Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


Dövlətin innovasiya siyasəti



Yüklə 0,98 Mb.
səhifə53/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   49   50   51   52   53   54   55   56   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

Dövlətin innovasiya siyasəti - innovasiya fəaliyyətinin inkişafına və stimullaşdırılmasına yönəldilən sosial-iqtisadi siyasətin tərkib hissəsidir. Burada elmi-tədqiqatlann, işlənilmələrin, təcrübi-konstruktor işləri və ya hər hansı elmi-texniki nailiyyətlərin tətbiqi ilə iqtisadi dövriyyədə reallaşan yeni və ya təkmilləşdirilmiş məhsulun, yeni və ya təkmilləşdirilmiş texnoloji prosesin yaradılması nəzərdə tutulur. Dövlətin innovasiya siyasəti innovasiya fəaliyyətinin prioritetliyinin qəbul edilməsi ilə yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, sabit iqtisadi artımın təmin edilməsi, əhalinin həyat səviyyəsİ və onun keyfıyyətinin, ölkənin müdallə, texnoloji və ekoloji təhlükəsizliyinin yüksəldilməsinə yönəldilməsidir.
Dövlətin innovasiya siyasətinin əsas məqsədləri aşağıdakılardır:

  • yerli məhsulların rəqabət qabiliyyətinin artımını təmin edən elmi-texniki nəticələrin səmərəli istifadəsini, sosial- iqtisadi inkişaf məsələlərini həll etmək məqsədi ilə innovasiya fəaliyyəti üçün iqtisadi, hüquqi və təşkilatı şəraitin yaradılması;

  • elmi-texniki potensialın inkişafı, səmərəli yerləşdiriiməsi və istifadə edilməsi, onun strukturunun formalaşdırılması;

  • ölkə iqtisadiyyatının inkişafını elm və texnikanın nailiyyətləri ilə zənginləşdirilməsini artırmaq, maddi istehsal sahəsində mütərəqqi struktur dəyişmələrini, onlarm səmərələliliyini və rəqabət qabiliyyətliliyinin təmin cdilməsinə yönəldilən mühüm sosial ıııəsələləri reallaşdırmaq;

Qeyd edilən məqsədlərə nail olmuq üçün dövlət aşağıdakı innovasiya ilə bağlı olan tapşırıqları həll etməlidir:

  • dövlətin innovasiya siyasətinin prioritetlərinin təyini və reallaşdınlması;

  • iqtisadiyyatda mütərəqqi struktur dəyişikliklərinin təmin edilməsi;

  • innovasiya fəaliyyətinin infrastrukturunun yaradılması və inkişafi;

  • beynəlxalq bazarlarda yerli innovasiya məhsulunun müdafiəsi və xarici iqtisadi innovasiya fəaliyyətinin inkişafi üçün tədbirlərin həyata keçirilməsi;

  • innovasiya fəaliyyətinin inkişafinda elmin, təhsilin, istehsalat və maliyyə-kredit sferasının qarşılıqlı əlaqəsinin təmin edilməsi;

  • xalq təsərrüfatı inkişafının strategiya və tempini, onun struktur tarazlaşmasının təmin edən istiqamətlərdə iqtisadiyyatın inkişafını stabilləşdirmək üçün elmi-texniki potensialdan səmərəli istifadə edilməsi.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə