Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


Ölkə və regional təşkilatların tənzimlənmə metodları



Yüklə 0,98 Mb.
səhifə12/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   8   9   10   11   12   13   14   15   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

Ölkə və regional təşkilatların tənzimlənmə metodları:

  • Ölkələrin vergi sistemi;

  • Regionun vergi sistemi;

  • Ölkənin maliyyə-kredit mexanizmi;

  • Regionun maliyyə-kredit mexanizmi.

Müəssisənin tənzimləyici metodları:

  • Müəssisə fəaliyyətinin iqtisadi normativləri;

  • İşçilərin maddi həvəsləndirmə sistemi;

  • Menecmentin müasir və elmi yanaşmalarının tətbiqi (sistemli təhlil, proqnozlaşdırma, optimallaşdırma).

Birinci metodlar qrupu xarici mühit ilə əlaqədar olub, müəssisənin təsir dairəsindən kənardadır. İkinci isə bilavasitə müəssisənin nəzarət metodlar məcmusudur.
Müəssisənin normativ iqtisadi fəaliyyətinə aşağıdakıları aid etmək olar:

    • konkret (əmtəələr) bazarlar üzrə əmtəənin rəqabətlilik payı;

    • konkret əmtəə üzrə rəqabət normaları;

    • dövriyyə vəsaitlərinin dövriliyi;

    • əmək məhsuldarlığı;

    • investisiyanın gəlirliliyi;

    • müəssisənin gəlirində vergilərin payi;

    • əməyin silahlanması;

    • ümumi işçilərin kəmiyyətində əsas işçilərin xüsusi çəkisi;

    • istehsalin avtomatlaşdırılması səviyyəsi.

İqtisadi metodlar marketinq tədqiqatları, keyfiyyətin xarici göstəricilərinin təhlili və proqnozlaşdırılması, əmtəənin səmərəliliyi və ehtiyyat səmərəliliyi, hazırlanan yeniliklər və tətbiq olunan investorlar, istehsalın proqnozlaşdırılan təşkilati-texniki səviyyəsi üzrə hazırlanma-lıdır. Bu aspektləri həm müəssisə, həm də rəqiblər üzrə təşkil edilməlidir. İqtisadi normativlər biznes-plana və innovasiya layihələrinə daxil edilir.
İqtisadi metodlara həmçinin balans metodunu da aid etmək olar. Balans metodu ölçülməsi və qarşı əlaqələri müəyyən edilməsi məqsədilə əlaqeli təsərrüfat göstəricilərinin qarşılıqlı təhlilini əks etdirir. Bu metod ayrı-ayrı göstəricilərin bərabərlik metodlanna əsaslanır.
Balanslar müxtəlif formalarda olur:
1) Cədvəl formasında: Şaquli istiqamətdə gəlir əks olunur, üfuqi istiqamətdə isə xərclər.
2) Cədvəl formasında: Şaquli istiqamətdə aktivlər, üfuqi istiqamətdə isə xorclər və ya aktivlər solda, passivlər sağda.
3) Cədvəl formasında: Şaquli istiqamətdə mənbə (müəssisə və region), üfuqi istiqamətdə isə göndərilmə rayonu (istehlakçı rayon).
4) Qrafik formada: müsbətlə — qənaət. mənfi ilə — itki.
Balans metodları istənilən məsələlərin həllində tətbiq edilə bilər. Lakin müasir dövrdə bunlardan az istifadə edilir.
Sosial — psixoloji metod qanunvericiliklə tələb olunan normativ aktlar daxilində işçilərin sağlamlığını və yaxşı menəvi — psixoloji mühitini təmin etməklə, nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün kollektiv daxilində sosial — psixoloji proceslərin idarə edilməsinə yönəlir.
Sosial — psixoloji metodların idarə edilməsi obyektləri:

  • istehsal olunan əmtəənin ekoloji səviyyəsi;

  • işçilərin xasiyyəti, psixikası, psixofizioloji xüsusiyyətləri;

  • iş yerlərinin və istehsalat binalarının erqonomikası;

  • kadrlann seçilməsi, yerləşdirilməsi, hazırlanması
    və təkrar hazırlanması;

  • iş yerinin təşkili;

  • işçi əməyinin stimullaşdırlması sistemi;

  • kollektiv daxilində normal - psixoloji mühit;

  • işçilərin istirahət şəraiti;

Sosial psixoloji metodlarda tətbiq edilən üsullar:

  1. anketləşdirmə

  2. müşahidə

  3. əmək fəaliyyətinin monitorinqi

  4. işin qiymətləndirilməsi



4.2. Müqayisə metodu müəssisənin öz işinin qiymətləndirilməsinə, çatışmazlıqların müəyyənləşdirilməsinə və onların aradan qaldırılmasına xidmət edir. Müqayisə metodu daha çox aşağıdakı təhlillər zamanı tətbiq olunur:
1. hesabat göstəriciləri ilə plan göstəriciləri
2. plan göstəriciləri ilə bir il əvvəlki göstəricilərin
müqayisəsi
3. hesabat göstəriciləri ilə bir əvvəl iki göstəricilərin
müqayisəsi
4. gündəlik hesabat göstəriciləri
5. istehsallar arası göstəricilər
6. sahə üzrə orta göstəricilər ilə müqayisədə
Müqayisə metodu göstəricilərin müqayisə ola bilməsini tələb edir. Göstəricilər: qiymət, müddət, həcm, növ, keyfiyyət və. s faktorlar üzrə uyğun olmalıdır. Bu cür metodun tətbiqi geniş hazırlıq işlərin görülməsini tələb edir. Faktorların təsirini müəyyən edən hesabat modellərinin tərkibi kompüter texnologiyası olmadan tətbiq oluna bilməz.
İndeks metodu ayrı ölçülə bilməyən elementlərə malik olan mürəkkəb hadisələrin tədqiqi zamanı tətbiq olunur. Burada indekslər plan tapşırıqlarının nə dərəcədə yerinə yetirilməsinin müəyyən edilməsinə xidmət edir.


4.3. Milli iqtisadiyyatın dirçəldilməsi və inkişafı, ilk növbədə elm tutumlu, rəqabətə davamlı istehsal sahələrinin işə düşməsi üçün innovasiya fəaliyyəti subyektlərinin bazar münasibətlərinə uyğunlaşdırılması təmin olunmaqla, bu fəaliyyətin dövlət tənzimlənməsi sisteminin yaradılması zəruridir.Bu, ilk növbədə onunla şərtlənir ki, innovasiya fəaliyyəti bir qayda olaraq yüksək risklə bağlıdır. Dövlətin tənzimləmə meхanizmi bazar iqtisadiyyatı şəraitinə uyğunlaşa bilən innovasiya biznesinin yaranması, istehsalın yenidən qurulması və elmi təşkilatların fəaliyyət istiqamətlərinin məqsədyönlü, adekvat dəyişilməsini və elmi-teхniki kompleksin təşkilati strukturunun yenidən qurulmasını əhatə edən qlobal məsələlərdən biridir. Bu meхanizm normativ-hüquqi və təşkilati-iqtisadi tədbirlərin həyata keçirilməsini nəzərdə tutmalıdır. Bu tədbirlər aşağıdakı istiqamətlərdə bölünməlidir

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə