153
sözündən önə keçməməlidir. Əgər salam verən şəxs
belə etməsə də, hətta müs-
təhəb ehtiyata görə, cavabı tamamilə onun verdiyi salam kimi versin. Məsələn,
əgər ona “salamun əleykum” – deyilsə, cavabında “salamun əleykum”, əgər
“salamun əleykə” – deyilsə, “salamun əleykə”, əgər “əssəlamu əleykum” –
deyilsə, “əssəlamu əleykum”, əgər “əssəlamu əleykə” – deyilsə, “əssəlamu
əleykə” – desin. Amma “əleykuməs-səlam”ın cavabında “əleykuməs-səlam”,
yaxud “əssəlamu əleykum” və yaxud “salamun əleykum” da deyə bilər.
Məsələ 1119: İnsan salamın cavabını istər namazda, istərsə də başqa
vaxtda, dərhal verməlidir. Əgər bilərəkdən və ya unutqanlıq üzündən sala-
mın cavabını həmin salama cavab hesab olunmayacaq qədər gecikdirdikdən
sonra cavab vermək istəsə, əgər namaz halındadırsa, cavab verməməlidir və
əgər namaz halında deyilsə, cavab verməsi vacib deyildir.
Məsələ 1120: Salamın cavabını elə demək lazımdır ki, salam verən eşit-
sin. Amma salam verən kar olsa yaxud salam verib, tez ötüb keçsə, onda
mümkündürsə, salamın cavabını işarə və onun başa düşdüyü kimi vermək
lazımdır. Əks təqdirdə, namaz deyilsə, cavab verməsi lazım (vacib) deyildir.
Namazda olsa da, cavab verməsi caiz deyildir.
Məsələ 1121: Vacibdir ki, namaz qılan salamın cavabını ehtiram məqsə-
di ilə desin. Dua məqsədilə deməyin də eybi yoxdur, yəni, Allah-taaladan
salam verən şəxs üçün sağlamlıq istəsin.
Məsələ 1122: Əgər naməhrəm qadın yaxud naməhrəm kişi və ya yaxşını
pisdən seçən uşaq namaz qılana salam versə, namaz qılan ona cavab verməli-
dir. Əgər qadın salamı “salamun əleykə” – desə, cavabında “salamun əleyki”
– deyə bilər, yəni, “kaf” hərfinə “kəsrə” əlavə edərək cavab verə bilər.
Məsələ 1123: Əgər namaz qılan salamın cavabını verməsə, günah etmiş
olsa da, namazı düzgündür.
Məsələ 1124: Əgər bir şəxs namaz qılana səhv salam versə, vacib ehti-
yata əsasən, onun cavabını düzgün verməlidir.
Məsələ 1125: İstehza yaxud zarafat üçün salam verən şəxsin,
habelə müsəl-
man olmayan kişi və qadının – zimmi olmadıqda – salamının cavabını vermək,
vacib deyildir. Əgər zimmi olmasalar, vacib ehtiyata əsasən, “əleyk” sözü ilə
kifayətlənmək lazımdır.
Məsələ 1126: Əgər bir şəxs bir neçə nəfərə salam versə, onun salamına cavab
vermək onların hamısına vacibdir, amma onlardan biri cavab versə, kifayətdir.
Məsələ 1127: Əgər bir şəxs bir dəstəyə salam versə və salam verənin
məqsədində tutmadığı bir şəxs ona cavab verərsə, onun salamına cavab ver-
mək yenə də həmin dəstəyə vacibdir.
Məsələ 1128: Əgər bir şəxs bir dəstəyə salam versə, onların arasında na-
maza məşğul olan şəxs salam verənin ona da salam verib-verməməsinə şəkk
etsə, cavab verməlidir. Həmçinin vacib ehtiyata əsasən, bilsə ki, salam verən
onu da nəzərdə tutmuşdur, başqası onun salamının cavabını vermişdirsə, ca-
vab verməsin. Amma bilsə ki, salam verən onu da nəzərdə tutmuşdur, baş-
154
qası cavab verməyibsə yaxud cavabının verilib-verilməməsinə şəkk etsə, na-
maz qılan onun cavabını verməlidir.
Məsələ 1129: Salam vermək müstəhəbdir. Nəql olunmuşdur ki, atlı
piyadaya, duran oturana və kiçik böyüyə salam versin.
Məsələ 1130: Əgər iki nəfər eyni zamanda bir-birinə salam versə, vacib
ehtiyata əsasən, hər biri digərinin salamına cavab verməlidir.
Məsələ 1131: Qeyri-namaz halında salamın cavabını salamdan yaxşı
vermək müstəhəbdir. Məsələn, əgər “salamun əleykum” – desə, cavabında
“salamun əleykum və rəhmətullah” – desin.
7. Namazda bilərəkdən uca səslə gülmək namazı batil edən əməllərdən-
dir. Hətta ixtiyarsız olsa da; əgər əvvəli ixtiyari olsa da, vacib ehtiyata əsa-
sən, əvvəli ixtiyari olmasa belə, bu zaman namazı yenidən qılmağa vaxt
varsa, yenidən qılmalıdır. Amma bilərəkdən səssiz və yaxud səhvən ucadan
gülsə, namazının eybi yoxdur.
Məsələ 1132: Əgər ucadan gülməyin qarşısını almaq nəticəsində halı dəyiş-
sə, məsələn, rəngi qızarsa, vacib ehtiyata əsasən, namazını ikinci dəfə qılsın.
8. Namazı batil edən əməllərdən biri də, vacib ehtiyata əsasən, dünya iş-
ləri üçün bilərəkdən ucadan və yaxud səssiz ağlamaqdır; amma Allah qorxu-
sundan yaxud Ona doğru şövqdən və ya axirət üçün ucadan və ya səssiz ağ-
lasa, eybi yoxdur və üstəlik ən yaxşı əməl sayılır. Hətta Allahdan özünün
dünya ilə bağlı diləklərini istəmək üçün Onun dərgahında zəlillik göstərib
ağlasa, eybi yoxdur.
9. Namazı batil edən əməllərdən biri də namazın surətini pozmaqdır.
Məsələn, havaya tullanmaq və yaxud bu kimi hərəkətlər etsə, istər bilərəkdən
olsun, istərsə də unutqanlıqdan, namazı batil edər. Amma əl ilə işarə etmək
kimi namazın surətini pozmayan hərəkətlərin eybi yoxdur.
Məsələ 1133: Əgər namaz əsnasında “namaz qılmır” –
deyiləcək qədər
sakit qalsa, namazı batil olar.
Məsələ 1134: Əgər namaz əsnasında bir iş görsə yaxud bir müddət sakit
dayansa və şəkk etsə ki, namazı pozulub ya yox, namazı yenidən qılmalıdır.
Amma yaxşı olar ki, onu qurtarsın, sonra yenidən qılsın.
10. Namazı batil edən əməllərdən biri də yemək və içməkdir. Əgər na-
maz əsnasında “namaz qılmır” – deyiləcək tərzdə bir şey yesə və ya içsə,
istər bilərəkdən olsun, istərsə də unutqanlıqdan, namazı batil olur. Amma
oruc tutmaq istəyən şəxs sübh azanından əvvəl müstəhəb bir namaz qıldığı
halda susasa, namazı tamamladığı təqdirdə, sübh azanının olacağından
qorxsa və su onun qarşısında bir neçə addımlıqda olsa, namaz arasında su içə
bilər. Amma üzü qiblədən çevirmək kimi namazı batil edən bir iş yerinə
yetirməməlidir.
Məsələ 1135: Bilərəkdən yemək və ya içmək, hətta namazın
surətini
pozmasa da, vacib ehtiyata əsasən, həmin namazı yenidən qılmalıdır; istər
namazın ardıcıllığı (müvalatı) pozulsun, istərsə də pozulmasın.