Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə66/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   62   63   64   65   66   67   68   69   ...   181

 

160


Məsələ 1171: Çox  şəkk edən  şəxs bir rüknü yerinə yetirib-yetirmədiyi 

ilə bağlı şəkk edib ona əhəmiyyət verməsə, sonra onu yerinə yetirmədiyi ya-

dına düşsə, nə qədər ki, sonrakı rüknə başlamayıb, onu yerinə yetirməlidir. 

Əgər sonrakı rüknə başlayıbsa, ehtiyata əsasən, namazı batildir. Məsələn, ru-

ku edib-etmədiyi ilə bağlı şəkk edib buna əhəmiyyət verməsə, ikinci səcdə-

dən  əvvəl ruku etmədiyi yadına düşsə, geri qayıdıb ruku etməlidir.  Əgər 

ikinci səcdədə yadına düşsə, ehtiyata əsasən, namazı batildir. 

Məsələ 1172: Çox şəkk edən şəxs rükn olmayan bir əməli yerinə yetirib-

yetirmədiyinə şəkk edərək şəkkinə əhəmiyyət verməsə və sonradan onu yeri-

nə yetirmədiyi yadına düşsə, nə qədər ki, onun yerinə yetirilmə yeri keçmə-

yib, onu və ondan sonrakı əməli yerinə yetirməlidir. Əgər yeri keçibsə, na-

mazı düzgündür. Məsələn, “Fatihə”ni oxuyub-oxumadığına şəkk edərək bu-

na əhəmiyyət verməsə və qunut oxuyarkən, “Fatihə”ni oxumadığı yadına dü-

şərsə, onu oxumalıdır. Əgər rukuda yadına düşsə, namazı düzgündür. 

5. İmam və məmumun şəkki 

Məsələ 1173: Əgər imam-camaat namazın rükətlərinin sayında, məsə-

lən, üç rükət yoxsa dörd rükət qıldığı ilə bağlı şəkk etsə, bu halda məmum 

yəqin və ya güman dərəcədə dörd rükət qıldığını bilsə və dörd rükət qıldığını 

imam-camaata başa sala bilərsə, imam namazı tamamlamalıdır və ehtiyat 

namazı qılması da lazım deyildir. Həmçinin imam-camaat neçə rükət qıldığı-

nı yəqin və ya güman dərəcəsində bilsə, amma məmum namazın rükətlərinin 

sayında şəkk etsə, şəkkinə əhəmiyyət verməməlidir. Onlardan hər hansı biri 

səcdənin sayı kimi namazın əməllərində şəkk etsə, hökm eynidir. 



 

6. Müstəhəb namazlarda şəkk 

Məsələ 1174: Əgər bir şəxs müstəhəb namazların rükətinin sayında şəkk 

etsə,  şəkkinin çox tərəfi namazı batil edərsə, az tərəfi  əsas götürməlidir. 

Məsələn, əgər sübh namazının nafiləsində iki rükət, yoxsa üç rükət qıldığı ilə 

bağlı şəkk etsə, iki rükət qıldığını əsas götürməlidir. Əgər şəkkinin çox tərəfi 

namazı batil etmirsə, məsələn, şəkk etsə ki, bir rükət qılıb ya iki rükət, şəkki-

nin hansı tərəfinə əməl etsə, namazı düzgündür. 



Məsələ 1175: Rüknün az olması nafilə namazını batil edər, amma rük-

nün çox olması onu batil etməz. Demək, əgər nafilə namazının əməllərindən 

birini unutsa və sonrakı rüknə məşğul olan zaman yadına düşsə, həmin əməli 

yerinə yetirdikdən sonra rüknü ikinci dəfə yerinə yetirməlidir. Məsələn, əgər 

rukuda “Fatihə”ni oxumadığı yadına düşsə, qalxıb “Fatihə”ni oxumalı, sonra 

da rukunu yerinə yetirməlidir. 



Məsələ 1176: Əgər nafilə namazının əməllərindən birində şəkk etsə, istər 

rükn olsun, istərsə  də qeyri-rükn, nə  qədər ki, həmin hissənin yeri keçməyib, 

yerinə yetirməməlidir və əgər yeri ötübsə, şəkkinə əhəmiyyət verməməlidir. 



 

161


Məsələ 1177: Əgər ikirükətli müstəhəb namazda üç və ya çox rükət qıl-

dığını güman etsə, gümanına  əhəmiyyət verməməli və namazı düzgündür. 

Əgər iki və ya az rükət qıldığını güman etsə, vacib ehtiyata əsasən, həmin 

gümana  əməl etməlidir. Məsələn, bir rükət qıldığını güman etsə, ehtiyata 

əsasən, bir rükət də qılmalıdır. 

Məsələ 1178: Əgər nafilə namazında vacib namazlarda səhv səcdəsini 

vacib edən bir iş görsə yaxud bir səcdəni unutsa, namazdan sonra səhv səc-

dəsini və ya səcdənin qəzasını yerinə yetirməsi lazım deyildir. 

Məsələ 1179: Əgər müstəhəb bir namazı qılıb-qılmadığına şəkk etsə, bu 

namaz “Cəfəri-Təyyar” namazı kimi müəyyən vaxtı olmayan bir namazdırsa, 

qılmadığını əsas götürməlidir. Həmçinin əgər gündəlik nafilə namazları kimi 

müəyyən vaxtı vardırsa, vaxtı keçməzdən əvvəl onu yerinə yetirib-yetirmədi-

yinə şəkk etsə, yenə də eyni hökmü daşıyır. Amma vaxtı keçdikdən sonra be-

lə bir şəkkə düşən şəxs şəkkinə əhəmiyyət verməməlidir. 



Düzgün şəklər 

Məsələ 1180: Doqquz halda əgər dördrükətli namazın rükətlərinin sayın-

da şəkk etsə, fikirləşməlidir; əgər şəkkin bir tərəfinə yəqin, yaxud güman et-

sə, həmin tərəfi əsas götürüb, namazı qurtarmalı və əgər belə olmasa, deyil-

miş göstərişə əməl etməlidir. Həmin doqquz hal bunlardır: 



1. İkinci səcdəyə getdikdən sonra iki rükət yaxud üç rükət qıldığı ilə bağlı 

şəkk etsə, üç rükət qıldığını əsas götürməli və əlavə olaraq bir rükət də qılıb, 

namazı bitirməlidir. Namazdan sonra isə ayaq üstə bir rükət ehtiyat namazı 

qılmalıdır. Vacib ehtiyata əsasən, oturan halda iki rükət kifayət deyildir. 



2. İkinci səcdəyə daxil olandan sonra iki ilə dörd arasında şəkk etsə, dörd 

rükət qıldığını əsas götürməli və namazdan sonra ayaq üstə iki rükət ehtiyat 

namazı qılmalıdır. 

3. İkinci səcdəyə daxil olandan sonra iki, üç və dörd arasında şəkk etsə, 

dörd rükət qıldığını əsas götürməli və namazdan sonra iki rükət ayaq üstə, iki 

rükət də oturan yerdə ehtiyat namazı qılmalıdır. 

4.  İkinci səcdəyə başladıqdan sonra dördlə beş arasında şəkk etsə, dörd 

rükətli əsas götürüb namazı tamamlamalı, namazdan sonra isə iki səhv səc-

dəsi yerinə yetirməlidir. Həmçinin dördlə altı arasındakı  şəkk kimi, şəkkin 

aşağı sayı dörd rükət olan hər bir yerdə və ikinci səcdəyə başladıqdan sonra 

dörd rükətlə, ondan az və ya çox qıldığı ilə bağlı  şəkk etdiyi hər bir yerdə 

dörd rükət qıldığını əsas götürüb, hər iki şəkkin vəzifəsini yerinə yetirə bilər. 

Yəni, dörd rükətdən az qıldığı ehtimalı olduğundan, ehtiyat namazı qılsın və 

dörd rükətdən çox ehtimalı olduğundan iki səhv səcdəsi yerinə yetirsin. Hər 

halda, birinci səcdədən sonra və ikinci səcdəyə başlamamışdan  əvvəl yu-

xarıda qeyd edilən dörd şəkdən biri ilə qarşılaşsa, namazı batildir. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə