mövcud olduğu güclərdən istifadə etməyə və onların effektivliyini yüksəltməyə imkan verir. Bundan başqa yeni məhsulları reallaşdırmaq üçün reallaşdırma metodları artıq qaydaya salınmış mövcud satış şəbəkəsindən istifadə edilməsi də ciddi üstünlüklər əldə etməyə imkan verir. Bu halda əmtəələrin hərəkəti ilə bağlı olan əlavə xərclər azaldılmasını tələb etmir. Yeni uğurlu məhsul dəqiq toplanmış informasiya fəaliyyətinin nəticəsidir.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə