98
layan halda namaza durmamalı, namaz əsnasında göyə baxmamalı, əksinə,
namazın savabını artıran işlər görməlidir. Məsələn, barmağına əqiq üzük
taxsın, təmiz (pak) paltar geyinsin, başını darasın, dişlərini fırçalasın və
özünə ətir vursun.
Vacib namazlar
Vacib namazlar altıdır:
1. Gündəlik namazlar.
2. Ayat namazı.
3. Meyit namazı.
4. Kəbə evinin təvaf namazı.
5. Ehtiyata əsasən, atanın böyük oğula vacib olan qəza namazı.
6. And içmək, əhd, nəzir və icarə etməklə vacib olan namazlar və cümə
namazı da gündəlik namazlardandır.
Gündəlik vacib namazlar
Gündəlik vacib namazlar beşdir; zöhr və əsr namazları, hər biri dörd rü-
kətdir. Şam namazı üç rükət, xiftən namazı dörd rükət və sübh namazı da iki
rükətdir.
Məsələ 712: Səfərdə dörd rükətli namazlar, sonradan deyiləcək şərtlər
əsasında, iki rükət qılınmalıdır.
Zöhr və əsr namazlarının vaxtı
Məsələ 713: Zöhr və əsr namazlarının vaxtı “zəval”dan (şəri günorta)
1
günəş
batana qədərdir. Amma əsr namazını bilərəkdən zöhr namazından əvvəl
qılınsa batildir. Lakin vaxtın bitməsinə yalnız bir namaz qıla biləcək qədər
vaxt qalsa və insan zöhr namazını qılmamış olsa, artıq onun zöhr namazı
qəza olmuşdur və əsr namazını qılmalıdır. Əgər bir şəxs bu vaxtdan əvvəl
səhvən əsr namazını tamamilə zöhr namazından əvvəl qılsa, namazı düzgün-
dür və zöhr namazını qılmalıdır. Amma müstəhəb ehtiyata əsasən, ikinci
dörd rükət namazı “ma fiz-zimmə” (boynunda qalan) niyyəti ilə qılsın.
Məsələ 714: Zöhr namazını qılmadan, səhvən əsr namazı ilə məşğul
olarsa və namaz əsnasında səhv etdiyini bilərsə, niyyəti zöhr namazına çevir-
1
Şəri-günorta günün yarısının keçməsindən ibarətdir. Məsələn, əgər gündüz on iki saatdırsa, gü-
nəşin doğmasından altı saat keçdikdən sonra şəri-günorta olur. Əgər gündüz on üç saatdırsa, 5
saat, 30 dəqiqə keçdikdən sonra şəri-günorta olur. Demək, günəşin doğmasından batmasına qə-
dər olan müddətin yarısının keçməsindən ibarət şəri-günorta ilin bəzi vaxtlarında saat on ikidən
bir neçə dəqiqə əvvəl, bəzən də bir neçə dəqiqə sonra olur.
99
məlidir. Yəni, “indiyə qədər qıldığım, indi qılmaqda olduğum və bundan
sonra qılacağımın hamısı zöhr namazı olsun.” – deyə niyyət etməli və na-
mazı qurtardıqdan sonra əsr namazını qılmalıdır.
Cümə namazı və onun hökmləri
Məsələ 715: Cümə namazı sübh namazı kimi iki rükətdir; bu fərqlə ki,
cümə namazından əvvəl iki xütbə söyləmək lazımdır. Cümə namazı “vacibi-
təxyiri”dir; yəni, insan cümə günü şərtlərin mövcud olduğu təqdirdə, cümə
və ya zöhr namazının hansı birini qılmaqda ixtiyar sahibidir. Əgər cümə
namazını qılarsa, zöhr namazının əvəzindən kifayət edər.
Cümə namazının vacib olmasının bir neçə şərti vardır:
1. Vaxtın daxil olması; günəşin “zəval” olması, yəni, günorta vaxtından
ibarətdir, onun vaxtı camaat arasında olan “zəval”ın əvvəlidir. Deməli, əgər
cümə namazı bu vaxtdan gecikərsə, artıq onun vaxtı sona çatmışdır və zöhr
namazını qılmaq lazımdır.
2. Fərdlərin (namazda iştirak edənlərin) sayı imamla birlikdə beş nəfər
olmalıdır. Deməli, beş nəfər müsəlman cəm olmayınca, cümə namazı vacib
olmaz.
3. İmamlıq şərtlərinə malik olan imamın olması; camaat namazı bölü-
mündə qeyd ediləcək ki, imam-camaat ədalət və digər sifətlərə malik olmalı-
dır və onsuz cümə namazı vacib olmaz.
Cümə namazının düzgün olmasının bir neçə şərti vardır:
1. Camaatla qılınmalıdır; buna əsasən də onu fərdi şəkildə qılmaq düz-
gün deyildir. Əgər “məmum” (imama iqtida edən şəxs) cümə namazının
ikinci rükətində rukudan əvvəl imama yetişib iqtida edərsə və digər bir rükə-
tini fərdi şəkildə qılarsa, cümə namazı düzgün olar. Amma ikinci rükətin
rukusunda imama qoşulsa, vacib ehtiyata əsasən, bu cümə namazı ilə kifa-
yətlənə bilməz və zöhr namazını qılmalıdır.
2. Namazdan əvvəl iki xütbə oxunmalıdır; birinci xütbədə Allaha həmd-
səna demək, təqvaya və günahlardan qorunmağa tövsiyə etmək və Qurani–
Kərimdən qısa bir surə oxumaq, ikinci xütbədə də Allaha həmd-səna demək,
həzrət Məhəmməd(s)-ə və müsəlmanların imamlarına (on iki imama) salavat
göndərmək lazımdır. Müstəhəb ehtiyata əsasən, imam-cümə mömin kişi və
qadınların da Allahdan bağışlanmalarını istəsin. Xütbələri namazdan əvvəl
oxumaq lazımdır. Əgər xütbələrdən əvvəl namaza başlasa, düzgün deyildir.
Xütbələri günortadan (zəvaldan) əvvəl oxumaq mübahisəlidir.
Xütbə oxuyan imam xütbə zamanı ayaq üstə durmalıdır. Əgər oturan
halda xütbə oxuyarsa, düzgün deyildir. Həmçinin iki xütbə arasında azacıq
oturaraq fasilə verməli və bu fasilə qısa olmalıdır. Xütbəni imam-camaat özü
oxumalıdır. Allaha həmd-səna demək və həzrət Peyğəmbər(s) ilə müsəlman-
100
ların imamlarına (on iki imama) salavat göndərmək, ehtiyata əsasən, ərəb
dilində olmalıdır. Amma qalanlarının ərəb dilində olması şərt deyildir. Hətta
əgər namazda iştirak edənlərin çoxu ərəbcə bilməsələr, vacib ehtiyata əsasən,
namazda iştirak edənləri öz dillərində təqvaya tövsiyə etmək lazımdır.
3. İki cümə namazı arasında olan məsafə bir “fərsəx”dən az olmamalıdır.
Buna əsasən, bir “fərsəx”dən az bir məsafədə ayrı bir cümə namazı da
qılınarsa və hər ikisi eyni zamanda başlanarsa, hər ikisi batildir. Amma biri,
hətta təkcə “təkbirətul-ehram”ı o birindən əvvəl demiş olsa belə, birincisi
düzgün, ikincisi isə batildir. Lakin əgər cümə namazı qıldıqdan sonra bir
“fərsəx”dən az bir məsafədə ondan əvvəl və ya onunla eyni zamanda ayrı bir
cümə namazının da qılındığı aşkar olarsa, zöhr namazını qılmaq vacib deyil-
dir. Qeyd olunmuş məsafə daxilində bir cümə namazının qılınması digər bir
cümə namazına, yalnız özünün düzgün və bütün şərtlərə malik olduğu təq-
dirdə maneəsi vardır. Əks təqdirdə, maneəsi olmaz.
Məsələ 716: Şərtlərə malik olan bir cümə namazı bərpa olunarsa və onu
qılan məsum İmam(ə)-ın özü və ya onun xüsusi nümayəndəsi olarsa, həmin
cümə namazında iştirak etmək vacibdir. Əks təqdirdə iştirak etmək vacib
deyildir.
Birinci təqdirdə də bir neçə qrupa iştirak etmək vacib deyil.
1. Qadınlar.
2. Qullar.
3. Müsafirlər; hətta vəzifəsi namazını tamam qılmaq olsa belə – bir
yerdə on gün qalmaq məqsədində olan müsafir kimi.
4. Xəstələr, korlar və qocalar.
5. Cümə namazı qılınan yerlə aralarındakı məsafə iki “fərsəx”dən çox
olanlar.
6. Yağış, şiddətli külək və buna oxşar çətin maneələrlə üzləşənlər.
Məsələ 717: Cümə namazı vacib olan bir şəxs onun yerinə zöhr namazı-
nı qılsa, namazı düzgündür.
Cümə namazı ilə əlaqədar bir neçə hökm
1. Qeyd olunanlara əsasən, cümə namazı İmam(ə)-ın qeybə çəkildiyi
dövrdə “vacibi-təyini” deyil; vaxtın əvvəlində də zöhr namazını qılmaq olar.
2. İmamın xütbə oxumağa məşğul olduğu zaman danışmaq məkruhdur
və əgər xütbəni eşitməyə bir maneə olarsa, ehtiyata əsasən, caiz deyildir.
3. Hər iki xütbəni dinləmək vacib ehtiyata əsasəndir. Amma xütbənin
mənasını bilməyən şəxslərin dinləməsi vacib deyildir.
4. İmamın xütbə oxuduğu zaman hazır olmaq vacib deyildir.
Dostları ilə paylaş: |