90
Dilin unikallığı onun daşıyıcısı olan adamların əzbər mətn bilgiləri-
nin cəmi kimi mövcud olmasıdır. Məsələn, ingilis dili onu bilən adamların
dil yaddaşının məcmusudur. O biri tərəfdən bu adamlar bir ucdan ölür və
onlarla dil bilgisi və daşıyıcılığı da, dilin bir parçası olaraq yox olur. Yeni
doğulanlar isə ictimai müqaviləyə girərək insanların istifadə etdikləri
mətnləri işarə sistemi kimi əzbərləyirlər. İnsanın ölməsi ilə dilin bir parça-
sı ölür: bunun qarşısını almaq üçün insanlar mətnləri yazıda ifadə etməyi
icad ediblər. Ona görə yazı da dilin varlığının müstəqil şəklidir Dil eyni
zamanda subyektlərin danışmaq, yazmaq və oxuyub anlamaq vərdişlərinin
cəmidir. Dİl vərdişlərini öyrənmək ictimai müqaviləyə girməkdir. Dil
müqaviləsində olanlar, yəni bir dildə danışanlar hətta özlərini etnik cəhət-
dən də qohum sayırlar və bu tamam əsassız bir mistikadır.
Dilin təbiətində və mənşəyində ən maraqlı proses subyektlərdə
mətnyaratma və mətnoxuma vərdişinin formalaşması və təfəkkür kimi bir
alətə çevrilməsidir. Bu proses əsasən yazıdan istifadə edənlərin sayının
artması kimi başlamışdır. Yazıya qədər qədim tayfa dillərində unifikasiya
– normativlik, sabit söz şəkilləri və qrammatik qanunlar olmamışdır. Qə-
dim insanların dili də təxminən heyvanlarda olduğu kimi idi: səslə verilən
informasiyanı tanımaq qabiliyyəti insanlarda da heyvanlarda olduğu kimi
instinktiv kodda, anadangəlmə olmuşdur. Lakin insanlar dörd ətrafla deyil,
iki ayaqla gəzməyi öyrənəndən sonra onların yaddaşı inkişaf etməyə baş-
lamış və kollektiv həyat fərdlər arasında ünsiyyət ehtiyacını qat-qat artır-
mışdır. Bunun nəticəsi olaraq iki paralel hadisə baş vermişdir: bir tərəfdən
qədim adamların istifadə etdikləri səs işarələrin sayı artmış, o biri tərəfdən
qədim adamlar tərəfindən qeyri fonetik işarə dilindən istifadənin dairəsi
genişlənmişdir.
İşarə dilinin yaranması təfəkkürün başlanğıcıdır. İşarələr ibtidai
məfhumlar idi. Onların vasitəsi ilə qədim adamlar obyektiv aləmdə olan
şeyləri və hadisələri təkcə öz obrazı kimi yox, həm də yaddaşda qala bilən
işarə sistemi kimi yadda saxlayırdılar. Bu İ.Pavlovun ikinci siqnal sistemi
adlandırdığı təfəkkürün inkişafı idi. Qavrayışın mövcudluğu nəticəsində
insanlarda və heyvanların çoxunda şeylərin obrazları yaddaşlarda var idi:
miqrasiya marşrutları da bunun hesabına unudulmurdu. Bu obrazın yad-
daşda olması nəticəsində heyvanlar öz düşmənlərini tanıyırlar. Bu heyvan-
larda və insanlarda ibtidai qavrayışın və bunun nəticəsi olan real tanıma-
nın yüksək inkişafını göstərirdi. Bu birinci siqnal sistemi idi və şeylərin öz
obrazlarının yaddaşda qalmasına əsaslanırdı. Lakin birinci siqnal sistemi
ancaq konkret obyektlərin yadda saxlanmasına əsaslanırdı, dəfələrlə gö-
rülmüş şeylərin xəyal kimi xatırlamaq idi. Amma ikinci siqnal sistemində
“it” sözü anlayışa çevrildi, məsələn, fərdin hər gün gördüyü və xəyalında
91
obrazını yarada bildiyi itdən ayrıldı. Deməli, hər təzə sözün özü artıq
abstraksiya idi, məfhum idi.
Buna baxmayaraq adamlarda söz işarələrinin insanların tanıdığı
konkret obrazlarla əlaqəsi qaldı. Yəni hər fərd “it” deyəndə özünün tanıdı-
ğı konkret bir it obrazını xatırlayır. Uşaqlara isə dili öyrətmək üçün indi də
şeylərin obrazlarından, şəkillərindən istifadə edilir. Görünür, konkret ob-
razlar ikinci siqnal sisteminin əks qütbü kimi məfhumlarla ayrılmaz surət-
də bağlıdır.
Deyilənləri xülasə edib “dil nədir?” sualına aşağıdakı cavabı verə
bilərik.
1. Dil – mətnlərin maddiləşdirilmiş yazı şəklidir.
2. Dil – ayrı-ayrı adamların yaddaşında əzbərlənib yaşayan şifahi
mətnlər çoxluğudur.
Lakin bu iki cəhət hələ dilin hamısı deyil: dilin ayrılmaz tərəfi onun
iki mövcudluq formasından operativ və sosial istifadə xassəsidir. Bu xassə
də iki qütblüdür və bu qütblərin hərəsi dilin iki müstəqil funksiyasıdır.
3. Dil – dil daşıyıcılarının sayı qədər mövcud olan fərdi danışma,
mətnyaratma (şifahi və yazılı variantyaratma) qabiliyyətidir
4. Dil – dil daşıyıcılarının sayı qədər mövcud olan fərdi mətnoxuma
(gözlə) və mətntanıma (qulaqla) qabiliyyəti, danışığı və mətni anlamadır.
Dilin operativ mətnyaratma və mətnoxuma funksiyalarının icrası
üçün insanda xüsusi orqanlar yaranıb və bu orqanlar da dil anlayışına aid-
dir, çünki bunlar olmadan dildən fərdi və sosial ələt kimi istifadə mümkün
deyil.
5. Dil – sözü yadda saxlayan, onun sıralarını operativ niyyətlərlə
aktuallaşdıra bilən beyninin təfəkkür xassəsidir
6. Dil sözün tələffüz orqanı olan udlaqdan ayrılmazdır.
7. Dil sözü və onun sıralarını tanıyıb identifikasiya edə bilən görmə
və eşitmə orqanlarının inkişaf etmiş vərdişləri sayəsində işləyir.
2.2. Təfəkkürün sözü identifikasiya xassəsi
və şifahi ləhcələrin mənşəyi
Dilin ünsiyyət funksiyası, yəni sabit sözlərdən və birləşmələrdən
dünyanı bildirən işarə sırası kimi istifadə təfəkkürün sözləri identik qəbul
etmə xassəsinə əsaslanır. Bu sözü identik qavrayışdır və yalnız bunun
sayəsində danışan və eşidən adamlar bir-birini başa düşür. Təfəkkürün
sözləri identifikasiya edə bilmək xassəsi yazı dilindən istifadə prosesində
92
meydana çıxmışdır. Ona görə yazıdan və yazılı mətndən əvvəl nitq
hissələrindən istifadəyə əsaslanan ünsiyyət funksiyasından danışmaq
olmaz. Bütün hallarda şifahi ünsiyyət yazılı söz-işarə sıralarının əzbər
formasından istifadədir. İlk baxışda danışma təfəkkürün funksiyası kimi
görünür, amma əslində danışma identik əzbərləmə xassəsindən istifadədir.
Əzbərləmə isə yaddaşın yazılı mətndən istifadə, onu tanıma və ondan işarə
kimi istifadə qabiliyyətinin inkişaf etmiş şəklidir. Şifahi söz birləşməsi
yazılı söz birləşməsinin fərdi intonasiyaya bürünmüş variantıdır. Demək,
işarə söz və təfəkkür ayrılmazdır, onlardan əvvəl heç bir dil haqqında
söhbət gedə bilməzə. Dil, müəyyən mənada, işarə-sözdən istifadə mədə-
niyyətidir. Bəs insanlar işarə-sözləri necə yaratmışlar, ondan istifadəni
necə öyrənmişlər?
İnsan təfəkkürünün əsasını milyon illər ərzində formalaşmış yaddaş
qabiliyyəti, identifikasiya qabiliyyəti təşkil edir. İnsanlarda hiss orqanları-
na uyğun beş identifikasiya qabiliyyətindən ikisi dildə əsas rol oynayır:
görmə və eşitmə vasitəsi ilə tanıma. Təfəkkürün bünövrəsi olan yaddaş ən
çox görmə ilə identifikasiyaya əsaslanır. Məkanı və hərəkətləri tanımaqla
fərdi yaddaş minlərlə təbii obrazları tanımağı və fərqləndirməyi öyrənmiş-
dir. Dilin ilkin forması olan yazı da görmə yaddaşı üzərində yaranmışdır.
Yazı işarələrini fərqləndirmək və tanımaq vərdişindən informasiyanı yazı
işarələri şəklində maddiləşdirmək imkanı yaranmışdır. Yazının inkişafı
xırda xətti yazı fiqurlarını tanıma qabiliyyətini inkişaf etdirməklə təfəkkü-
rün görmə ilə yazı işarəsini identifikasiya qabiliyyətini artırmışdır. Lakin
yazılı işarələri identifikasiya görmə yaddaşının bir şəkli idi və 85-90 min
il ərzində dil və ünsiyyət qabiliyyəti ilə bağlı heç bir nəticə vermirdi.
Yazı işarəsinin formulu belə idi: yaddaşdakı təbiət obrazı +
yazılı işarə. Burada ancaq görmə ilə identifikasiya vardır. Yazının
funksiyası isə fərdi yaddaşdakı dünya obrazının yazı işarələri ilə bildirilən
obrazını yaratmaqdır.
Söz işarəsinin formulu. İnsanların istifadə etdiyi müxtəlif işarələ-
rin, yazı yarandıqdan sonra isə qrafik söz-işarənin adı kimi yaranan şifahi
söz-ad təfəkkürün yeni xassəsinin yaranmasını şərtləndirdi: bu sözün
şifahi səs variantını identifikasiya etmək qabiliyyəti idi. Səsləri identifika-
siya etmək qabiliyyətinin inkişafı dilin şəxslərarası ünsiyyət funksiyasına
yol açdı. Yazı işarəsi maddi lövhədə olan işarə idi, məkanca bağlı və isti-
fadə üçün əlverişsiz idi, ancaq lövhəni görənlər üçün məna yarada bilirdi.
Amma yazı işarəsinin adı olan səs işarəsi səs sürəti dairəsində yazılı işarə-
nin məkan bağlılığını aradan götürdü və sözün sosial alətə çevrilməsi üçün
imkanları genişləndirdi.
Dostları ilə paylaş: |