317
Beləcə süjetli miflər kitabın qarşılığı oldu. Amma danışma və nəql
etmə qabiliyyəti öz mənbəyini yazı dilindən, sonra isə kitab dilindən
götürürdü. Şifahi kahinliyin, sokratçılığın ortaya gəlməsi ilə şifahi mətn-
yaratma qabiliyyəti də insanın dil bilgisinin bir funksiyası olur. Bu
mərhələdən sonra fonetik kitab dili daha sürətlə inkişaf etməyə başlayır.
Kitab dili ilə şifahi mətnyaratmanın qarşılıqlı dialektik təsiri bu inkişafı
təmin edir. Kitab dili şifahi variantyaratmanın nəticələrindən də
istifadə edir. Bu fərdi müəllif mif variantlarının mədəni dövriyyəyə
girməsi idi. O biri tərəfdən isə kitab dilinin şifahi danışıq dilinə təsiri
müasir dövrə qədər davam edir.
Şifahi mif variantı yaratma dövrü şifahi mif söyləyiciliyi hadisəsi
idi və ilk kanonik kitabların yaranması ilə əsasən bitir və sonralar ancaq
təqlidi xarakter alır. Şifahi mif variantı yaratma dövrü bəşəriyyətin
intellektual inkişafında xüsusi bir mərhələ təşkil edir: bu mərhələ insanla-
rın maddi dünyanı və öz cəmiyyətlərini izah etməkdə birinci mərhələsi idi.
Bu mərhələni dünyabilmənin mifoloji məntiq dövrü adlandırmaq olar.
Mifoloji dünyabilmə anlayışının, mifdə dünyanı izahın iki xüsusiyyəti var-
dır: 1) bir sıra ad-sözün – hərəkət qabiliyyətli canlılardan biri kimi, ger-
çəkliyin davamı kimi (mif kimi) qəbul edilməsi; 2; bütün diri və hərəkət
qabiliyyətli canlılar kimi mifin (mif sözün) obyektinin də insan kimi
iradəsi, seçim qabiliyyətli, maddi tələbləri olan, insan dilini bilən bir şey
kimi təsəvvür edilməsi idi. Miflərin əksəriyyəti ilkin səbəb barədə sualın
cavabı, şey və hadisənin ilkin subyektidir. Dəniz allahı dənizi yaradıb
idarə edir. Məhsuldarlıq allahı bol ya az məhsulu verəndir. Müharibə
allahı müharibəni yaradan və onun nəticəsini, qalibini müəyyən edəndir.
Mif dilin kitabyazmadan çox, nitqlik funksiyası ilə bağlıdır. Şifahi
nitq – kitab mənşəli mətnlərin fərdi yaddaşda əzbərlənmiş formasından
ünsiyyət üçün istifadədir. Şifahi nitqin kodu – fərdi dil bilgisidir, yazının
kodu isə kitabdır. Fərdlərin danışığında nə qədər səhvlərə yol verilsə, yazı
dilində bunlar düzəlir: çünki yazı dilində orfoqrafik, məntiqi, üslubi
qanunlar əsasdır, kitab kodu bu qanunları ciddi şəkildə qoruyur.
Lakin şifahi nitq qabiliyyətinin də prinsipial bir özəlliyi var: bu
özəllik mifik və mistik söz-adlara, onlarla bağlı süjetlərə, təsəvvürlərə
fərdlərin emosional münasibətidir. Yəni fərdi insan yaddaşları müəyyən
sözləri, onların mifoloji və şəxsi mənalarını sevir, onlara pərəstiş edir və
ya nifrət edir, onlardan qorxur. Əzbər mətnlərə, süjetlərə, söz-fantaziya və
miflərə belə şəxsi emosional münasibət ancaq fərdi yaddaşa və fərdi dil
qabiliyyətinə aiddir. Yazılı mətnlərdə işlənən sözün özlüyündə belə
xassəsi və funksiyası yoxdur. Məsələn, yunanlar öz miflərinə inanır və
onlardan qorxurdular. Amma bu mifləri kitabdan oxuyan müasir oxucu bu
318
inam və qoxu hissini yaşamır. Çünki sözün emosional məzmunu fakt kimi
ancaq fərdi yaddaşda olur. Mifdən qorxan qədim yunanların yaddaşı isə
onlarla birgə ölüb. Hətta kitabdakı mətndə mifi oxusa belə, müasir oxucu
ondan qorxu keçirmir. Bunu Allah qorxusuna da aid etmək olar. 100 il
əvvəl azərbaycanlılar Allahdan qorxurdular. İndi isə ateist tərbiyə
nəticəsində yetişən nəsildə Allah sözündən qorxu yoxdur. Yalnız o oxucu
kitabdakı söz-mifdən, mif mətnindən qorxur ki, o həmin mifi qorxulu mif
kimi əvvəlcədən tanıyırdı, yaddaşında çoxlu emosiyalar ilə bağlı idi. Bu
mənada mətnlərin mistiklik və miflik xassəsi ancaq dilin şifahi nitq
formasına bağlıdır, ancaq canlı ünsiyyətdə yaranır.
6.2. Mətnyaratma və ədəbi mətnyaratmada
kod və variant münasibətləri
Deməli, dilin tarixi baxımdan birinci sosial funksiyası kitablıqdır,
yəni informasiyanı yazıya almaq, yazını yaddaş vasitəsinə çevirməkdir.
Məhz yaddaş vasitəsinə, çünki insanların ilk yazı təşəbbüsləri nitq
forması deyildi. Ancaq informasiya toplama, şaxlama, ondan çox
adamın istifadəsi üsulu idi.
Dilin fərdlərarası danışıq funksiyası onun kitab yazısının yaddaş
funksiyasından törəmədir, yazılı yaddaşdakı mətn parçalarının əzbərlən-
miş formasından istifadədir. Bu əzbərləmənin inkişafı təfəkkürü yaradır və
nitqi mədəni insanın adi qazanma vərdişinə çevirir. Nitq birinci şəxslə
ikinci və üçüncü şəxslər arasında ünsiyyət üsuludur. Nitq ünsiyyət kimi
həmişə şifahidir. Ona görə yazılı nitq anlayışı yanlış bir termindir,
çünki dilin kitablıq funksiyası ilə şifahi danışıq funksiyalarını qarışdırır.
Yazının nitqin bir forması kimi başa düşülməsi onların fərqləndirilməsinə
mane olmuş və dilin mövcudluğunun iki müstəqil şəklinin eyniləşdirilmə-
si ilə nəticələnmişdir. Bu eyniləşdirmə nitq anlayışının yazıdan əvvəl
təsəvvür edilməsinə kimi fantastik nəzəriyyəyə çevrilib və dilin mürəkkəb
təkamül tarixinin aydınlaşmasına əngəl olubdur.
Dilin təkamül nəticəsində tarixən yaranan sosial funksiyaları, onun
təfəkkür alətinə çevrilməsi onun nitqlik funksiyasından, nitqin inkişafın-
dan törəmədir. Dilin yaranma təkamülünün sadə tarixi belədir: insanın
yazı vərdişindən istifadə edərək nitq qabiliyyəti kəsb etməsi. Yazı kitabı
yaradıb: amma kitabın sosial alət kimi gücü ancaq nitq qabiliyyəti mü-
kəmməl səviyyədə formalaşandan sonra meydana çıxır. Şifahi nitq
319
qabiliyyətini formalaşması ilə dilin təşəkkülü bitir. Dilin sonrakı inkişafı
dilin funksiyalarının təkmilləşməsidir.
Yazılı dillə nitqin eyniləşdirilməsi danışma qabiliyyətini hazır bir
şey kimi, sadədən mürəkkəbə inkişafsız təsəvvür etməklə bağlıdır. İnsanın
danışma zamanı cümlə qurması onun yazı zamanı cümlə qurması ilə
eyniləşdirilib. Biz də irəlidə şifahi danışıqda mətnyaratmadan bəhs etmi-
şik, bu termindən istifadə etmişik. Lakin indi biz danışıq zamanı mətnya-
ratmanın əsasən təqlid, əzbər mətn parçalarından istifadə olduğunu dəqiq-
ləşdirməliyik. O biri tərəfdən şifahi nitq nə qədər sistemli olsa da, itir və
heç vaxt kodluq funksiyası kəsb edə bilmir. Nitq yaddaş üçün və ya
yaddaş prosesi deyil. Ancaq sözlər vasitəsi ilə informasiya mübadiləsidir.
Şifahi danışıqda istifadə edilən söz birləşmələri səs kimi səslənib yox olur.
Nitq hazır, əzbər mətnlərdən, fərdi yaddaş şablonlarından istifadəyə
əsaslanır. Danışığın kodu yaddaşın sözləri və ifadələri dünyanın obraz və
işarələri kimi bilməsidir.
Ümumiyyətlə, nitq qabiliyyəti nəinki dilin, bütün sivilizasiyanın ən
unikal və mürəkkəb nailiyyətidir. Nitq insanın işarətanıma və işarəyaratma
qabiliyyətidir. Maraqlıdır ki, insanın bu qabiliyyətindən yeni müstəqil
işarə sistemləri yaradılıb ki, onları semiotika elmi öyrənir. Kompüterin
özünü də belə kodlu işarə sistemlərindən biri hesab etmək olar. Lakin
kompüterin kodu dil sferasına aid deyildir. Onu dilə doğmalaşdıran
təfəkkürün işarətanıma keyfiyyətinə əsaslanmasıdır. Bu keyfiyyət dildən
istifadənin təkamülündən yaranmışdır.
Dilin özünün əsas üç müstəqil səviyyəli kodluğu vardır.
1. a/ dil – kitab və yazılı mətn mədəniyyətidir – b/ dil--insanda fərdi
təfəkkür vərdişlərinin yaranma kodudur
2. d/ dil – fərdi sözbilmə, görmə və eşitmə ilə söztanıma, yəni
təfəkkür vərdişlərinin (qabiliyyətinin) inkişaf etmiş şəklidir – e/ dil –
danışıq qabiliyyətinin təkamül kodudur
3. h/ dil – inkişaf etmiş fərdi nitq qabiliyyətidir – k/ dil – kütləvi
fərdi mətnyaratmanın (yaza bilmək vərdişlərinin) kodudur.
Dildə müşahidə olunan bu üç səviyyəli kodluq dilin tarixi ardıcıllıq-
la inkişafını və bu yolda yeni-yeni funksiyalar qazanmasını əks edir.
Bu üç kodluq səviyyəsi dilin inkişafının və sosial funksiyalarının
yaranmasının tarixi ardıcıllığını əks edir.
A funksiyası – dilin kollektiv yaddaş, informasiyanı kitablaşdırmaq
funksiyasıdır.
B funksiyası – fərdi təfəkkür qabiliyyətidir, sözlərin və ifadələrin
insan başında dünyanı göstərən və izah edən fərdi yaddaş işarələrinə
Dostları ilə paylaş: |