Mövzu: 1 İnnovasiya menecmentinin məqsəd və vəzifələri


Mövzu 14. İnnovasiya prosesinin tənzim­lən­məsi istiqamətləri və iqtisadi inkişafda onun rolu



Yüklə 0,98 Mb.
səhifə52/57
tarix14.05.2023
ölçüsü0,98 Mb.
#110231
1   ...   49   50   51   52   53   54   55   56   57
C fakepathinnovasiya menecmenti mühazir iv 2023

Mövzu 14. İnnovasiya prosesinin tənzim­lən­məsi istiqamətləri və iqtisadi inkişafda onun rolu.

  1. İnnovasiyanın inkişafının pri­­o­ritet istiqamətləri və innovasiyada dövlət orqan­la­rının əsas funksiyaları.

  2. Dövlət səviyyəsində in­no­vasiya fəaliyyətinin sti­mul­laş­dırılması.

  3. İnnovasiya proseslərinin döv­­lət tənzimlənməsi.



1. Dövlətin innovasiya siyasəti dedikdə, kompleks məqsədlər. Metodlar başa düşülür. Onlar vasitəsilə dövlət strukturları, ümumilikdə cəmiyyət innovasiya pro­ses­lə­ri­nin iqtisadi və sosial cəhətdən effektivliyinə təsir gös­tə­rir.
İnnovasiya ilə əlaqədar dövlət siyasətini həyata keçirən orqanlar qarşılıqlı fəaliyyət göstərməlidir. əks halda müsbət iqtisadi nəticələr az səmərəli, hətta zərərli ola bilər.
İnnovasiya proseslərində dövlət siyasətinin təd­bir­lə­rini iki qrupa bölmək olar:

  • İnnovasiya üçün əlverişli sosial – iqtisadi mühitin yaradılmasına.

  • Bilavasitə innovasiya proseslərinin tənzim­lən­mə­sinə.

Dövlətin innovasiya siyasəti ilə məşğul olan təş­ki­lat­lar arasında rəqabətin güclənməsinə yönəldilir. Bu məq­səd üçün müxtəlif normativ hüquqi sənədlər hazırlanır və hə­yata keçirilir.
Elm və texnikanın inkişafının prioritet istiqa­mət­lə­rinin müəyyənləşdirilməsi sosial – iqtisadi inkişafda əsas mə­sələsidir. Bu zaman cari və perspektiv planlar müəy­yən­ləşdirilir. Bu zaman maliyyə və əmək resursları daha va­cib sahələrə yönəldilir. Prioritet istiqamətlərin möv­qe­yin­dən asılı olaraq, onlar ümumi dünya, beynəlxalq və yerli əhəmiyyətli prioritet istiqamətlər kimi təsni­fat­laş­dırılır.
Elmi istiqamətlərin çeşidləri və onlardan daha vaciblərinin seçilməsi dövlət innovasiya siyasətinin əsasını təşkil edir. Prioritet istiqamətlər nəhəng sahələrarası layihələr kimi tərtib olunur və beynəlxalq əməkdaşlıq nəticəsində reallaşdırılır. Prioritet istiqamətləri müəyyənləşdirərkən aşağıdakı meyarlardan istifadə olunur:

  • Layihənin ümumilikdə səmərəliliyi.

  • Yeniliyin dövlət və sosial əsası.

  • Elm və texniki yeniliyin dərəcəsi.

  • Ətraf mühitə təsiri.

  • Risk dərəcəsi və s.

Ümumiyyətlə dünya praktikasında innovasiya proseslərini stimullaşdırmaq məqsədi ilə aşağıdakı vergi güzəştlərindən istifadə olunur:

  • elmi tədqiqatlara və investisiyalara güzəştli kreditlərin ayrılması.

  • innovasiya xərclərinə uyğun vergilərin azaldılması.

  • innovasiya gəlirlərindən bir neçə il vergilər tutmamaq. buna “vergi tətili” də deyilir.

  • patentlərdən və lisenziyalardan əldə edilmiş gəlirlərdən güzəştli vergi tutmaları.

  • gəlir vergilərinin azaldılması.

  • ali məktəblərə verilən cihaz və avadanlığın dəyərindən vergi ayırmalarını azaltmaq.

Adətən innovasiya layihələri geniş, əhatəli olur və çoxlu investisiya tələb edir. Digər tərəfdən xərclərin dövretmə sürəti aşağı olur. Bu da güzəştli kreditlərə tələbi artırır. Dövlət güzəştli kreditləri həm zamana görə, həm də faizlərə görə müəyyənləşdirməyə maraqlı olmur. Əsas ağırlıq dövlət sektorunun üzərinə düşür.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə