Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə58/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   54   55   56   57   58   59   60   61   ...   181

 

140


olan bir şeyin üzərinə çəkməli və vacib zikri deməlidir. Əgər alnını çəkməsi 

mümkün deyilsə, bu halda vacib zikri deyərək namazını tamamlaya bilər. 

Namazı yenidən qılması da lazım deyildir. 

Məsələ 1040: Alın ilə üzərinə səcdə edilməsi düzgün olan əşyanın ara-

sında başqa bir şey fasilə olmamalıdır. Demək,  əgər möhür, alnı möhürün 

özünə  dəyməyəcək qədər çirkli olsa, səcdə batildir, amma möhürün rəngi 

dəyişsə, eybi yoxdur. 



Məsələ 1041: Səcdədə əllərin içi yerə qoyulmalıdır. Vacib ehtiyata əsa-

sən, mümkün olan təqdirdə, əlin içi tamamilə yerə qoysun. Amma çarəsizlik 

üzündən əllərin arxasının yerə qoyulmasının eybi yoxdur. Əgər əlin arxasını 

da yerə qoymaq mümkün olmasa, vacib ehtiyata əsasən,  əlin biləyini yerə 

qoymalıdır. Onu da bacarmasa, imkan daxilində dirsəyə qədər hər hansı bir 

yeri, o da mümkün deyilsə, qolu yerə qoymaq kifayətdir. 



Məsələ 1042: Səcdədə ayaqların iki baş barmaqları yerə qoyulmalıdır, 

amma iki barmağın başını yerə qoymaq lazım deyildir. Hətta onların altını və 

ya üstünü yerə qoymaq kifayət edər. Əgər baş barmaqları yox, baş barmaqla-

rı yaxud ayağın üstünü yerə qoysa ya dırnağı uzun olduğundan baş barmağı 

yerə çatmasa, namaz batildir. Təqsirli olduğu və yaxud məsələni bilmədiyi 

üçün namazlarını bu cür qılan şəxs namazlarını ikinci dəfə qılmalıdır. 



Məsələ 1043: Ayağının baş barmağından bir qədəri kəsilən  şəxs onun 

qalanını yerə qoymalıdır və əgər ondan bir şey qalmamışdırsa və yaxud qal-

mış olsa da, qalan hissə çox qısadırsa və onu heç cür yerin üstünə  və ya baş-

qa bir əşyanın üstünə qoymaq mümkün deyilsə, vacib ehtiyata əsasən, qalan 

barmaqları yerə qoymalıdır. Lakin heç bir barmağı yoxdursa, ayağından qa-

lan miqdarı yerə qoymalıdır. 



Məsələ 1044: Əgər adi qaydadan kənar səcdə etsə, məsələn, sinə və qar-

nını yerə yapışdırsa yaxud ayaqlarını bir qədər uzatsa, bu halda ona “səcdə 

edir” – desələr, namazı düzgündür. Amma “uzanıb və düzgün səcdə etmir” –

desələr və ona səcdə aid edilməsə, onun namazı batildir. 



Məsələ 1046: Möhür və yaxud səcdə edilən başqa əşyaların səcdə olu-

nan miqdarı pak olmalıdır. Amma məsələn, möhürü nəcis xalçanın üzərinə 

qoysa yaxud möhürün bir tərəfi nəcis olsa və alnını onun pak tərəfinə qoysa 

yaxud möhürün üstünün bir hissəsi pak, bir hissəsi isə  nəcis olsa və alnı 

nəcis etməsə, eybi yoxdur. 

Məsələ 1047: Əgər alnında çiban, yara və buna oxşar  şeylər olsa, alnını 

sıxmadan yerə qoya bilməsə, bu halda məsələn, çiban alnının bütün yerini əhatə 

etməsə, alnın sağlam yeri ilə səcdə etməlidir. Əgər alnın sağlam yeri ilə səcdə 

etmək üçün yeri qazıb çibanı çalaya qoyaraq, alnının sağlam tərəfindən səcdəyə 

yetəcək qədərini yerə qoymaq lazım gələrsə, bunu görməlidir. (Alın dedikdə, 

nəzərdə tutulan hissə “səcdə” fəslinin əvvəlində qeyd olundu.) 



Məsələ 1048: Əgər çiban və ya yara alnı – qeyd olunan mənada – tamamilə 

bürüsə, vacib ehtiyata əsasən, alnın qalan yeri olan iki tərəfini yaxud onun bir 




 

141


tərəfini bacardığı  hər yolla qoymalıdır.  Əgər bunu da yerinə yetirə bilməsə, 

üzünün bəzi yerləri ilə  səcdə etməlidir. Vacib ehtiyata əsasən,  əgər bacarırsa, 

çənəsi ilə səcdə etsin, əgər bacarmırsa, alnın iki tərəfinin biri ilə səcdə etsin və 

əgər üzü ilə səcdə etmək heç cür mümkün deyilsə, səcdə üçün işarə etməlidir. 



Məsələ 1049: Bir şəxs otura bilirsə, amma alnını yerə çatdıra bilmirsə, 

camaat arasında səcdə adlana biləcək qədər əyilməli və möhür yaxud səcdə 

edilməsi düzgün olan başqa bir şeyi hündür şeyin üzərinə qoyaraq alnını 

onun üstünə qoymalıdır. Amma imkan daxilində əllərin içi, dizlər və ayağın 

barmaqlarını adi qaydada yerə qoymalıdır. 

Məsələ 1050: Əgər qeyd olunan halda, möhürü və yaxud səcdə edilməsi 

düzgün olan başqa bir şeyi, üzərinə qoymaq üçün hündür bir şey tapılmasa 

və onun səcdə etməsi üçün möhürü hündürdə tutan bir şəxs də tapılmasa, 

möhürü qaldırıb onun üzərinə səcdə etməlidir. 



Məsələ 1051: Heç cür səcdə edə bilməyən şəxs, əgər səcdə üçün əyilərsə 

və bu miqdara da səcdə deyilməsə, o, səcdə üçün başı ilə  işarə etməlidir. 

Əgər bacarmasa, gözləri ilə işarə etməli, bunu da bacarmasa, qəlbində səcdə 

niyyəti etməlidir və vacib ehtiyata əsasən, əl və bu kimi üzvlərlə səcdə üçün 

işarə etməli və vacib zikri deməlidir. 

Məsələ 1052: Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa, müm-

kün olduğu təqdirdə, ikinci dəfə alnı  səcdəyə çatmağa qoymasın və bu bir 

səcdə hesab olunur; istər səcdənin zikrini demiş olsun, istərsə  də deməmiş 

olsun. Əgər başı saxlaya bilməsə və ixtiyarsız olaraq ikinci dəfə səcdə yerinə 

çatsa, o da bir səcdə hesab olunur. Amma zikri deməmiş olsa, müstəhəb ehti-

yata əsasən, onu “mütləq qürbət” niyyəti ilə desin və “tərkib hissəsi” niyyəti 

olmasın. 

Məsələ 1053: İnsan “təqiyyə” lazım olan yerdə xalça və bu kimi əşyala-

rın üzərinə səcdə edə bilər. Namaz üçün başqa yerə getmək və yaxud “təqiy-

yə”nin səbəbi aradan gedəndən sonra həmin yerdə namaz qılmaq üçün nama-

zı  təxirə salmaq lazım deyildir. Amma həmin yerdə  həsirə yaxud üzərinə 

səcdə düzgün olan başqa bir şeyə təqiyyəyə zidd olmayan şəkildə səcdə edə 

bilsə, xalça və bu kimi əşyaların üzərinə səcdə etməməlidir. 



Məsələ 1054: İçi dolu döşək və bu kimi əşyaların üzərinə səcdə etmək 

bədən onun üzərində aram (hərəkətsiz) olmadığı surətdə batildir. 



Məsələ 1055: Əgər insan əlacsız qalıb palçıq yerdə namaz qılsa və bədə-

ni və yaxud paltarının palçığa bulaşması ona əziyyət deyilsə, səcdə və təşəh-

hüdü adi qaydada yerinə yetirməlidir. Əgər bunu etmək onun üçün əziyyətli-

dirsə, ayaq üstə başı ilə səcdəyə işarə etməli, təşəhhüdü də ayaq üstə oxuma-

lıdır və namazı düzgündür. 

Məsələ 1056: Namaz qılan birinci rükətdə eləcə də zöhr, əsr və xiftən 

namazlarının üçüncü rükətləri kimi təşəhhüdü olmayan üçüncü rükətdə 

vacib ehtiyata əsasən, ikinci səcdədən sonra azacıq hərəkətsiz oturub, sonra 

qalxsın. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə