Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə33/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

 
97
olardı ki, milyardlarla pul toplamış yerli varlılar xaici ölkələrdə 100 
il üçün torpaq icarəyə alsın, orada istehsal yaratsın və xalqın bir 
hissəsini orada yaşamağa və işləməyə aparsın. Lakin buna onun ağıl 
və bacarığı, əxlaqı çatmayacaq, halbuki bunu başqa millətlər edəcək. 
Ölkə Dünya Ticarət təşkilatına üzv olur, gömrük tarifləri 15 - 
25 % aşağı salınır, xarici mallar ölkəni bürüyür, lakin qiymətlər azca 
düşür, lakin həddən çox şişirdilmişdir, çünki bizneslər dövlət 
məmurlarının olduğu üçün dövlət özü bazara nəzarət, yəni qiymətlərə 
nəzarət və kalkulyasiyaya uyğun olmasını  tələb etməyəcəkdir; yerli 
istehsal və xidmətlər zəifləyir, əksəri sıradan çıxır- bu hal insanların 
yenə kasıb yaşamasına səbəb olur, qazandıqları çoxusu məmur və 
sahibkarlara gedir. Dövlət öz rolunu  düzgün anlamyaraq indiyədək 
etdiyi  çox zərərli səhvlərini təkrar edir - daxili kommunal və 
enerjinin - qaz, elektrik, mazut, benzin, dizel yanacağı  qiymətlərini  
qaldırır və  aşağı salmır. Yerli mallar buna görə bahalı olaraq qalır, 
xarici mallarla rəqabət edə bilmir, biznes əsasən ölü vəziyyətə düşür. 
Bunun əksinə xarici dövlətlər məhz iqtisadi qanunu düz başa düşərək  
tarifləri aşağı salaraq ucuz mal istehsal edir və eksporta çalışırlar, 
bununla öz  inkişafı və yaşayış səviyyəsini saxlayırlar.  
Ölkə elm, texnika və yeni məhsullar istehsal edən deyil, əsasən 
tacir- merkantil, kənd təsərüfatı ölkəsi  adlanacaq. Yenə də dövlət öz 
funksiyasını - qurmaq, idarə etmək nəticəsində büdcə toplamaq deyil, 
büdcəni alver vasitəsilə - xaricə xam material satmaqla, xaricdən 
əhaliyə göndərilən yardımlar hesabına (ticarət vergilərilə) 
dolduracaqdır. Bu isə hamıya iş verməyəcək, işsizlik və kasıblıq 
yüksək həddə olacaq, 45 yaşdan yuxarı adamları indi olduğu kimi işə 
götürməyəcəklər və bu barədə qanun və hüquqi  təminat sistemi də 
olmayacaqdır. Səbəb bu olacaqdır ki, biznes dövlət məmurlarının 
əlində olduğu üçün onlar da özlərinə qarşı qanun və icra 
yaratmayacaqlar. Dövlət öz ənənəvi funksiyalarından ketdikcə imtina 
edir və çox sahəni, habelə insan taleyini idarəsiz, başına buraxmışdır. 
Bu trendin davamı olaraq dövlət  əsasən  daha asan və bilik tələb 
etməyən alveri – nefti, qazı satmağı öz əlində saxlayacaq, qurmaq, 
tikmək, sənaye obyektləri yaratmaq və idarə etmək vəzifələrindən, 
habelə səhiyyə, təhsil funksiyalarından  imtina etməsi çox ehtimaldır. 
Və yaxud formal adı qalacaqdır.  
Dövlət rəhbərliyi səhvən  belə fikir yürüdür ki, “hər bir biznes 
şəxsi olmalıdır, dövlət heç bir ictimai istehsal və s. xidmət yarada 
bilməz”. Beləliklə  də o daha çox xaricdən kiminsə  gəlib yeni 
firmalar, istehsal yaratmasına və  gəlir almasına razıdır, nəinki 


 
98 
özünün əlində olan neft pullarını bu işə sərf etməklə və insanları işlə 
özü təmin etməkdə  və  gəlir almaqda. Rəhbərlərin belə düşüncəsi 
üçün xalq çox əziyyət çəkməli və  işsiz qalmağa məcbur olacaqdır. 
İctimai müəsisələr heç də bazar iqtisadiyyatını  ləğv etmir, bazarı 
nəzərə almaqla ictimai mənafeyə uyğun daha ağıllı idarəni tələb edir. 
Dövlət rəhbərliyi və bütün məmur sinfi öz varlanma, yaxşı həyat 
mənafeyini güdərək ölkənin böyük imkanlara malik  əhalisindən 
effektli istifadə edib dəyərli, qiymətli əmək vasitəsilə hamının yaxşı 
yaşamasını  və ölkənin həyat səviyyəsinə görə birinci ölkəyə  və 
dünyada hörmət edilən  ölkəyə  və xalqa çevirməsinə marağı 
olmayacaqdır.  Dövlətin xalqdan asılı olmaması  və  nəzarət 
edilməməsi amili Azərbaycanın gələcək bəlalarını daha da 
artıracaqdır. Keçmiş tarixin göstərdiyi kimi keçmiş dövlət  
rəhbərləri, nazir və icra məmurları, deputatları, partiya liderləri  
1990-cı illərdə necə xalq əmlakını-zavod, fabrikləri məhv edib, xalqı 
işsiz qoydularsa, torpaqları lazımı  dərəcədə müdafiə etməyib 
erməniyə təslim etdilərsə, insanları qaçqın və didərginə çevirdilərsə, 
keçmişdən gəlmiş və ya yeni rəhbərlər  yenə də belə siyasəti davam 
edəcəklər. Çünki əsas səbəb (xalqdan asılı olmamaq və ağılın hakim 
olmaması) dəyişməmişdir.   
Qarabağ və ətraf rayonların hələ də  (50, hətta çox ) Ermənistan 
əlində qalması çox mümkündür. Çünki onların  əlində Böyük 
Ermənistan yaratmaq ideyası var onlar ağıllı davranar, hətta yüksək 
inkişaf edər və problemlərini tam həll edərlər. Bunun üçün onlara 
neft, qaz dolları lazım deyil. Əks  adekvat cavab  görmədikləri üçün 
onların iştahları artacaqdır. ABŞ  və Avropa xristian olduğuna görə 
və başqa səbəblərə görə  bizə konkret hərblə kömək etməyəcəklər. 
Hər keçən gün Azərbaycanın zərərinə işləyir. Azərbaycan rəhbərliyi 
isə özündə döyüşü hazırlamaq və aparmaq qabiliyyəti  və  qətiyyəti 
görməyərək  müharibə ilə bu işi həll etməyəcək. Müharibə etmək 
üçün böyük elmi texniki  biliklər, ssenarilər, planlar, ağıllı, qətiyyətli 
başlar lazımdır. Böyük səhvlər nəticəsində zaman keçdikcə imkanlar 
azalır. Lakin bu səhvləri bütün məsul insanlar anlaya bilmirlər. 
Ermənilər Azərbaycanlı düşüncəsinə bələddirlər, bu millətdən qorxu 
olmadığına tam arxayındırlar. Beynəlxalq aləm də artıq bu hadisəni 
unudub və heç maraqlanmır da, hərə öz dərdini ancaq çəkir. BMT 
xüsusi qanun çıxarıb ki, 1)etnik qruplar istəməsələr heç bir  digər 
millətin dövləti onları idarə edə bilməz;  2) habelə etnik qruplara 
avtonomiyaların verilməsi və  əsas milli dövlətlə müqavilə  əsasında 
idarəsi haqda qanun verib. Bu əsasla Qarabağ erməniləri ətraf həmin 


 
99
7 rayonu da öz ərazilərinə qatıb qanun vermişlər və Ermənistanla 
birlik haqda müqavilə bağlamışlar. Yaxşı  şansları gözləməyin 
perspektivi yoxdur. Yaxşı  şanslar həmişə olmuşdur, məsələn, 
Ermənistanda zəlzələ olanda,  Ermənistandan Azəriləri qovanda, 
onları müdafiə etmək lazım olanda və sonra onları Qarabağda 
yerləşdirmək lazım olanda, Rusiyanın 1996-cı ildə Çeçenistanda 
terrorçulluğun ləğv edilməsi adı altında apardığı  hərbi döyüşlər 
olduqda. Bu zaman ən yaxşı imkanlar yaranmışdı. Lakin dövlət öz 
qabiliyyətini bildiyi üçün istifadə etmədi, parlamentin öz sözünü 
deməyə gücü çatmadı. Gələcəkdə  də, məsələn, təbii fəlakətlərin, 
böyük dağıdıcı    zəlzələlərin, yeni dünya müharibəsinin olmasını, 
ABŞ-ın, Nato – nun köməyini və yaxud böyük neft - qaz dollarının 
gəlməsini  gözləmək və ona ümid etmək mənasızdır. Şanslar həmişə, 
hər gün var. Xüsusilə, tutulmuş 7 rayonu  başqa dövlətlərdən maneyə 
rast gəlmədən döyüşlə almaq mümkündür. Bu tipik müdrik fikirdir 
ki,  ağlı, qabiliyyəti və iradəsi kifayət olmayan  adam kənar 
bəhanələr uydurar.  Burada yenidən aşkar edirik ki, dövlət məhz 
xalqın fikrini eşitmədiyi üçün, özünü ağıllı saydığı üçün, lakin bilik 
və qabiliyyətinin, baxışlarının uyğun olmadığı üçün  bu imkanlardan 
istifadə etməmişdir. Gələcəkdə də bu  ehtimaldır.  
Siyasət  əvvəldən indiyədək səhv aparılmışdır.  Tərif edilən 
balanslaşdırma siyasəti  əsil fəlakət siyasətidir. Bu siyasət həm 
Rusiya, həm ABŞ imperializminin  mənafelərinə xidmət etməkdir. 
Onun nəticəsi isə Qarabağın  və 7 rayonun Ermənistanm  əlində 
qalmasıdır. Qarabağ isə buna görə qayıtmayacaq. Demək, bu siyasət 
lazım deyil. Rəhbərin 1993-cü il, atəşgah haqda müqavilə bağlamağa 
məcbur olması  növbəti böyük səhvin başlanğıcı olmuşdur. Bu həddə 
qədər məsələni çatdırmaq lazım deyildi. Bütün vəzifəlilər döyüşü 
təşkil edib xalqla birgə dişi və cırnağı ilə torpağı qorumalı idi, lakin 
onları dövlət təşkil edə bilmədi. Bu fikirləri  o zaman da adi insanlar 
deyir və hökumətdən tələb edirdilər. Lakin effektiv idarə  nəticəsi 
almırdılar. Dövlətin belə bir strategiyası ki  - o və Türkiyə 
Ermənistanla  əlaqələr qurmamaqla onu ağır vəziyyətə salacaq və o 
məcbur olub razılaşacaqdır – səhv və xam düşüncədir. Ermənistanın 
lazımı ağlı işlədib tam yaxşı yaşamaq və güclü hərbi qüvvəyə malik 
olmaq  şansları var. Onu ağılsız deyil, özündən ağıllı saymalısan-
yalnız bu halda qalib gəlmək olar.  
Ölkə ərazisində quraqlıq dövrlərin uzun olacağını güman etmək 
olar. Bunun üçün indidən hazırlaşmaq lazımdır. Mümkündür ki, 
parlamentin  yeni ictimai palatası yaradılsın, lakin dövlət 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə