Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


İnnovasiya proseslərinin əsas mərhələləri, onların nəticələri və maliyyəiəşdirilmə mənbələri



Yüklə 0,98 Mb.
səhifə8/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   4   5   6   7   8   9   10   11   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

3.5. İnnovasiya proseslərinin əsas mərhələləri, onların nəticələri və maliyyəiəşdirilmə mənbələri
İnnovasiya prosesi axtarış xarakterli ETİ aparılması mərhələsindən başlanır. Bu işlərin gedişində mövcud nəzəri biliklərin və kəşflərin maddiləşdirilməsi barədə elmi -texniki ideyalar irəli sürülür. ETİ əhmiyyətin tələbatının təmin edilməsinin yeni metodlarının əsaslandırılması və təcrübədə yoxlanması ilə başa çatır.
Bütün ETİ - həm Akademiya müəssisələrində və Ali məktəblərdə, həm də iri elmi - texniki sənaye təşkilatlarında yüksək elmi səviyyəli işçilər tərəfindən aparılır. ETİ əsasən dövlət büdcəsindən və qaytarılmarnaq şərtilə maliyyələşdirilir. Bu halda ETİ - nin çoxu ən mühüm elmi- texdniki problemlərin həlli üzrə dövlət proqramalrından tapşırıqlar üzrə büdcədən maliyyələşdirilir. Son nəticədə bu, ictimai istehsalın xeyrinə olur. Çünki, elmi biliklərin təkamülünün nəticələri elmi - texniki ideyaların eksperimental yoxlanılması əsasında mühüm elmi-texniki problemin başa çatdırılmış holli şəklində məhsuldar qüvvələrə daxil edilir.
İnnovasiya prosesinin ikinci mərhələsində tətbiqi ETİ aparılır. Bu işlərin yerinə yetirilməsi mənfi nəticə alınması ehtimalının yüksək olması ilə əlaqədardır. Buna görə də innovasiyalara investisiyalar riskli xarakter daşıyanda tətbiqi ETİ apanlmasına vəsait qoyularkən həmin vəsaitin itməsi ehtimalı yaranır və belə sərmayə qoyuluşlarmı riskli investisiya adlandrlar. Tətbiqi ETİ sənayedə əksər elmi - texniki təşkilatlarda, tədqiqat və araşdırmalann mövzu istiqamətləri müxtəlif oian ali məktəblərdə apanlır. Bu işlər həm dövlət büdcəsinin vəsaitləri hesabına (dövlət elmi - texniki proqramlan üzrə və müsabiqə əsasında), həm də iri sənaye təşkilatlarının, səhmdar cəmiyyətlərinin, kommersiya fondların və vençur firmalarının şəxsində ayrı - ayrı sifarişçilərin hesabına maliyyələşdirilir.
Üçüncü mərhələdə qabaqcıl layihələrin işlənib hazırlanması, eskiz -texniki layihələndirmə, işçi konstruktor sənədlərinin buraxılması, təcrübi nümunələr hazırlanması və sınaqdan keçirilməsi ilə əlaqədar olan təcrübi konstruktor və layihə konstruktor işləri aparılır. Bu işlər ali məktəblərin ixtisaslaşdırılmış laboratoriyalannda, konstruktor bürolarında (KB) və təcrübi zavodlarda, eləcə də iri sənaye təşkilatlarının elmi -istehsal böl mələrində apanlır. Maliyyələşdirmə mənbələri ikinci mərhələ- də sadalanan mənbələr, eləcə də sənaye təşkilatlannın xüsusi vəsaitləridir.
İnvestorlann riskini azaltmaq məqsədilə TKİ - lərin maliyyələşdirilməsini iki mərhələdə həyata keçirmək məqsədəuyğundur. Birinci mərhələdə ilkin layihələrin işlənib hazırlanmasıvə eskiz - texniki layihələndirmə ilə əlaqədar olan işlər maliyyələşdirilir. Adətən bu mərhələdə layihələndirilən məmulatm maketi yığılır və onun stend sınaqlan keçirilir. Yeniliyin mütərəqqi xarakterə malik olub — olmaması məmulatm maketi verilmiş texniki tələblərə şərtsiz müvafiq olduqda ixtiralar üçün müəllif sifarişlərinin sayma əsasən qiymətləndirilir. Yalnız belə ilkin qiymətləndirmənin nəticələrinə əsasən innovasiya prosesinin maliyyələşdirilməsini davam etdirməyin məqsədəuyğun olub - olmaması barədə qərar qəbul etmək olar. Layihənin həyata keçirilməsi maliyyələşdirilmənin davam etdirilməsi, işçi konstruktor sənədlərinin hazırlanması, yeni məhsul nümunələrinin hazırlanması və smaqdan keçirilməsi ilə bağlıdır.
Innovasiya prosesinin üçüncü mərhələsində işlərin maliyyələşdirilməsinin əvvəlki iki mərhələyə əsasən arqumentləşdirilməsi onunla əlaqədardır ki, TKİ — yə investisiyalar risk xarakteri daşıyır. Əgər maliyyələşdirmənin birinci mərhələsindən sonra işlərin nəticələrinin ilkin qiymətləndirilməsi onların perspektivli olmamasına dəlalət edirsə, innovasiya prosesinin üçüncü mərhələsini mailyyələşdirmək olar. İnvestorun yalnız eskiz-texniki layihələndirmənin maliyyələşdirməsi ilə məhdudlaşması məqsədəuyğundur. Bu halda maliyyələşdirmənin ikinci mərhələsində işlərin açıq - aşkar mənfi nəticələrinə görə əsassız xərc çəkməkdən yaxa qurtarmaq mümkün olur.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə