Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə63/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   59   60   61   62   63   64   65   66   ...   181

 

153


sözündən önə keçməməlidir. Əgər salam verən şəxs belə etməsə də, hətta müs-

təhəb ehtiyata görə, cavabı tamamilə onun verdiyi salam kimi versin. Məsələn, 

əgər ona “salamun əleykum” – deyilsə, cavabında “salamun əleykum”,  əgər 

“salamun  əleykə” – deyilsə, “salamun əleykə”,  əgər “əssəlamu  əleykum” –

deyilsə, “əssəlamu  əleykum”,  əgər “əssəlamu  əleykə” – deyilsə, “əssəlamu 

əleykə” – desin. Amma “əleykuməs-səlam”ın cavabında “əleykuməs-səlam”, 

yaxud “əssəlamu əleykum” və yaxud “salamun əleykum” da deyə bilər. 

Məsələ 1119: İnsan salamın cavabını istər namazda, istərsə  də başqa 

vaxtda, dərhal verməlidir.  Əgər bilərəkdən və ya unutqanlıq üzündən sala-

mın cavabını həmin salama cavab hesab olunmayacaq qədər gecikdirdikdən 

sonra cavab vermək istəsə, əgər namaz halındadırsa, cavab verməməlidir və 

əgər namaz halında deyilsə, cavab verməsi vacib deyildir. 

Məsələ 1120: Salamın cavabını elə demək lazımdır ki, salam verən eşit-

sin. Amma salam verən kar olsa yaxud salam verib, tez ötüb keçsə, onda 

mümkündürsə, salamın cavabını  işarə  və onun başa düşdüyü kimi vermək 

lazımdır. Əks təqdirdə, namaz deyilsə, cavab verməsi lazım (vacib) deyildir. 

Namazda olsa da, cavab verməsi caiz deyildir. 

Məsələ 1121: Vacibdir ki, namaz qılan salamın cavabını ehtiram məqsə-

di ilə desin. Dua məqsədilə deməyin də eybi yoxdur, yəni, Allah-taaladan 

salam verən şəxs üçün sağlamlıq istəsin. 

Məsələ 1122: Əgər naməhrəm qadın yaxud naməhrəm kişi və ya yaxşını 

pisdən seçən uşaq namaz qılana salam versə, namaz qılan ona cavab verməli-

dir. Əgər qadın salamı “salamun əleykə” – desə, cavabında “salamun əleyki” 

– deyə bilər, yəni, “kaf” hərfinə “kəsrə” əlavə edərək cavab verə bilər. 



Məsələ 1123: Əgər namaz qılan salamın cavabını verməsə, günah etmiş 

olsa da, namazı düzgündür. 



Məsələ 1124: Əgər bir şəxs namaz qılana səhv salam versə, vacib ehti-

yata əsasən, onun cavabını düzgün verməlidir. 



Məsələ 1125: İstehza yaxud zarafat üçün salam verən şəxsin, habelə müsəl-

man olmayan kişi və qadının – zimmi olmadıqda – salamının cavabını vermək, 

vacib deyildir. Əgər zimmi olmasalar, vacib ehtiyata əsasən, “əleyk” sözü ilə 

kifayətlənmək lazımdır. 



Məsələ 1126: Əgər bir şəxs bir neçə nəfərə salam versə, onun salamına cavab 

vermək onların hamısına vacibdir, amma onlardan biri cavab versə, kifayətdir. 



Məsələ 1127: Əgər bir şəxs bir dəstəyə salam versə  və salam verənin 

məqsədində tutmadığı bir şəxs ona cavab verərsə, onun salamına cavab ver-

mək yenə də həmin dəstəyə vacibdir. 

Məsələ 1128: Əgər bir şəxs bir dəstəyə salam versə, onların arasında na-

maza məşğul olan şəxs salam verənin ona da salam verib-verməməsinə şəkk 

etsə, cavab verməlidir. Həmçinin vacib ehtiyata əsasən, bilsə ki, salam verən 

onu da nəzərdə tutmuşdur, başqası onun salamının cavabını vermişdirsə, ca-

vab verməsin. Amma bilsə ki, salam verən onu da nəzərdə tutmuşdur, baş-



 

154


qası cavab verməyibsə yaxud cavabının verilib-verilməməsinə şəkk etsə, na-

maz qılan onun cavabını verməlidir. 



