Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


Dördüncü mərhələdə yeniliyin istehsala tətbiq edilməsi və bazara çıxışın



Yüklə 0,98 Mb.
səhifə9/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   5   6   7   8   9   10   11   12   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

Dördüncü mərhələdə yeniliyin istehsala tətbiq edilməsi və bazara çıxışın, daha sonra əmtəənin həyat tsiklinin əsas fazalan üzrə kommersiya prosesi həyata keçirilir. Yeniliyin istehsala tətbiq edilməsi zamanı istehsal qüvvələrinin yenidən qurulması, işçilərin hazırlanması, reklam fəaliyyəti və sair məqsədlər üçün külli məbləğdə investisiya tələb olunur. Buna görə də innovasiya prosesinin bu mərhələsində bazarın yeniliklərə necə reaksiya verəcəyi məlum olmur və təklif edilən əmtəənin rədd edilməsi ehtimalı kifayət qədər böyükdür. Bu halda investisiyalar yenə riskli xarakter daşıyır.
Yeni məhsulun geniş miqyasda istehsalının mənimsənilməsi və daha sonra yenilik prosesləri hesabına texnologiyaların təkmilləşdirilməsi ilə əlaqədar olan işlərin maliyyələşdirilməsi üçün tədqiqat və araşdırmalarla müqayisədə 6-8 dəfə çox məsrəf tələb olunur. Məsrəflərin artması yeni məhsul istehsahnın mənimsənilməsi miqyasmdan da asılıdır.
Yeni məhsulun geniş miqyasda istehsalının mənimsənilməsi üçün məsrəflərin çox olmasını nəzərə alaraq innovasiya prosesinin bu mərhələsində qiymətli kağızların emissiyası həyata keçirilir. Bu, əlavə investisiyalar cəlb etməyə, məhsulun rəqabət qabiliyyətinin saxlamaq şərtilə onlardan mənfəətlə istifadə olunmasnıı təmin etməyə imkan verir. Lakin investisiyalann əsas mənbələri təşkilatlann bu məqsədlər üçün xüsusi fondlarda yığılan xüsusi vəsaitləri, eləcə də borc vəsaitləridir, (bank kreditləri),
Innovasiya prosesinin dördüncü mərhələsi üzrə işlərin maliyyələşdirilməsi əvvəlki üç mərhələdə heç bir sanballı yenilik yaradılmadığı halda rəqabət qabiliyyəti olmayan məhsulun istehsal texnologiyasının mənimsənilməsinin təşkilinə gətirib çıxara bilər. Bazar münasibətləri şəraitində belə məhsula tələbat olmayacaq, o, alıcı tapa bilməyəcəkdir.
İnnovasiya prosesinin dördüncü mərhələsinə investisiya layihəsi kimi baxrnaq olar, çünki bu mərhələ məhsulun həyat tsiklinin ikinci fazası ilə üst - üstə düşür, onun həyata keçirilməsi üçün məsrəflər isə yuxarıda qeyd etdiyimiz kimi eyni prosesin ilk üç mərhələsində aparılan tədqiqatlar və araşdırmalar üçün məsrəflərdən 6 - 8 dəfə çox olur. Lakin, innovasiya prosesinin ilk üç mərhələsində yaradılmış yeniliklər xarici analoqları olmayan və ya idxal mallarını əvəz edən yeni məhsulun texnoloji baxımdan mənimsənilməsini və kommersiyalaşdırılmasını təşkil etməyə imkan verərsə, bu halda dövlət həmin işlərin maliyyələşdirilməsində qismən iştirak edir.
İnnovasiya prosesiərinin əsas mərhələləri və nəticələri, onların maliyyələşdirilmə mənbələri cədvəl 1.1-də verilmişdir

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə