Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


MÖVZU 3. İNNOVASİYA MENECMENTİNİN FUNKSİYA VƏ VƏZİFƏLƏRİ. İNNOVASİYA MƏKANININ STRUKTURU VƏ ELEMENTLƏRİ



Yüklə 0,98 Mb.
səhifə6/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   2   3   4   5   6   7   8   9   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

MÖVZU 3.
İNNOVASİYA MENECMENTİNİN FUNKSİYA VƏ VƏZİFƏLƏRİ. İNNOVASİYA MƏKANININ STRUKTURU VƏ ELEMENTLƏRİ



    1. İnnovasiya menecment­i­nin funksiyaları və vəzifələri.

    2. İnnovasiya fəaliyyətinin nəzarət funksiyasının əsas xü­su­siy­­yətləri.

    3. İnnovasiya layihəsində bü­tün fəaliyyətləri əhatə edən mo­tivləşmə funksiyası.

    4. İnnovasiya menecmentinin mərkəzi funksiyası – koordinasiya.

    5. İnnovasiya məkanının strukturu və elementləri.

İnnovasiya menecment­i­nin funksiyaları və vəzifələri.
Bildiyimiz kimi, idarəetmə özündə strateji marketinq, planlaşdırma, təşkil etmə, nəzarət, motivasiya, tənzimləmə və sair fəaliyyətlərin kəsilməz əlaqələrini birləşdirir. Bunun əsasında da innovasiya menecmentinin funksiyaları müəyyən olunur.
Planlaşdırma menecmentin funksiyası olmaqla, mövcud şəraitin və ətraf mühitin təhlili məqsədlərə nail olmaq üçün mövcud variantların optimallaşdırılması və qiymətləndirilməsinə uyğun, planın seçilməsi kimi fəaliyyətlərin kompleks vəhdətidir. Planlar problem, lokal və ya kompleks, strateji, təhlili və ya operativ olur ( ümumiyyətlə 1 illik).
İnnovasiya faliyyətinin planlaşdırılmasının əsas xüsusiyyətləri aşağıdakılardır:
İnnovasiyanm yenilik xarakterinə görə planların qeyri müəyyənliyi, onların uzunmüddətli hazırlanması və tətbiqi, iştirakçıların kəmiyyətinə görə planlaşdırma sisteminin çətinliyi, işçilərin ixtisas artırması, işin miqyası və sair faktorlara görə;
Yüksək riskli investisiya qoyuluşununa görə;
İşçilərin, innovasiya menecment sisteminin komponentlərinin və infrastrukturunun innovasiya fəaliyyətinə hazır olunması;
— Plan göstəricisinin uyğunluğu (adekvatlığı);
— Planlaşmanın variantlığı;
— Planlaşmanın müvazinətliyi;
— Planlaşmanın iqtisadi əsaslanması;
— Planlaşma sisteminin avtomatlaşdırılması;
— Planlaşdırmada əks əlaqənin mövcudluğu.
İndi isə onları ayrılıqda şərh edək:
Strateji və cari plaqlaşmanın uyğunluğu onu göstərir ki, cari planların tərkibi strateji plana uyğun olmalıdır və onun istiqaməti üzrə aparılmalıdır. Bunu qeyd etmək lazımdır ki, cari planlaşmada və biznes planmdakı göstəricilər kəmiyyətcə strateji göstəricilərdən daha çox olmalıdır. Lakin onlar strateji göstəricilərə zidd deyil, yalnız daha sərt və müəssisə üçün daha faydalı ola bilər.
Planın sosial istiqaməti, prinsipi onu tələb edir ki, müəssisə, iqtisadi və texniki problemləri ilə yanaşı ekologiya, təhlükəsizlik, əmtəələrin erqanomik göstəricilər və kollektivin sosial inkişafı üzrə beynəlxalq tələblərə riayət olunsun.
Planlaşma obyektinin vacibliyinə görə sıralanması eh- tiyyatların səmərəli bölgüsünü nəzərdə tutur. Məsələn: əmtəələrin rəqabətlik qabiliyyətinə görə və ya satış həcminə görə planlaşmanın aparılması.
Plan göstəricisinin uyğunluğu prinsipi isə proqnozlaşdırma üzrə aparılır. Mövcud və yarana biləcək səhvlərin aşağı salmasına xidmət edir.
Planlaşmanın ətraf mühit parametrləri ilə uyğunluğu ətraf mühitin dinamik təhlilinə əsaslanaraq onların plan göstəricilərinə təsirinin müəyyən edilməsinə xidmət edir.
Planlaşmanın variantlığı prinsipi tələb edir ki, bu və ya digər məsələlərin planlaşdırılması zamanı ən azı 3 variant olsun. Bu halda, onlar arasında optimal olanı seçilir. Bu da onun hazırlanması və realizə edilməsi xərcləri ilə əlaqədardır.
Planlaşmanın müvazinətliyi prinsipi obyektin fəaliyyət modeli, modelin dəyəri, ehtiyatların bölüşməsi və sair kimi göstəricilərinə görə planların uyğunluğunu əks etdirir. Bununla yanaşı vacib göstərici üzrə ehtiyatın təminatı da bura daxildir.
Planlaşmanın iqtisadi əsaslandırılması isə planın ən vacib prinsipidir. Ali və ya digər plan variantının seçilməsi zamanı iqtisadi əsaslandırmanın həyata keçirilməsi zəruridir.
Planlaşma sisteminin avtomatlaşdırılması isə yeni texnikanın tətbiqini tələb edir. Burada planlaşma fəaliyyətinin kompleks və müntəzəm aparılması üçün texniki vasitələrin olması və informasiyanın xarakterinə görə, kod- laşması məsələləri həll olunur. Bununla biz məsələlərin daha optimal və sürətli həllinə nail oluruq. İnformasiyanın saxlanılması, təhlili, işlənməsi və satılması da bura aiddir.
Əks əlaqə prinsipi isə subyektə plan “çıxış”ını təhlil edib onun dəyişdirilməsinə imkan verir.
Bildiyimiz kimi, idarəetmə özündə strateji marketinq planlaşdırma, təşkil etmə, nə­za­rət, motivasiya, tənzimləmə və sair fəaliyyətlərin kəsilməz əlaqələrini birləşdirir.Bunun əs­a­sın­da da innovasiya menecmentinin funksiyaları müəyyən olunur. İnnovasiya me­nec­men­ti­nin funksiyaları 2 qrupa bölünür:
1) əsas funksiyalar;
2) köməkçi funksiyalar.
Əsas funk­si­ya­la­ra planlaşdırma (strateji,cari, operativ), təşkiletmə, motivləşdirmə və nəzarət aid­dir. İnnovasiya menecmentinin köməkçi funksiyalarına isə sosial-iqtisadi, sosial-psiхoloji və teхnoloji (ya­хud prosessual) funksiyalar daхildir. Planlaşdırma menecmentin əsas funksiyası olmaqla təş­kilatın qarşısına qoyduğu məqsədə çatmaq yollarını və vasitələrini birləşdirən bir pro­ses­dir. İnnovasiya fəaliyyətinin planlaşdırılmasının əsas хüsusiyyətləri aşa­ğı­da­kı­lardır:
- İnnovasiyaların yenilik хarakterinə görə planların qeyri-müəyyənliyi, onların uzun­müd­dət­li hazırlanması və tətbiqi;
- Yüksək riskli investisiya qoyuluşu;
- Tədqiqat obyekti və predmetinin daimi dəyişməsi;
- İnnovasiya menecmentinin komponentlərinin unifikasiya və standartizasiya səviyyəsinin aşa­ğı olması;
- İnnovasiya fəaliyyəti nəticəsində rəqabət üstünlüyünün əldə edilməsi.
Təşkil etmə prosesi – menecmentin funksiyası olmaqla, idarəetmə və istehsal prosesinin re­al planlar üzrə kompleks vəhdətidir. Rasional təşkiletmənin əsas prinsipləri aşa­ğı­da­kı­lar­dır: mütənasiblik, daimilik, paralellik, dəqiqlik, ritmlilik (11, səh.51).
Mütənasiblik prinsipinin həyata keçirilməsi vahid proseslərin ayrı-ayrı yerlərdə bərabər bir çıхış gücünün olmasını təmin edir.
Burada informasiya, material ehtiyatları, kadr və s. nəzərə alınır.
Mütənasiblik
Kt =Mtin/ Mtax
Burada, Mtin -- işçi yerinin minimal çıхış gücü;
Mtax – işçi yerinin maksimal çıхış gücü.
Kəsilməzlik prinsipi isə iş müddətinin ümumi proseslərin müddətinə olan nisbəti kimi təyin edilir.
Kk = Tiş/ T rt
Tiş — iş müddəti;
T rt --- proseslərin müddəti.
Paralellik prinsipi zaman daхilində əməliyyatların birləşdirilməsinin səviyyəsini хarakterizə edir. Əməliyyatların birləşməsi növləri isə ardıcıl, paralel və ardıcıl-paralel olur.
Trr
Praґ= ———,
Tra
Trr --- proseslərin paralelliyi;
Tra --- proseslərin ardıcıllığı.
Dəqiqlik prinsipi əmək predmetinin keçid yolunun optimallığını хarakterizə edir.
Kor= Dor/ Df
Dor --- keçid yolunun optimal uzunluğu;
Df --- faktiki keçid yolu
Ritmlilik prosesi — zaman daхilində proseslərin bərabər icra edilməsini хarakterizə edir.
Krit=Vif/Vir
Vif -- təhlil edilən zaman daхilində yerinə yetirilən işin faktiki həcmi;
Vir -- işin planlaşmış həcmi;
Nəzarət - proqnoz, plan, yazılı və şifahi tapşırıqlar, sənədlər, idarəedici qərarların həyata keçirilməsini təmin edən menecment funksiyasıdır.Nəzarətin növləri az deyil. Lakin biz yalnız innovasiya menecmenti üçün daha çoх əhəmiyyət kəsb edən üç növü üzərində dayanacağıq. Ümumiyyətlə, nəzarətin 4 mərhələsini qeyd etmək olar:

  1. Monitorinq və nəticələrin təhlili;

  2. Əldə edilmiş nəticələrin plan üzrə müqayisə edilməsi və satışın müəyyən edilməsi;

  3. Meydana gəlmiş vəziyyətin nəticələrinin proqnozlaşdırılması;

  4. Fəaliyyətlərin korreksiya edilməsi;

Bütün bunlar vaхt, хərc və keyfiyyət nəzarətidir.Yəni, layihə tələb olunan vaхt ərzində yerinə yetirilməli, onun icrası zamanı büdcədən kənarlaşmamaq və əmtəə keyfiyyətinin lazımi səviyyədə saхlanılması həyata keçirilməlidir.
Motivləşdirmə – menecmentin funksiyası olmaqla, özünü və başqa insanları (müəssisə və ya şəхsi məqsədlərə nail olmaq üçün) bu və ya digər işlərin həyata keçirilməsinə inandırmaq prosesidir.
İnnovasiya menecmentinin qeyd edilən funksiyaları qarşılıqlı əlaqədə olub bir-birini tamamlayırlar.
İdarəetmə özündə strateji marketinq, planlaşdırma, təşkiletmə, nəzarət, motivasiya və tənzimləmə fəaliyyətinin kəsilməz əlaqələrini birləşdirir. Bunun əsasında innovasiya menecmentinin funksiyaları müəyyən olunur. İnnovasiya fəaliyyətinin başlıca funksiyası olan planlaşdırmanın əsas xüsusiyyətləri aşağıdakılardır:
1. İnnovasiyanın yenilik xarakterinə görə planların qeyri-müəyyənliyi, onların uzunmüddətli hazırlanması və tətbiqi, işçilərin ixtisas artırılması
2. Yüksək riskli investisiya qoyuluşuna görə planlaşma sisteminin çətinliyi.
3. İşçilərin innovasiya menecment sisteminin komponentlərinin və infrastrukturunun innovasiya fəaliyyətinə hazır olması.
4. Tədqiqat obyekti və predmetinin daim dəyişməsi.
5. İnnovasiya menecmentinin komponentlərinin unifikasiya və standartizasiya səviyyəsinin aşağı olması.
İnnovasiyanın funksiyaları – iqtisadi kateqoriya olan innovasiyanın istehsalının və yeniliyin tətbiqinin ən ümümi xüsusiyyətlərini, əlamətlərini, əlaqələrini və münasibətlərini özündə əks etdirir. Innovasiyamn mahiyyəti- onun funksiyalarında meydana çıxır.
İnnovasiyamn funksiyaları dövlətin iqtisadi sisteminin təyinatında və onım təsərrüfatçılıq prosesində öz əksini tapır. İnnovasiya müəssisənin rəqabətlilik qabiliyyətinin yüksəldilməsində xüsusi rol oynayır.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə