Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə65/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   61   62   63   64   65   66   67   68   ...   181

 

158


yetirdiyi yadına düşsə, rükn artıq olduğu üçün namazı vacib ehtiyata 

əsasən, batildir. 



Məsələ 1156: Əgər rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyinə 

şəkk etsə, ondan sonrakı işlə məşğul olmayıbsa, onu yerinə yetirməlidir. Mə-

sələn, “surə”ni oxumazdan əvvəl “Fatihə”ni oxuyub-oxumadığına şəkk edər-

sə, “Fatihə”ni oxumalıdır. Əgər yerinə yetirdikdən sonra onu yerinə yetirdiyi 

yadına düşsə, rükn artıq olmadığı üçün namazı düzgündür. 

Məsələ 1157: Əgər rüknü yerinə yetirib-yetirmədiyinə, məsələn, təşəh-

hüdü oxuyanda iki səcdəni yerinə yetirib-yetirmədiyinə şəkk edərək öz şək-

kinə  əhəmiyyət verməsə  və sonra, həmin rüknü yerinə yetirmədiyi yadına 

düşsə, nə qədər sonrakı rüknə məşğul olmayıb, onu yerinə yetirməlidir. Əgər 

sonrakı rüknə məşğul olubdursa, namazı vacib ehtiyata əsasən, batildir. Mə-

sələn, əgər sonrakı rükətin rukusundan əvvəl iki səcdəni yerinə yetirmədiyi 

yadına düşsə, onları yerinə yetirməlidir və  əgər rukuda yaxud ondan sonra 

yadına düşsə, qeyd edildiyi kimi namazı batildir. 



Məsələ 1158: Əgər rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyinə 

şəkk etsə, ondan sonrakı işə başlayıbsa, öz şəkkinə əhəmiyyət verməməlidir. 

Məsələn, “surə” oxumağa məşğul olarkən “Fatihə”ni oxuyub-oxumadığına 

şəkk etsə, öz şəkkinə əhəmiyyət verməməlidir. Əgər sonradan onu yerinə ye-

tirmədiyi yadına düşsə, nə qədər ki, sonrakı rüknə məşğul olmayıb, onu və 

ondan sonra gələnləri yerinə yetirməlidir. Əgər sonrakı rüknə məşğul olmuş-

dursa, namazı düzgündür. Buna əsasən,  əgər məsələn, qunutda “Fatihə”ni 

oxumadığı yadına düşsə, “Fatihə” və “surə”ni oxumalıdır və əgər rukuda ya-

dına düşsə, namazı düzgündür. 

Məsələ 1159: Əgər namazın salamını deyib-demədiyinə  şəkk etsə, na-

mazın “təqibat”ına və yaxud başqa bir namaza başlayıbsa yaxud namaza əks 

bir əməl görübsə, öz şəkkinə əhəmiyyət verməməlidir. Amma bunlardan əv-

vəl şəkk etsə, salamı deməlidir. Lakin salamı düzgün deyib-demədiyinə şəkk 

edərsə, hər bir halda olsa da, şəkkinə əhəmiyyət verməməlidir. 

 

2. Salamdan sonrakı şəkk 

Məsələ 1160: Əgər namazın salamından sonra namazının düzgün olub-

olmadığına  şəkk etsə, məsələn, ruku edib-etmədiyinə  şəkk etsə  və yaxud 

dördrükətli bir namazın salamından sonra dörd rükət yaxud beş rükət qıldığı-

na şəkk etsə, şəkkinə əhəmiyyət verməməlidir. Amma şəkkinin hər iki tərəfi 

batil olsa, məsələn, dördrükətli namazın salamından sonra üç rükət yaxud 

beş rükət qıldığına şəkk etsə, namazı batildir. 



 

3. Namazın vaxtı ötdükdən sonrakı şəkk 

Məsələ 1161: Namazın vaxtı keçdikdən sonra namazı qılıb-qılmadığına 

şəkk edərsə və ya qılmadığını güman edərsə, namaz qılması lazım deyildir. 




 

159


Amma vaxt keçməzdən əvvəl namazı qılıb-qılmadığına şəkk edərsə, qıldığı-

nı güman etsə belə, həmin namazı yenidən qılmalıdır. 



Məsələ 1162: Əgər namazın vaxtı keçdikdən sonra onu düzgün qılıb-

qılmadığına şəkk etsə, şəkkinə əhəmiyyət verməməlidir. 



Məsələ 1163: Zöhr və  əsr namazının vaxtı keçdikdən sonra dörd rükət 

namaz qıldığını bilsə, amma zöhr namazı yoxsa əsr namazı niyyəti ilə qıldığını 

bilməsə, ona vacib olan namaz niyyəti ilə dörd rükət qəza namazı qılmalıdır. 

Məsələ 1164: Şam və xiftən namazının vaxtı keçdikdən sonra bir namaz 

qıldığını bilsə, amma üçrükətli yoxsa dördrükətli qıldığını bilməsə, həm şam, 

həm də xiftən namazının qəzasını qılmalıdır. 

 

4. Çox şəkk edən şəxsin şəkki (“Kəsiruş-şəkk”) 

Məsələ 1165: Çox  şəkk edən  şəxsə “kəsiruş-şəkk” – deyilir. Belə ki, 

belə bir şəxsi zehninin gərginləşməsi və ya gərginləşməməsi baxımından 

onun kimi olan şəxslərlə müqayisə etdikdə, həmin  şəxs adi qaydadan çox 

şəkk edir. Bu isə çox şəkk etmək adəti olan şəxsə  məxsus deyil, əksinə, 

şəkkin çoxluğuna adət etməkdə olan şəxs barəsində də kifayətdir. 

Məsələ 1166: Çox  şəkk edən  şəxs namazın hissələrindən birini yerinə 

yetirib-yetirmədiyinə  şəkk edərsə, onu yerinə yetirdiyini əsas götürməlidir. 

Məsələn, əgər ruku edib-etmədiyinə şəkk edərsə, etdiyini əsas götürməlidir. 

Amma bir əməli yerinə yetirməklə bağlı şəkk etsə ki, namazı batil edir, yox-

sa yox, məsələn, sübh namazını iki rükət, yoxsa üç rükət qıldığına şəkk etsə, 

düzgün qıldığını əsas götürməlidir. 



Məsələ 1167: Namazın bir əməlində çox şəkk edən şəxsin şəkkinin çox-

luğu həmin işə  məxsus hesab olarsa, bu zaman namazın başqa  əməllərində 

də şəkk etsə, onun göstərişinə əməl etməlidir. Məsələn, səcdəni yerinə yeti-

rib-yetirməməsi ilə bağlı çox şəkk edən  şəxs rukunun yerinə yetirilməsinə 

şəkk etsə, onun göstərişinə əməl etməlidir; yəni, səcdəyə getməyibsə, rukunu 

yerinə yetirsin, əgər səcdəyə gedibsə, əhəmiyyət verməməlidir. 



Məsələ 1168: Həmişə müəyyən bir namazda, məsələn, zöhr namazında 

çox şəkk edən şəxsin şəkkinin çoxluğu onun xüsusiyyətlərindən sayılsa, əgər 

başqa bir namazda, məsələn,  əsr namazında  şəkk etsə,  şəkkin göstərişinə 

əməl etməlidir. 



Məsələ 1169: Keçən məsələdə deyildiyi kimi, əgər bir şəxs namazı yal-

nız xüsusi bir yerdə qıldıqda çox şəkk edirsə, ondan başqa yerdə namaz qıl-

dıqda, şəkkə düşsə, şəkkin göstərişinə əməl etməlidir. 

Məsələ 1170: Əgər insan çox şəkk edən olub-olmadığına şəkk etsə, şək-

kin göstərişinə əməl etməlidir. Çox şəkk edən şəxs insanların adi və normal 

vəziyyətinə qayıtdığına yəqin etməyincə, onun şəkkinin mənşəyi “kəsiruş-

şəkk” mənasında yox, öz vəziyyətinin dəyişməsi mənasında olsa, şəkkinə 

əhəmiyyət verməməlidir. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə