Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə60/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   56   57   58   59   60   61   62   63   ...   181

 

144


Səcdənin başqa müstəhəb əməlləri müfəssəl kitablarda qeyd edilmişdir. 

Məsələ 1073: Səcdədə Qurani–Kərim oxumaq, habelə toz-torpağı 

aradan qaldırmaq üçün səcdə yerini üfürmək məkruhdur.  Əgər üfürmə-

yin təsirindən ağızdan iki hərf qəsdən çıxsa, ehtiyata əsasən, namaz ba-

tildir. 


Bunlardan başqa məkruh əməllər də vardır ki, müfəssəl kitablarda qeyd 

edilmişdir. 



Qurani–Kərimin vacib səcdələri 

Məsələ 1074: Dörd surənin – “Səcdə”“Fussilət”“Nəcm” və “Ələq” 

– hər birində bir səcdə ayəsi vardır ki, əgər insan həmin ayəni oxusa yaxud 

ona qulaq assa, həmin ayəni oxuyub qurtardıqdan sonra dərhal səcdə etməli-

dir. Əgər yaddan çıxartsa, yadına düşdüyü vaxt səcdə etməlidir. Əgər insan 

səcdə ayəsini qeyri-ixtiyari eşitsə, səcdə etmək ona vacib deyildir, lakin səc-

də etməsi yaxşıdır. 



Məsələ 1075: Əgər insan səcdə ayəsinə qulaq asan vaxt özü də oxusa

iki səcdə yerinə yetirməlidir. 



Məsələ 1076: Namazdan başqa hallarda səcdə halında səcdə ayəsini 

oxusa və ya eşitsə, səcdədən qalxıb, ikinci dəfə səcdə etməlidir. 



Məsələ 1077: Əgər insan yuxulu şəxsdən ya dəlidən və ya Quranı ayırd 

edə bilməyən uşaqdan səcdə ayəsini eşitsə  və ya dinləsə, səcdə vacibdir. 

Amma qramafon və ya maqnitafondan eşitsə, səcdə vacib deyildir. Həmçinin 

radiodan efirə buraxılan lent yazısından dinləsə də, hökm eynidir. Amma bir 

şəxs efirdə canlı olaraq səcdə ayəsini oxusa və başqa insan da ona qulaq as-

sa, səcdə vacibdir. 



Məsələ 1078: Qurani–Kərimin vacib səcdəsində vacib ehtiyata əsasən, 

insanın yeri qəsbi olmamalıdır və müstəhəb ehtiyata əsasən, alnının yeri diz-

lərinin və baş barmaqlarının yerindən dörd bağlı barmaqdan hündür və ya al-

çaq olmasın. Amma dəstəmazlı olması, qüsl etməsi, üzü qibləyə oturması, 

ayıb yerini örtməsi, bədən və alnının yerinin pak olması lazım deyil və habe-

lə namaz qılanın paltarında olan şərtlər onun paltarında şərt deyildir. 



Məsələ 1079: Vacib ehtiyata əsasən, Qurani–Kərimin vacib səcdəsində 

alnı möhürə yaxud səcdəsi düzgün olan əşyanın üzərinə qoysun və müstəhəb 

ehtiyata görə, namazın səcdəsində qeyd edilənlərə  əsasən, bədənin başqa 

üzvlərini də yerə qoysun. 



Məsələ 1080: Hər zaman Qurani–Kərimin vacib səcdəsində alnını səcdə 

məqsədilə yerə qoysa, zikr deməsə də kifayətdir. Amma zikr demək müstə-

həbdir və yaxşı olar ki, belə desin: 

“La ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu imanən və təsdi-

qa, la ilahə illəllahu ubudiyyətən və riqqa, səcədtu ləkə ya Rəbbi təəbbu-



 

145


dən və riqqa, və la mustənkifən və la mustəkbirən, bəl ənə əbdun zəlilun 

daifun xaifun mustəcir.” 

Təşəhhüd

 

Məsələ 1081: Bütün vacib və müstəhəb namazların ikinci rükətində, şam 

namazının üçüncü rükətində, zöhr, əsr və xiftən namazlarının dördüncü rükə-

tində insan ikinci səcdədən sonra oturub bədəni aram olduğu halda təşəhhüd 

deməlidir: 



“Əşhədu  əlla ilahə illəllahu vəhdəhu la şərikə  ləhu və  əşhədu  ənnə 

Muhəmmədən  əbduhu və  rəsuluhu, Allahummə  səlli  əla Muhəmmədin 

və ali Muhəmməd.” 

Əgər “Əşhədu əlla ilahə illəllahu və əşhədu ənnə Muhəmmədən səl-



ləllahu əleyhi və alihi əbduhu və rəsuluhu” – desə, kifayət edər. Həmçinin 

“Vitr” namazında da təşəhhüd demək lazımdır. 



Məsələ 1082:  Təşəhhüdün sözləri  ərəb dilində düzgün və adi halda 

olduğu kimi ardıcıl deyilməlidir. 



Məsələ 1083: Əgər təşəhhüdü unutsa və ayaq üstə dursa, rukudan əvvəl 

yadına düşsə ki, təşəhhüdü deməyib, bu halda oturub təşəhhüdü deməli, ikin-

ci dəfə ayağa qalxıb həmin rükətdə dediklərini deməli və namazı tamamla-

malıdır. Müstəhəb ehtiyata əsasən, namazdan sonra yersiz ayaq üstə durduğu 

üçün iki “səhv səcdəs”si yerinə yetirsin. Əgər rukuda və ya rukudan sonra 

yadına düşsə, namazı tamamlamalı və namazın salamından sonra müstəhəb 

ehtiyata  əsasən, təşəhhüdü qəza etsin və yaddan çıxmış  təşəhhüd üçün iki 

“səhv səcdəsi” yerinə yetirsin. 



Məsələ 1084: Müstəhəbdir ki, təşəhhüd halında sol budu üzərində otur-

sun, sağ ayağının üstünü sol ayağının altına qoysun və  təşəhhüddən  əvvəl 



“Əlhəmdulillah” və ya “Bismillahi və billahi vəlhəmdulillahi və xeyrul-

əsma-i lillah” – desin. Həmçinin müstəhəbdir ki, əlləri budların üstünə qoy-

sun, barmaqları bir-birinə birləşdirsin, öz ətəyinə baxsın və təşəhhüdün sala-

vatından sonra desin: 

“Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəhu.” 

Məsələ 1085: Müstəhəbdir ki, qadınlar təşəhhüd deyən zaman budlarını 

bir-birinə birləşdirsinlər. 



Namazın salamı 

Məsələ 1086: Namazın axırıncı rükətində təşəhhüddən sonra müstəhəb-

dir ki, oturduğu yerdə və bədən aram olduğu halda desin: 



“Əssəlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuhu.” 

Ondan sonra desin:  




 

146


“Əssəlamu  əleykum”  və müstəhəb ehtiyat odur ki, əlavə edərək  “və 

rəhmətullahi və bərəkatuhu” – desin. Yaxud desin: 

“Əssəlamu əleyna və əla ibadillahis-salihin.” 

Amma bu salamı deyərsə, vacib ehtiyata əsasən, ondan sonra “Əssəla-



mu əleykum” – desin. 

Məsələ 1087: Əgər namazın salamını yaddan çıxartsa və namazın surəti 

pozulmamış yadına düşsə, namazı batil edən işlərdən birini, məsələn, qiblə-

dən üz çevirmək kimi bilərəkdən və ya səhvən bir iş görməsə, salamı deməli-

dir və namazı da düzgündür. 



Məsələ 1088: Əgər namazın salamını unutsa və namazın surəti pozul-

duqdan sonra yadına düşsə yaxud namazı  səhvən və ya bilərəkdən batil 

edən bir iş görmüşdürsə, məsələn, arxasını qibləyə çevirmişdirsə, namazı 

düzgündür. 



Tərtib 

Məsələ 1089: Əgər bilərəkdən namazın tərtibini pozsa, məsələn, “surə”-

ni “Fatihə”dən əvvəl desə, yaxud səcdələri rukudan əvvəl əmələ gətirsə, na-

maz batil olar. 

Məsələ 1090: Əgər namazın bir rüknünü unutsa və ondan sonrakı rüknü 

yerinə yetirsə, məsələn, ruku etməmişdən əvvəl iki səcdə etsə, vacib ehtiyata 

əsasən, namaz batildir. 

Məsələ 1091: Əgər bir rüknü unutsa və ondan sonrakı rükn olmayan 

əməli yerinə yetirsə, məsələn, iki səcdədən əvvəl təşəhhüd desə, rüknü (iki 

səcdəni) yerinə yetirməli və ondan öncə səhvən oxuduğunu ikinci dəfə oxu-

malıdır. 



Məsələ 1092: Əgər rükn olmayan bir əməli unutsa və ondan sonrakı rük-

nü yerinə yetirsə, məsələn, “Fatihə”ni unudub rukuya getsə, namazı düzgün-

dür. 

Məsələ 1093: Əgər rükn olmayan bir əməli unutsa və ondan sonra gələn 

və rükn olmayan bir əməli yerinə yetirsə, məsələn, “Fatihə”ni unudub 

“surə”ni oxusa, yaddan çıxardığı əməli yerinə yetirməli və ondan sonra səh-

vən öncə oxuduğunu yenidən oxumalıdır. 



Məsələ 1094: Əgər birinci səcdəni ikinci səcdə  və  ya  ikinci  səcdəni 

birinci səcdə gümanı ilə yerinə yetirsə, namazı düzgündür. Onun birinci səc-

dəsi birinci, ikinci səcdəsi isə ikinci səcdə hesab olunar. 

Müvalat 

Məsələ 1095: İnsan namazı “müvalat”la qılmalıdır, yəni, namazın 

ruku, səcdələr və  təşəhhüd kimi əməllərini ardıcıl, fasiləsiz yerinə ye-




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə