315
Saraylardakı mühasib və uçotçu kahinlər yazıdan
istifadə etməklə
həm də
sabit mənalı ilk sözləri danışıqda, nitqdə işlədən və yayan, sayını
artıran maarifçilər olmuşlar. Güman ki, riyazi biliklər yazıda söz yadda-
şından xeyli əvvəl yaradılıb istifadə edilmiş və dünyanı sözlə təsvir edən
yazının bünövrəsi olmuşdur. Yəqin buna görə tapılan ən qədim yazlar
mühasibat məzmunludur. Kitab dilini bilən və işlədən ilk insanlar saray
maarifçiləri olmuşlar. Onlar sözlərdən istifadə qaydalarını bildikləri üçün
şübhəsiz ki, hərbi başçılarla qoşun arasında əlaqəçi
olmuş və əmrləri, hər-
bi komandaları ilk yazıya alanlar idilər. Məhz uçotçu kahinlər qədim döv-
lətçilik mədəniyyətini və ənənələrini yaradan
ilk zadəgan sinfi olmuşlar.
Yazı dilindən istifadə əmrləri daha konkret çatdırmağa, qulları
məqsədli səkildə idarə etməyə kömək edirdi. Sonralar böyük dövlətlərdə
uçotçu, zabit, bələdçi, gəmi kapitanı, xəritəçi və qərargah zabiti kimi
peşələr həmin savadlı, yazı bilən maarifçi zadəgan
sinfinin ümumi funksi-
yalarına çevrilmişdir. Bir sözlə, bunlar peşəkar idarəçilər idilər və öz ara-
larında yazı dili elementlərindən istifadə etməklə, sonralar isə kitab dilin-
dən istifadə etməklə müasir nitqin ibtidai modelini yaradıblar. Yazı və
kitab dili xalq dili kimi yox,
elitar hadisə kimi, dövlət, peşə və saray dili
kimi yaranmışdır, savadlı zadəgan sinfinin məxsusi ünsiyyət aləti və üsulu
kimi yaranmışdır. Vəzifələri irsi olaraq tutmaq prinsipi də ilk olaraq yəqin
ki, saray zadəgan sinfindən qalmışdır: onlar öz övladlarına əlifba və yazı
öyrətməklə saraylarda və cəmiyyətlərdə tutduqları böyük, mülkiyyətçi və
maddi cəhətdən təminatlı mövqeləri öz övladlarına vermişlər.
Beləliklə insanların müasir nitq qabiliyyətinə yiyələnməsinin birinci
mərhələsi hakimiyyətin yaranması, xüsusi mülkiyyət
və hökmdar qulluq-
çuluğu ilə, qulları mütəşəkkil etməyə çalışmaqla bağlı olmuşdur.
Danışıq qabiliyyətinin tərəqqisinin ikinci mərhələsi savadlı saray
xidmətçiləri sinfinin parçalanması ilə bağlıdır. Bur hissə saray xidmətçisi
və savadlı zabitlər olaraq qalır, ikinci qismi isə müxtəlif səbəblərdən
hökmdarlardan uzaqlaşıb məktəbdarlıq və kitabçılıqla məşğul olmuşlar.
Onlar mərasimlərin idarəçisi və bilicisi olur, mərasim qaydalarını və tayfa
bütlərinin, pəhləvan əcdadların tarixçələrini qələmə almağa başlayırlar.
Yazının ikinci tipi: mərasim və əcdadların kultu ilə bağlı yazılar yaranma-
ğa başlayır.
Kahinlər bunları yazan kimi böyük hakimiyyət qazanırlar:
ilk maa-
rifçilər kitabın yaranan kimi kəsb etdiyi mistik hakimiyyətin və kul-
tun şəriki oldular. Bütpərəst kitab yazısı sosial qorxu yaradırdı, bu qorxu
isə bütün hakimiyyət formalarının bünövrəsi idi. Çünki insanların vəhşi-
dən sosial adama çevrilməsi bu qorxudan keçirdi. Allahdan və padşahdan
316
qoxu eyni hissin mistik və fiziki forması idi. Sosial qorxu və hakimiyyət
eyni hadisənin iki qütbü idi.
Təsadüfi deyil ki, Bibliyada maarifçi peyğəmbərlərin əsas macəra-
ları onların çarlarla münasibətləri və intriqalarıdır. Kitabın
kahinlər, ilk
tayfa maarifçiləri üçün yaratdığı hakimiyyət yəqin ki, bu istiqamətdə
rəqabət yaradıb və kitabçılığa, təhsilə meyli artırıb: axı adi yazıb oxumaq
vərdişi ilə insanlar yeni bir sinfin, kahin idarəçilər sinfinin tərkibinə daxil
olurdular. Savadlı olmaq, yazı bacarmaq ən gəlirli peşə idi:
gələcəyi xəbər
vermək, hərb allahlarını tərənnüm etmək, həkimlik, allahlaşdırılmış pəhlə-
van əcdadların ruhu ilə ünsiyyət, hüquqi suallara cavab onların peşəsinə
aid idi. Məhz onlar bu prosesdə yazının şifahi danışıq variantını yaratdılar:
ayinli bütpərəstliyin təbliği və tətbiqi şifahi danışığım yaranmasının,
yayılmasının mühüm stimulu oldu. (Monoteizm yaranandan sonra tək
Allahın təbliği və ona sitayiş ayinlərinin tətbiqi yazılı dilin geniş yayıl-
ması və milli dillərin formalaşması ilə nəticələndi).
Qəhrəman əcdadlar haqqında rəvayətlərin şifahi əzbər variantları da
nitqin inkişafına böyük təsir göstərib. Vəhşi insanları və qulları idarə
etmək üçün kitabların, mərasim mətnlərinin şifahi təbliği--sosial qorxu
tərbiyəsinin bir şəkli kimi yayılmağa başladı. Səbəb-nəticə əlaqələri barə-
də düşünməyə başlayan insanlar təbii səbəbiyyəti bilmədikləri üçün söz-
miflərə mifik mənalar verməyə və onlara sitayiş etməyə başlayırlar: miflə-
rə inam, onlardan asılılıq
və qorxu, uğurlu məhsul və müharibənin onların
iradəsi ilə bağlanması kütləvi mifyaratma və mifyayma meylləri yaratdı.
İnsanların başında yaranan mistik təsəvvürlər insan cəmiyyətində
fövqəladə qüvvə kəsb etdi: mifik süjetlər müqəddəs və uğur verən sayıldı
və onların yazıya alınması və təbliği sosial zərurət kimi dərk edildi. Bizim
bildiyimiz bütüm yunan-Roma ədəbiyyatı müqəddəs əcdadlar haqda bu
mifyaratmanın bir şəkli idi.
Yaddaşı yaxşı olan Sokrat kimi savadsız kahinlər də meydana
çıxmağa başladı. İnsanlar unikal bir silah tapdılar: sözlər digər adamlara
müraciət edib informasiya vermək, onlara keçmişdən danışmaq, dini-
sosial qorxu və dünyəvi hakimiyyət yaratmağın əsas şəkli oldu.
Beləliklə,
kitabda yaranan mətnlərin ikinci forması -- şifahi əzbərlənən forması
meydana çıxdı. Eyni süjetin müxtəlif fərdi yaddaşlardakı əzbər forması
identik deyildi, onlar
variant idi. Bu isə artıq dini folklor idi.
Şəcərə bu
süjetlərin əsas təşkiledici xətti idi və onları yadda saxlamağı da asanlaşdı-
rırdı. Sami dillərə aid mifologiyada insan tarixi Adəmlə başlayır. Yunan-
larda şəcərə mifik baba Ellindən və onun üç oğlundan başlayır.
Süjet --
kitab mətninin şifahi variantının əsas daşıyıcısı oldu. Təsadüfi deyil ki,
İran, yunan və sami xalqlardakı mifologiyaların əsasında
şəcərə durur.