Məsələ 1129: Salam vermək müstəhəbdir. Nəql olunmuşdur ki, atlı 

piyadaya, duran oturana və kiçik böyüyə salam versin. 



Məsələ 1130: Əgər iki nəfər eyni zamanda bir-birinə salam versə, vacib 

ehtiyata əsasən, hər biri digərinin salamına cavab verməlidir.  



Məsələ 1131: Qeyri-namaz halında salamın cavabını salamdan yaxşı 

vermək müstəhəbdir. Məsələn,  əgər “salamun əleykum” – desə, cavabında 

“salamun əleykum və rəhmətullah” – desin. 

7. Namazda bilərəkdən uca səslə gülmək namazı batil edən əməllərdən-

dir. Hətta ixtiyarsız olsa da; əgər əvvəli ixtiyari olsa da, vacib ehtiyata əsa-

sən,  əvvəli ixtiyari olmasa belə, bu zaman namazı yenidən qılmağa vaxt 

varsa, yenidən qılmalıdır. Amma bilərəkdən səssiz və yaxud səhvən ucadan 

gülsə, namazının eybi yoxdur. 

Məsələ 1132: Əgər ucadan gülməyin qarşısını almaq nəticəsində halı dəyiş-

sə, məsələn, rəngi qızarsa, vacib ehtiyata əsasən, namazını ikinci dəfə qılsın. 



8. Namazı batil edən əməllərdən biri də, vacib ehtiyata əsasən, dünya iş-

ləri üçün bilərəkdən ucadan və yaxud səssiz ağlamaqdır; amma Allah qorxu-

sundan yaxud Ona doğru  şövqdən və ya axirət üçün ucadan və ya səssiz ağ-

lasa, eybi yoxdur və üstəlik  ən yaxşı  əməl sayılır. Hətta Allahdan özünün 

dünya ilə bağlı diləklərini istəmək üçün Onun dərgahında zəlillik göstərib 

ağlasa, eybi yoxdur. 



9. Namazı batil edən  əməllərdən biri də namazın surətini pozmaqdır. 

Məsələn, havaya tullanmaq və yaxud bu kimi hərəkətlər etsə, istər bilərəkdən 

olsun, istərsə də unutqanlıqdan, namazı batil edər. Amma əl ilə işarə etmək 

kimi namazın surətini pozmayan hərəkətlərin eybi yoxdur. 



Məsələ 1133: Əgər namaz əsnasında “namaz qılmır” – deyiləcək qədər 

sakit qalsa, namazı batil olar. 



Məsələ 1134: Əgər namaz əsnasında bir iş görsə yaxud bir müddət sakit 

dayansa və şəkk etsə ki, namazı pozulub ya yox, namazı yenidən qılmalıdır. 

Amma yaxşı olar ki, onu qurtarsın, sonra yenidən qılsın. 

10.  Namazı batil edən əməllərdən biri də yemək və içməkdir. Əgər na-

maz  əsnasında “namaz qılmır” – deyiləcək tərzdə bir şey yesə  və ya içsə, 

istər bilərəkdən olsun, istərsə  də unutqanlıqdan, namazı batil olur. Amma 

oruc tutmaq istəyən şəxs sübh azanından əvvəl müstəhəb bir namaz qıldığı 

halda susasa, namazı tamamladığı  təqdirdə, sübh azanının olacağından 

qorxsa və su onun qarşısında bir neçə addımlıqda olsa, namaz arasında su içə 

bilər. Amma üzü qiblədən çevirmək kimi namazı batil edən bir iş yerinə 

yetirməməlidir. 



Məsələ 1135: Bilərəkdən yemək və ya içmək, hətta namazın surətini 

pozmasa da, vacib ehtiyata əsasən, həmin namazı yenidən qılmalıdır; istər 

namazın ardıcıllığı (müvalatı) pozulsun, istərsə də pozulmasın. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə