Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


Mövzu 14. İnnovasiya proseslərinin in­for­ma­siya təminatı. Milli in­no­vasiya sistemi



Yüklə 0,98 Mb.
səhifə50/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   46   47   48   49   50   51   52   53   ...   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

Mövzu 14. İnnovasiya proseslərinin in­for­ma­siya təminatı. Milli in­no­vasiya sistemi.

  1. İnnovasiya fəaliyyətində in­formasiyaların rolu və əhə­miy­yəti.

  2. Milli innovasiya sisteminin for­malaşmasının əsas ele­ment­lə­ri və funksiyaları.

  3. Milli innovasiya proq­ra­mı­nın həyata keçirilməsi (Azərbaycan Respublikasının Milli İnnovasiya Sisteminin Formalaşması və İnkişafı Proqramı)



1. Elmi-texniki təkamül sahəsində yaranan vəziyyətin qiymətləndirilməsi, elmi və innovasiya fəaliyyətinin inkişafının bütün idarəetmə sisteminin səmərəliliyinin yüksəldilməsi innovasiya və innovasiya fəaliyyətinin informasiya təminatı infrastrukturunun inkişaf səviyyəsinə məxsusdur. İnnovasiya proseslərinin informasiya təminatı innovasiya siyasətinin əsas istiqamətləri ilə müəyyən olunur.
Elmi-texniki inkişafın prioritetlərinin seçilməsi innovasiya siyasətinin mühüm istiqamətlərindəndir. Bununla əlaqədar informasiya təminatı elm və texnikanın müasir inkişafını, ölkənin, regionların və müəssisələrin mövqeyinin qiymətləndirilməsi; innovasiya fəallığının real vəziyyətinin müəyyən edilməsi və sairə əhatə edir. Bu, dövlət dəstəyinin sahə və regional istiqamətlərinin müəyyən edilməsinə, innovasiya fəaliyyətinin ixrac istiqamətinə uyğun olaraq onun yenilik səviyyəsinin qiymətləndirilməsinə kömək edəcəkdir.
İdarəetməni təkmilləşdirmək, informasiya xidmətinin keyfiyyətini yaxşılaşdırmaq üçün ölkədə müxtəlif avtomatlaşdırma sistemləri yaradılmışdır. Onlardan biri də “Elm və innovasiya” avtomatlaşdırılmış informasiya-analitik sistemidir. Bu sistemdə elmi-texniki fəaliyyət haqqında informasiya resuslarının tətbiqi mexanizmi, innovasiya layihələri haqqında məlumat toplanır və sistem dinamikdir.
“Elm və innovasiya” informasiya analitik sistemində inteqrasiya olunan məlumat toplusu ilə yanaşı layihənin maliyyə parametrləri daxil edilir. İlkin informasiya əsasında aşağıdakı informasiya-analitik prosesləri işlənmiş və tətbiq edilmişdir:

  1. innovasiya layihələrin elmi-texniki ekspertizası, əsas istiqamətlərin müəyyən edilməsi;

  2. innovasiya layihələri üzrə illik bülletenin hazırlanması;

  3. innovasiya layihələrinin maliyyə-iqtisadi ekspertizası;

  4. innovasiya layihələrinin marketinq tədqiqi;

  5. innovasiya layihələrinin ötürülməsi və tətbiqi;

  6. elmi-kadr potensialının müəyyən edilməsi;

  7. əqli mülkiyyət obyektlərinin təsərrüfat dövriyyəsinə daxil edilməsi, uçotu və qorunması.

2. Milli İnnovasiya Sisteminin proseslərinin fəallaşdırılmasına yönəldilən işləri şərti olaraq iki qrupa bölmək olar. Birinci qrupa əsaslı dəyişikliklərə səbəb ola biləcək tədbirlər kompleksinin işlənməsi daxildir. Onlara elmi işləmələrin həyata keçirilməsinə investisiya axınını sürətləndirə biləcək güclü və qeyri-ordinar olan tədbirlər aid edilir. Obrazlı desək, onları mərkəzləşdirilmiş dövlət iqtisadiyyatından bazar iqtisadiyyatına keçid zamanı qiymətlərin sərbəst buraxılması tədbiri ilə müqayisə etmək olar.


İkinci qrupa innovasiya fəaliyyətinin inkişaf proqramının əsasını təşkil edən təşkilati, hüquqi, iqtisadi və sair tədbirlər kompleksinin işlənməsi daxildir. Bu qruplardan hər biri ölkənin innovasiya imkanlarına təsir edir.
MİS-in formalaşmasına olan yanaşma aşağıdakı əsas əlamətləri ilə səciyyələnir:

  • innovasiyaya olan tələbatı və elementlərinin sıx əlaqəsini nəzərə alan innovasiya prosesinin qeyri-xətti modelinə keçid baş verir;

  • innovasiya prosesləri ölkənin tarixi inkişafının iqtisadi və sosial-siyasi milli xüsusiyyətlərinin təsiri altında inkişaf edir və nəticədə MİS yeni imkanların yaranmasından asılı olaraq daima uyğunlaşır və dəyişir;

  • institutlara həm qaydaların müəyyən edilməsi (norma və qanunlar), həm də kompaniya və firmaların təşkilinə böyük yer verilir;

MİS-in əsas elementləri arasında qarşılıqlı əlaqənin forma və intensivliyinə daha çox diqqət verilir. MİS konsepsiyasına siyasətin və proqnozların işlənilməsində istifadə oluna bilən mexanizm kimi baxılır.
Respublikamızın milli innovasiya sisteminin aşağıdakı səkkiz funksiyasının formalaşdırılmasının vacib olduğunu müəyyənləşdirmişdir:
- innovasiya siyasətinin formalaşdırılması;
- innovasiyalar üçün tənzimləyici mühitin yaradılması;
- perspektivli elmi istiqamətlərin müəyyənləşdirilməsi və prioritetli innovasiya proseslərinin seçilməsi;
- resursların formalaşdırılması və bölüşdürülməsi;
- innovasiya istiqamətli ETTKİ-lərin yaradılması və həyata keçirilməsi;
- innovasiya fəaliyyətinin inkişaf etdirilməsi tələblərinə cavab verən insan kapitalının formalaşdırılması və zəruri olan material aktivlərinin yaradılması;
- innovasiyaların yaradılması və istifadəsi üçün stimulların yaradılması;
- yüksək texnologiyalara əsaslanan yeni istehsal və xidmət sahələrinin inkişafının maliyyə cəhətdən dəstəklənməsi.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə