313
Yəqin ki, heca yazısına alınan nida-sözlər
müasir sözün tam başlan-
ğıcı olmamışdır. Yazı nida-sözlərin tələffüzünə köklü təsir etmiş və
onların daha aydın tələffüzünü tələb etmiş və tələffüz orqanları və vərdiş-
ləri təkamül keçirmişdir. Bu mənada, müasir sözü instinktiv heca sözün-
dən fərqləndirmək lazımdır. Müasir söz, müəyyən mənada, süni sözdür,
insanın yazıyaratma prosesində yaratdığı bir hadisədir. Yəni sözün müəl-
lifi
təbiət yox, yazını yaradan ilk maarifçilərlə yazıdan istifadə edənlər
olmuşdur.
Ən ibtidai yazı dövründə də, hələ nitq müasir şəklində mövcud
olmadığı vaxtlarda belə
sözlərin tələffüzü və onların yazılışı arasındakı
fərqlər yazıyaratmanın əsas problemi olmuşdur. Qrafik işarəni hamı bir
cür görürdü, amma onun tələffüzündə fərqlər istənilən qədər, yəni tələffüz
edənlərin sayı qədər idi. Bu fərqlər dilin yayılmasına və ondan çoxlu
adamın və daha asan istifadə etməsinə əsas əngəl idi. Sözün tələffüzündə-
ki fərqləri aradan götürmək üçün bir yol var idi:
sözün qrafik təsvirini
konkretləşdirmək və identikləşdirmək. Bu tarixi vəzifəni heca yazısı
yerinə yetirmişdir. Həriflərin indiki qrafik işarələri də ilk əvvəl hecaların,
qovuşuq səslərin işarələri kimi meydana çıxmışdır. Lakin bir qrafik işarə
ilə göstərilən hecaların fonemləşməsinə təkan verən əsas səbəb yazı
sözlərindən kütləvi istifadə olmuşdur, onun şifahi variantından praktik
istifadə olmuşdur. Yazı sözünün üstünlüyü onun səs tərkibicə sabitliyi,
mənaca konkretliyi və terminoloji dəqiqliyi olmuşdur. Belə sözlər
ünsiyyəti, əmrləri, fərdlər arası informasiya mübadiləsini daha birmənalı
edirdi. Yəni daha effektiv idarəçiliyə yol açırdı.
Yazı dilindən istifadə deyilənlərin nəticəsində qədin sinifli cə-
miyyətlərdə bir peşəyə çevrildi. Əvvəl bundan hakimlərin, tayfa başçıla-
rının yaxın adamları, mühasib, yavər
və zabitləri, peşəsinə görə qulları
idarə edənlər istifadə etmişlər. Yəni yazı dili və onun şifahi variantı elitar
bir sosial alət kimi, ilk növbədə, idarəçilik, mühasibat, hərbi və dənizçilik
məqsədləri üçün yaradılmışdır (Yazılı dili bilmək ümumi icbari təhsil
tətbiq olunana qədər belə elitarlığını saxlayırdı).
Hələ indiyə qədər nitq
qabiliyyəti yazı və kitab savadı ilə bağlıdır, belə savadı olmayanlar
nitqdən pis istifadə edir və ancaq həyat təcrübəsi zənginləşdikdə kifayət
qədər danışıq ifadələri və süjetlər əzbərləyirlər. Hətta dillərin şifahi
variantının zənginliyi də həmin dildəki yazı mədəniyyətinə bağlıdır. Elə
buna görə yazısız dillər primitiv və bəsitdir. Yazılı dillərin şifahi variantı
birincilərə görə qat-qat zəngin olur. Çünki dil yazıda inkişaf edir.
Sözlərin identik tələffüzü yazıya təsir göstərmiş və ondan özünə
uyğunlaşmağı tələb etmişdir. Bunun üçün yazının xeyli müddət işlənməsi,
başlıcası isə, sabit şəkildə işlənməsi lazım idi. Bu proses ibtidai
314
müharibələrdən təbii şəkildə qorunan ada-tayfa cəmiyyətlərində mövcud
ola bilərdi. Yunan cəmiyyətinin özü də belə ada-tayfa cəmiyyətlərindən
ibarət idi. Finikiya əlifbasında bütün qədim kitab yazılar və əlifba kitabı-
nın – lövhəsinin özü belə adalardan birində tapılmışdır.
Ona görə də müa-
sir fonetik yazının Aralıq dənizinin şərqindəki ada-dövlətlərin ərazisində
yarandığını qəbul etmək olar. Yunanlar özləri yeni eradan əvvəlki 3-2-cü
minillikdə, Maken dövründə hələ heca yazısından istifadə edirdilər. Həm
də ilk mərhələdə sağdan sola yazırdılar, bu da yazının Babil əraziləri ilə
varislik əlaqəsini təsdiqləyirdi.
Görünür, sözlərin sayının artması eşitmə orqanlarının onları identi-
fikasiyası üçün çətinliklər yaradırdı: ona görə sözlərin tələffüzünü dəqiq-
ləşdirmək üçün onların yazıda fonetik cəhətdən daha dəqiq yazılışına çalı-
şılmalı idi. Bu fonetik yazının tətbiqinə gətirib çıxarır. O biri tərəfdən isə
məhz fonetik yazı sözləri rahat yadda saxlamağa və nitq zamanı asan
tanımağa xidmət edir və şifahi nitqin yayılmasına və daha çox adamlar
tərəfindən ondan istifadə edilməsinə, yəni müasir
söz ünsiyyətinin sürətlə
formalaşmasına səbəb olur.
Yazının tarixini öyrənən alimlər dünyanın çox yerlərində fonetik
yazının ibtidai formalarını aşkar etmişlər. Lakin onların heç biri müasir
dövrə qədər mədəni kitabyazma prosesi kimi davam etməmişdir. Bunun
əsas səbəbi də həmin cəmiyyətlərin müharibələr nəticəsində məhv edilmə-
si olmuşdur. Lakin Aralıq dənizindəki Finikiya əlifbası itməmiş və həmin
ərazidə yaşayan bir sıra qədim dövlətlərdə tətbiq olunan yazı qaydaları
üçün əsas təşkil etmişdir. Bu cəmiyyətlər çox güman ki, Misir və Mesopo-
tamiya mədəniyyəti ilə varislik əlaqələrinə malik olmuşdur. Qədim cəmiy-
yətlərdə mədəni əlaqələr yazı bacaran
maarifçi zabitlərin, qul idarəçiləri-
nin miqrasiyası kimi baş verirdi. Yəhudilərin Fələstinə gəlməsi barədə süjet də
yəqin ki, Misirdə hansısa böhran zamanı bir maarifçi tayfanın Fələstinə köçünü
əks etdirir. Bu köçün yəhudilərə aid edilməsi isə sonralara aiddir.
Biz artıq qeyd etmişik ki, yazı və kitab mədəniyyətindən istifadə
edə bilmə peşəsi yarıvəhşi insan cəmiyyətlərində böyük hakimiyyət və
mülkiyyət sahibliyi yaradırdı və yazının monoteizmə qədər az-çox
davamlı olmasının qədim səbəbləri bu ola bilərdi.
Digər mühüm səbəb isə
qədim cəmiyyətlərdə yazının özünün mistik səkildə qəbul edilməsi,
pərəstiş predmetinə çevrilməsi idi. Artıq qədim Misirdə iki hakimiyyət
forması məlum idi: bunların birincisi hərbi-dövləti hakimiyyət idi. Onun
başında bir qayda olaraq – pəhləvan-sərkərdələr dururdular. İkinci
hakimiyyət yazı bilən ambardarların, mühasiblərin, yazı oxuyan kahinlərin
hakimiyyəti idi. Misirdə artıq kahinliyin və yazının mifik və mistik bir
hakimiyyət yaratdığı məlumdur.