Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə64/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   60   61   62   63   64   65   66   67   ...   181

 

155


Məsələ 1136: Əgər namaz əsnasında ağzında yaxud dişinin dibində qa-

lan yemək qırıntısını udsa, namazı batil olmaz. Habelə ağızda qənd, şəkər və 

bu kimi şeylər qalsa və namaz halında az-az əridikcə onu udsa, eybi yoxdur. 

11. Namazı batil edən əməllərdən biri də ikirükətli və üçrükətli namazla-

rın rükətində yaxud dördrükətli namazların ilk iki rükətlərində şəkk etmək-

dir. Bu hökm, namaz qılanın şəkkdə qaldığı hala aiddir. 

12. Namazı batil edən sonuncu əməl, namazın rüknünü bilərəkdən və ya 

səhvən azaltmaq, yaxud rükn olmayan bir işi bilərəkdən azaltmaq və yaxud 

namazda bir işi bilərəkdən artırmaqdır. Həmçinin ruku və yaxud iki səcdə 

kimi rüknü bir rükətdə  səhvən artırsa, namazı vacib ehtiyata əsasən, batil 

olar. Amma səhvən “təkbirətul-ehram”ı artırmaq namazı batil etməz. 

Məsələ 1137: Əgər namazdan sonra şəkk etsə ki, namaz əsnasında na-

mazı batil edən əməllərdən yerinə yetirib ya yox, namazı düzgündür. 



 Namazda 

məkruh olan əməllər 

Məsələ 1138: Keçən məsələlərin birində deyildiyi kimi, namazda 

arxasından bir miqdar qədər görə bilməyəcək az sağa və ya sola çevirmək 

məkruhdur.  Əgər arxasını görə bilsə, namaz batildir. Həmçinin namazda 

gözləri yummaq yaxud sağa-sola döndərmək, saqqalı  və  əli ilə oynamaq, 

barmaqlarını bir-birinə keçirtmək, tüpürmək, Quranın yaxud kitabın və ya 

üzüyün yazısına baxmaq, “Fatihə” və “surə” və zikr deyən zaman bir nəfərin 

sözünü eşitmək üçün sakit qalmaq məkruhdur. Ümumiyyətlə, “xüzu” və 

“xuşu”nu aradan aparan əməllərin hamısı məkruhdur. 



Məsələ 1139: İnsanın yuxusu gələn, həmçinin sidik və qaitdən özünü 

saxlayan vaxt namaz qılması məkruhdur. Eyni zamanda namazda ayağı sıxan 

dar corab geyinmək məkruhdur. Qalan məkruh əməllər müfəssəl kitablarda 

qeyd edilmişdir. 



Hansı hallarda namazı kəsmək olar? 

Məsələ 1140: Vacib ehtiyata əsasən, ixtiyari şəkildə vacib namazı kəs-

mək olmaz. Amma malı qorumaq, mala yaxud bədənə olan zərərin qarşını 

almaq üçün namazı kəsməyin eybi yoxdur. Hətta namaz qılan dünya və axi-

rət məqsədi üçün əhəmiyyəti olan hər işə görə namazını  kəsərsə belə, eybi 

yoxdur. 

Məsələ 1141: Əgər insan öz canını yaxud qorunması vacib olan bir şəx-

sin canını qorumaq və yaxud qorunması vacib olan bir əmlakı qorumaq üçün 

namazı kəsməlidirsə və bu işləri namazı kəsmədən etmək mümkün deyilsə, 

namazı kəsməlidir. 




 

156


Məsələ 1142: Əgər vaxt geniş olduqda namaz qılsa və borc sahibi öz 

borcunu ondan istəsə, namaz əsnasında onun borcunu verə bilərsə, həmin 

halda onu verməlidir. Əgər namazı kəsmədən vermək mümkün deyilsə, na-

mazı kəsməli, onun borcunu verməli və sonra namazı qılmalıdır. 



Məsələ 1143: Əgər namazda başa düşsə ki, məscid nəcisə bulaşıb, vaxt 

dar olduğu təqdirdə, namazı tamam etməli, vaxt genişdirsə və məscidi təmiz-

ləmək namazı pozmursa, namaz əsnasında məscidi təmizləməli və sonra na-

mazının davamını  qılmalıdır.  Əgər bu iş namazı pozsa, amma namazdan 

sonra məscidi təmizləmək mümkündürsə, məscidi təmizləmək üçün namazı 

poza bilər. Əgər namazdan sonra məscidi təmizləmək mümkün deyilsə, na-

mazı kəsib, məscidi təmizləməli və sonra namazı qılmalıdır. 

Məsələ 1144: Namazı kəsməli olan şəxs namazı tamamlasa, namazı düz-

gündür, amma günah etmişdir və müstəhəb ehtiyata görə, həmin namazı ye-

nidən qılsın. 

Məsələ 1145: Əgər qiraətdən və yaxud rukuya əyilməmişdən əvvəl ya-

dına düşsə ki, azan və iqaməni və ya təkcə iqaməni yaddan çıxarıb, namazın 

vaxtı genişdirsə, onları demək üçün namazı kəsmək müstəhəbdir. Hətta əgər 

namazı qurtarmamışdan əvvəl yadına düşsə ki, onları yaddan çıxarıb, onları 

demək üçün namazı kəsməsi müstəhəbdir. 

Namazda şəkk (“Şəkkiyyat”) 

Namazın iyirmi üç qisim şəkki vardır; onlardan səkkizi namazı batil edir, 

altısına əhəmiyyət verilməməlidir və qalan doqquz növü isə düzgün sayılır. 

Məsələ 1146: Namazı batil edən şəklər bunlardır: 

1. Sübh və müsafirin namazı kimi ikirükətli vacib namazların rükətləri-

nin sayında şəkk; amma müstəhəb və ehtiyat namazının rükətlərinin sayında 

şəkk etmək namazı batil etməz. 

2. Üçrükətli namazın rükətlərinin sayında şəkk; 

3. Dördrükətli namazda bir rükət və ya çox qılınması ilə bağlı şəkk; 

4. Dördrükətli namazda ikinci səcdəyə daxil olmazdan əvvəl iki rükət və 

ya çox qılınması ilə bağlı şəkk; 



5. İki ilə beş və ya iki ilə beşdən çox arasında şəkk; 

6. Üç ilə altı və ya üç ilə altıdan çox arasında şəkk; 

7. Ümumiyyətlə, neçə rükət namaz qıldığını bilməyən adamın rükətlərin 

sayı ilə bağlı şəkki; 



8. Dörd ilə altı və ya dörd ilə altıdan çox arasında şəkk. 

Bu şəklər haqda aşağıda müəyyən izahatlar veriləcəkdir. 



Məsələ 1147: İnsan batil edən şəklərlə qarşılaşarsa, yaxşı olar ki, şəkki 

bərpa olana qədər namazını  kəsməsin,  əksinə, namazın surəti pozulana ya-

xud yəqin və güman hasil etməkdən ümidsiz olana qədər fikirləşsin. 



 

157


 

Əhəmiyyət verilməyən şəklər 

Məsələ 1148: Əhəmiyyət verilməyən şəklər bunlardır:  

1. Vaxtı keçmiş şəkk; məsələn, rukuda “Fatihə”ni oxuyub-oxumadığına 

şəkk edərsə. 



2. Namazın salamından sonra şəkk; 

3. Namazın vaxtı ötdükdən sonrakı şəkk; 

4. Çox şəkk edən insanın (kəsiruş-şəkk) şəkki; 

5. Məmum (iqtida edən) camaat namazında namazın rükətlərin sayını bi-

lirsə, imamın namazın rükətlərinin sayında etdiyi şəkk və yaxud imam nama-

zın rükətlərin sayını bilirsə, məmumun namazın rükətlərinin sayında etdiyi 

şəkk; 


6. Müstəhəb və ehtiyat namazlarındakı şəkk.  

 

1. Vaxtı keçmiş şəkk 

Məsələ 1149: Namaz əsnasında ikən namazın vacib əməllərindən hər 

hansı birini yerinə yetirib-yetirmədiyində, məsələn, “Fatihə”ni oxuyub-

oxumadığına şəkk edərsə, şəriət baxımından əvvəlki işi bilərəkdən tərk etdiyi 

təqdirdə, buna başlaması caiz olmayan bir işə başlamışsa, məsələn, “surə”ni 

oxuyarkən “Fatihə”ni oxuyub-oxumadığına şəkk edərsə, şəkkinə əhəmiyyət 

verməməlidir. Əks təqdirdə, yerinə yetirib-yetirmədiyinə şəkk etdiyi işi yeri-

nə yetirməlidir. 

Məsələ 1150: Əgər bir ayəni oxuyan zaman şəkk etsə ki, əvvəlki ayəni 

oxuyub ya yox və yaxud ayənin axırını oxuyan zaman şəkk etsə ki, onun 

əvvəlini oxuyub ya yox, öz şəkkinə əhəmiyyət verməməlidir. 

Məsələ 1151: Əgər ruku və səcdədən sonra şəkk etsə ki, onun zikri de-

mək və bədəninin aram olması kimi vacib əməlləri icra edib ya yox, öz şək-

kinə əhəmiyyət verməməlidir. 

Məsələ 1152: Səcdəyə gedən halda rukuya gedib-getməməsində yaxud 

rukudan sonra qalxdığına şəkk etsə, gərək öz şəkkinə əhəmiyyət verməsin. 



Məsələ 1153: Əgər ayağa qalxan halda səcdə  və ya təşəhhüdü yerinə 

yetirib-yetirmədiyinə şəkk etsə, öz şəkkinə əhəmiyyət verməməlidir. 



Məsələ 1154: Oturduğu yaxud uzandığı yerdə namaz qılan şəxs “Fatihə” 

və yaxud “Təsbihati-ərbəə”ni oxuyan zaman səcdə  və ya təşəhhüdü yerinə 

yetirib-yetirmədiyinə  şəkk etsə, öz şəkkinə  əhəmiyyət verməməlidir.  Əgər 

“Fatihə”ni və yaxud “Təsbihati-ərbəə”ni deməmişdən əvvəl səcdə və ya tə-

şəhhüdü yerinə yetirib-yetirmədiyinə şəkk etsə, onu yerinə yetirməlidir. 

Məsələ 1155: Əgər namazın rüknlərinin birini yerinə yetirib-yetirmədi-

yinə  şəkk etsə, ondan sonrakı  işlə  məşğul olmayıbsa, onu yerinə 

yetirməlidir. Məsələn,  əgər təşəhhüdü oxumadan əvvəl iki səcdəni yerinə 

yetirib-yetirmədiyinə şəkk etsə, yerinə yetirməlidir. Sonradan rüknü yerinə 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə