Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə41/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   37   38   39   40   41   42   43   44   ...   81

 
121
Yəni qanunlar böyük elmi biliklərin, həyat təcrübəsinin, müdrikliyin, 
problemin tam 40 -100 il kompleks və tam həllinin nəticəsi olmalıdır. 
Siyasətdən – yəni qrup mənafelərinə xidmətdən uzaq olmalıdır.  
20.  İnsana xidmət sistemi yaradılsın.  Bu sistemdə insanların 
bütün  şəxsi  problem və  çətinlikləri, habelə dövlət xidmətlərindəki 
problemlər, çatışmazlıqlar və ehtiyaclar müraciət etməklə tam həlli 
tətbiq olunsun. 
21. Azərbaycan rəhbərlərinin effektiv inkişaf üçün yeni dünya 
-baxışlar, düzgün dəyərlər, xalqı, dövləti və dünyanı, dünya siyasi 
mühitini düzgün  dərk etməsi və qiymətləndirməsi və düzgün 
strategiya  və  rasional idarə metodu seçməsi lazımdır.   
Buna misal: İnsan həyatının ən qiymətli olması, hamının bərabər 
haqları  və yaşama imkanları olması, dövlətin xaqa xidmət etməli , 
effektiv idarə etməli olması  dəyərləri və digər əsas insan azadlıq və 
hüquqları kodeksidir. 
22. Qəbələ RLS stansiyası  Qəbələ, Göyçay və  Ağdaş 
rayonlarının  əhalisinə  və bitki və canlı aləminə böyük zərər vurur: 
ağaclar quruyur, tərəvəz tez sıradan çıxır və ya məhsuldarlığını itirir, 
insanlar xəstəliklərə, sonsuzluğa məruz qalmış, ağır maddi vəziyyətə 
düşmüşlər. Onun dayandırılması, təsirə  məruz qalan əhaliyə  əlavə 
kompensasiya verilməsi, pulsuz və yüksək tibbi yardım təmini 
məsləhətdir. Habelə bütün keçmiş dövr üçün kompensasiya verilməsi 
düzgün əxlaqi addım olardı.  
23. Qərar qəbul etmə müddəti - dövlət orqanları arasında 
yazışmalar, qarşılıqlı  vəzifələrin yerinə yetirilməsi, problem həlli
ərizə  və  şikayətlərə maksimum bir həftə  ərzində tam baxılıb, həll 
edilməsi, sonra isə cavab verilməsi qaydası  nəzarət və  məsuliyyət 
mexanizmi ilə gerçəklikdə işə salınsın. Qəti olaraq hər idarədə bütün  
müraciətlərə, aşkar edilmiş problemlərə bu  münasibət tətbiq edilsin.  
24. Yeni rasional  insan – yeni rasional azərbaycanlı 
yetişdirmək lazımdır. Yeni insanların dünyagörüşünü, xarakterini, 
bilk və qabiliyyətlərini yaratmaq, tərbiyə etmək, təhsil vermək 
lazımdır.  
25.  Xalqa imkan vermək lazımdır ki, dövlət qulluqçuları  və 
məmurlarını ildə 2 dəfə qiymətləndirsinlər, onların təyin 
olunmasında, dəyişdirilməsində  iştirak etsinlər. 
26.  Azərbaycanda 1) Rasional cəmiyyət prinsiplərinə uyğun 
olaraq ictimai idarəni həyata keçirmək üçün hər kənd, qəsəbə, 
şəhərdə  və ölkə üzrə ictimai qərar qəbulu institutları yaradılsın – 
burada hər insanın iştirakına imkan verilsin, qərarlar isə xüsusi 


 
122 
prosedurlar və kriteriyalar vasitəsilə hazırlanıb qəbul edilsin; 2) 
bütün problemləri həll etmək və səhv siyasəti düzəltmək üçün böyük 
elmi, sosial, texniki tədqiqatlar mərkəzləri yaradılmalı  və  hər 
problemin həlli layihəsi burada hazırlanmalıdır.) Bu ABŞ-ın RAND 
və ya digər tədqiqatlar mərkəzinə oxşar ola bilər. Nazirliklərin, 
komitələrin statuslarına və funksiyalarına  yenidən baxılması 
lazımdır. 
27.  Dövlətin fəaliyyətinin qiymətləndirilməsi üçün aşağıdakı  
tipik  kriteriyalar qəbul edilsin və dövlət məhz bu hesabatı hər il dörd 
dəfə elan etsin:    
1)
 
Hər kəsin yaşamağa (minimal ehtiyacların təmini ilə) - 
su təminatı, mənzil, müalicə, yol , elektrik,   poct, telefon - 
imkanı  varmı? Nə qədər olmayan insan , icma, məhəllə var? 
2)
 
Dövlətə  məktub, təklif yazan, lakin cavab almayan 
varmı və məsələsi həll olunmayan varmı? 
3)
 
 Nə qədər insan faktiki olaraq işsizdir və dövlət onlara  
işsizliyin bütün dövrü ərzindıə yaşamaq köməyi edirmi?  
4)
 
Nə  qədər adam yaşamaq imkanından məhrumdur: 
xəstəlik,  şikəstlik,  əmək qabiliyyətini itirmək,  həqiqətdə  
normal iş tapa bilməyənlər . 
5)
 
Hər adamın idarəetmədə  iştirakı  və qanun 
yaradılmasında hansı real imkanları var? 
6)
 
Dövlət büdcədən nə qədər rasional istifadə edir?  
7)
 
Nə  qədər adam xəstədir və  xəstəliyini müalicə etmək 
imkanı yoxdur? 
8)
 
Nə  qədər adam ali təhsil və peşə almaq istəyir, lakin 
dövlət təmin etmir? 
9)
 
Asayiş, insan hüquqları  təmin olunurmu, ölkənin 
təhlükəsizliyi kafidirmi? Nə  qədər insanın hüquqları  təmin 
olunmamışdır, təhlükəsizlik sistemi nə  qədər və hansı 
təhlükələrə imkan verir? 
 
28.  İnsanların düzgün həyat, karyera, peşə, həyat yoldaşı  və 
gələcək strategiya seçə bilməsi və müxtəlif problemlərini, sahibkarlıq 
və idarəetmə problemlərini vaxtında həll edə bilməsi üçün, habelə 
gənclərin düzgün gələcək seçməsinə kömək və  səhv işlərdən 
qorumaq üçün dövlət  futuroloji, psixoloji, pedaqoji, biznes və 
hüquqi məsləhət kompleksi yaradılsın və pulsuz xidmət göstərsin. 
Onların verdiyi məsləhət və göstərişləri dövlət xidmət idarələri, 


 
123
səhiyyə, təhsil, polis, iqtisadi idarələr, bələdiyyə və icra hakimiyyəti 
məcburi icra etsinlər.  
29.  Azərbaycan üçün ən yaxşı  həyat tərzi  və idarə strukturu 
Rasional Cəmiyyət konstruksiyasında verilir. Bu - birbaşa 
demokratiya, rasional həyat tərzi prinsipləridir, bu xalqın xilas və 
uğurlu gələcəyinin qarantıdır. Bbu yeni sistemə  və  həyat tərzinə 
keçilməsi həvəzləndirlsin, təlim edilsin 
30.  Tədris universitetlərində  və orta məktəblərdə
Institutlarda Futurologiya - Gələcəyin öyrənilməsi kursları tədris 
edilsin; onun araşdırma, problem həlli və ssenari, strategiya qurmaq  
metodları    hər bir tələbəyə  və dövlət məmuruna öyrədilsin.  Dövlət 
nazirliklərində , komitələrində  Gələcəyin  Araşdırmaları elmi 
tədqiqat  şöbələri yaradılsın və onların rəyi və məsləhəti ilə qanun və 
qərarlar, habelə büdcə hazırlansın və qəbul edilsin.  
31.  Pensionerlərə eyni zamanda pensiya verilməsi və  işləyib 
maaş alması qadağan edilsin. “Ya pensiya, ya işləmək” prinsipi qəbul 
edilsin. Pensiyaya çıxanlara gündəlik yeməyi təmin edilməklə yalnız 
könüllü olmaq, məsləhətçi olmaq imkanı verilsin.  
32.  Prezidentə  və ya  seçkilərə, partiyalara ehtiyac yoxdur. 
Bunlar adətən, bir qrupun hakim vəzifələri öz əlinə keçirib özünün 
üstün iqtisadi, sosial, siyasi  və mədəni mənafelərini təmin etmək və 
sui - istifadə etmək məqsədi güdür. Sadəcə rasional qərar qəbulu 
prosedurları ilə və arzu edənlərin  iştirakı vasitəsilə qərar və qanunlar 
hazırlansa, onlar ən düzgün və rasional olacaq və seçkilərə  və 
səsveməyə, partiyalara, avtoritar prezidentə  və nazirlərə, sədrlərə  
ehtiyac qalmayacaq. Bunun  üçün böyük ictimai iştiraka imkan verən 
elmi rasional qərar qəbulu, layihə hazırlanması institutları 
(respublika,  şəhərlər, rayonlar səviyyələri üçün) yaratmaq lazımdır. 
Metod artıq hazırdır. 
33. Hazırki mərhələdə isə  prezident vəzifəsi ləğv edilsin, bəzi 
səbəblərə görə o bir kiçik müddət  qala bilərsə, onda onun ümumxalq 
seçkisi ilə deyil, parlament iddiaçılar içərisindən əvvəldən prezidentə 
tapşırılacaq işi,  strategiyanı, fəaliyyət planını  və siyasəti icra 
etməyi öhdəsinə götürdüyü halda təyin olunsun. Və prezident 
parlamentlə konkret müqavilə bağlasın və onun öhdəçiliklərini, 
əldə edəcəyi nəticələri, işinin qiymətləndirmə kriteriya və 
parametrləri, məsuliyyət sanksiyaları  dəqiq göstərilsin. Bu 
məsələni həll etmək üçün ölkədə alimlərin və azad müstəqil 
mütəxəssislərin iştirakı ilə növbəti 5 illik, 20 illik, 50 illik 
strategiyalar, prinsiplər hazırlansın və onlara uyğun planlar, metod və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə