Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə37/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

 
109
II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, 
incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, 
maddi və mənəvi irsini qoruyur. 
Buraya əlavə edilsin: Bütün vətəndaşlara dövlət  təhsil, səhiyyəni 
pulsuz təmin edir. Dövlət  hər arzu edən  insanın istədiyi təhsili və 
peşənin öyrənməsini və dünyada qəbul edilən sertifikat və diplom 
verilməsini və tam müalicə olunmasını tam  təmin edir. 
Maddə 17. Ailə və dövlət 
Əlavə edilsin:  dövlət hər uşağın düzgün tərbiyə  və  həyatını 
təmin etməsi üçün ailəni və icmanı zəruri həyat şəraiti və imkanlarla 
təmin edir, əlavə olaraq ailədən kənar imkanlar yaradır: bağçalar, 
körpə evləri, müalicə, xidmət, idman, əyləncə, yaradıcılıq evləri və s. 
Maddə 18. Din və dövlət 
Əlavə edilsin:  
İV.  Bütün dövlət TV və mətbuatında və dövlətin maddi yardım 
etdiyi belə idarələr vasitəsilə din təbliq oluna bilməz. Dünyəvi təhsil 
kitablarında dini fikir və doqmalar, ruhanilər  təbliq edilə bilməz, din 
yalnız elmi mövqedən, başqa dinlərlə və ideyalarla birlikdə araşdırıla 
bilər. Dini idarələr müstəqil, özləri  öz vasitələrilə təbliğatla məşqul 
olurlar. 
V. Azərbaycanda  elmi dünyagörüş xalqın dünyagörüşü elan 
edilir, dövlət yalnız bu dünyagörüşü müdafiə edir; təbliğ  və  təlim 
edir.  
Başqa dünyagörüşlərin  şəxslər tərəfindən müstəqil qəbulu 
mümkündür, lakin bu dünyagörüşlər və onların idarələri təbliğat 
vasitəsilə    və ya adət, mərasim, rutual yaratmaq və  və  cəmiyyətə 
təşviq etməklə asayişə,  əxlaqa  və insan sağlamlığına və maddi 
vəziyyətinə  zərər vurduqda,  istismar yaratdıqda, insanları ruhanilər 
üçün müftə yemək və  gəlir mənbəyinə, siyasi alətə çevirdikdə  
qadağan olunur. 
Vİ. Dini idarələr, mədrəsələr, məçidlər  yalnız insanların bu 
məqsədlə verdikləri ianə hesabına maliyyələşir. Köməksizlərə, yetim 
və yolçulara, xəstələrə ianə kimi verilən və dini idarələr vasitəsilə 
toplanan vəsaitlər yalnız öz təyinatına uyğun  xərclənməlidir və 
uçotu aparılmalı, aylıq hesabatlarda cəmiyyətə  göstərilməlidir. 
Məçidin öz xeyrinə  və köməksizlərin xeyrinə  nəzir qutuları ayrı 
qoyulmalı və ictimai nəzarətlə açılmalı və təyinatı üzrə xərclənməli, 
dini icmanın qərarı ilə  ictimai kömək fondu yalnız xüsusi 
xəstəxanalar, müvəqqəti daldalanmaq üçün evlər, qocalara, xəstələrə, 


 
110 
yetim uşaqlara, imkansız kasıblara xidmət və qida kimi,yaşayış yeri 
kimi, yetim və tək analara qayğı üçün sərf edilir. 
Yİİ. İctimai orta və ali dövlət məktəblərində  dini təbliq edən və 
dini xadimlərin fikir və mövqeləri  verilə bilməz   
Maddə 28. Azadlıq hüququ 
Əlavə edilsin : 
V . Azərbaycan vətəndaşı  hər hansı tarixdə yazılmış faktları  və 
həqiqətləri olduğu kimi və ya yenidən qiymətləndirərək azad 
söyləməsi və yazması, tədqiqat aparması azadlığına malikdir. Bu 
azadlıq heç bir şəxsin, dini və  hərbi qurumun, dövlətin  şəxsi 
mənafeyi ilə  məhdudlaşdırıla bilməz. Habelə  hər kəs gördüyü, 
eşitdiyi, analiz vasitəsilə aşkar etdiyi istənilən faktı, fikri, mülahizəni 
ictimaiyyətdə danışa və yaza bilər. Mübahisə  və ehtiyac olduqda  
dövlət həqiqətin ortaya çıxarılması üçün həmin  şəxsi texniki 
vasitələrlə, kitabxana və elmi məlumatla və müşahidə, texniki 
imkanları ilə təmin edir. 
Maddə 47. Fikir və söz azadlığı 
III.  İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan 
təşviqata və təbliğata yol verilmir. 
Bu maddə  həqiqət  əleyhinə yönəlib və  əslində  həqiqətləri, 
faktları deməyi, öyrənmnəyi, təhlil etməyi və  cəmiyyətə bildirməyi 
qadağan edir. Bu mövzuda deyilmiş, araşdırılmış gerçəklik nəticələri 
ədavət və düşmənçilik yayan təbliğat hesab oluna bilər. Bu 
uyğunsuzluğu aradan qaldırmaq üçün Əlavə edilsin:  
Tarixin öyrənilməsi və tarixi faktların deyilməsi, analiz edilməsi, 
habelə, belə müxtəlif qrupların  əxlaq və birgə yaşayış qaydalarına 
əməl etmələrinin araşdırılması  və  dələduzluğun, müasir həyata 
zərərli davranış  və adətlərin, siyasətin, idarənin aşkar edilməsi və 
belə  səhv davranışların düzəldilməsi haqda mülahizələr və  təkliflər 
düşmənçilik oyadan təbliğat və təşviqat sayılmır. 
Yalan və doğru olmayan iddialar və mülahizələr, habelə kiçik 
qrupa, bəzi fərdlərə  tətbiq edilən, lakin digər belə ehtiyacı olanlara 
aid edilməyən yardım, kömək, bərabərlik, qayğı fikirləri, 
diskriminasiyanı tərifləyən ideyalar da nifrət və düşmənçilik oyadan 
təbliğat sayılır.  
Ikinci bölmə.  əsas hüquqlar, azadliqlar və vəzifələr 
 iii fəsil.  əsas insan və vətəndaş hüquqlari və azadliqlari 
Bu bölməyə əlavə bir maddə edilsin: 
Vətəndaşların  əsas hüquqları  və azadlıqlarını dövlət təmin edir. 
Yaşamaq,  əmək, təhsil, müalicə, məlumat almaq, yaradıcılıq və 


 
111
mədənəiyyətlə, incəsənətlə  məşğulluq hüquqlarının icrası üçün 
vətəndaşın yaşadığı ərazidə imkanlar olmadıqda dövlət bu imkanları 
özü büdcədə  nəzərdə tutur, yaradır.  İmkanlar yaradılana qədər 
vətəndaşa pulla kompensasiya verir və ya bu imkanların olduğu 
əraziyə getməyə və gəlməyə nəqliyyat və yaşama xərclərini ödəyir. 
Maddə 27. Yaşamaq hüququ 
Buraya  əlavə edilsin: Hər kəsin insan kimi yaşamaq  şəraiti – 
kanalizasiya,  istilik, təmiz hava, telefon  olan  mənzildə, yolu, su və 
istilik, elektrik, telefon xətti ilə  və evində belə sistemi olan  təcili 
yardıma  əlçatan olan zəruri müalicə, həkim xidməti, təhsil ilə, 
yaradıcılıq imkanları ilə yaşamağa haqqı vardır. Bu haqları dövlət 
təmin edir və  hər il cəmiyyətə onların olmasının və olmamasının 
miqdarını  və keyfiyyətini aydın göstərməklə hesabat verir. 
Yaratmadığı halda bu imkanları yaradana qədər vətəndaşın dövlət 
orqanına verdiyi ərizə üzrə dövlət vətəndaşa  zəruri  miqdarda 
kompensasiya verir. 
Maddə 72. Vətəndaşların vəzifələrinin əsası 
III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.  
Bu hissə  dəyişdirilib belə yazılsın:  Qanunu bilməyərək edilmiş 
hərəkət  əxlaq normalaına düz gəlmirsə, buna  məsuliyyət  tətbiq 
edilir. Qanuna əməl etmək üçün   qanun normaları  vətəndaşın 
əlaqədə olduğu dövlət orqanı  tərəfindən ona izah edilir və yaddaş 
formasında yazılı kitab formasında verilir. Dövlət hər vətəndaşa 
konstitusiyanın və konkret qanunların öyrənilməsi üçün xüsusi 
kurslarda təhsil verir. Sonra isə sertifikat verir. Vətəndaşın öz 
davranışında, biznesdə, tikintidə  və  fəaliyyətində  qanunu 
bilməməsini  və  səhvini  yoxlayıcı orqanlar aşkar etdikdə ona izah 
edir və  vətəndaş  əgər zərər  vurmuşsa -ödəyir və  səhvini düzəldir,  
lakin cinayət məsuliyyətinə  cəlb edilmir. İkinci dəfə belə qanunu 
pozduqda tam məsuliyyət daşıyır.  
Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi 
məsələlər  
Buraya aşağıdakı vəzifə əlavə edilsin. 
İ.  Milli məclis vətəndaşlar tərəfindən qanunlar barədə onların 
mənası, təsfiri barədə, konkret məsələdə hansı qanunların tətbiqi və 
alınan həllər  barədə sorğularına yazılı rəsmi cavab verir. Bu cavab 
rəsmi sənəd kimi icra orqanlarında qəbul olunmalıdır. Milli məclis  
buraxılmılş səhvləri, uyğunsuzluqları öz işində düzəldir.       
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə