Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə59/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   55   56   57   58   59   60   61   62   ...   181

 

142


Nələrə səcdə etmək olar?

 

Məsələ 1057: Yerə və yerdən cücərərək yeyilməyən və geyinilməyən əş-

yalara, məsələn, ağac və ağac yarpağına səcdə etmək lazımdır. Arpa və buğ-

da kimi yeyilən, pambıq kimi geyinilən, habelə yeyilməyən və geyinilməyən, 

amma yerdən çıxan qızıl, gümüş və bu kimi metallara səcdə etmək düzgün 

deyildir. Amma çarəsiz qaldıqda qır və asfalt kimi əşyalara səcdə etmək, 

üzərinə səcdə düzgün olmayan digər əşyalardan öndədir. 



Məsələ 1058: Üzüm yarpağına lətif (yumşaq) və yeyilməsi adi olan 

vaxtda səcdə etmək olmaz. Bu haldan başqa ona səcdə etməyin eybi yoxdur. 



Məsələ 1059: Yerdən cücərən və heyvan yemi olan ot və samana səcdə 

etmək düzgündür. 



Məsələ 1060: Yeyilməyən güllərə səcdə etmək düzgündür. Hətta yerdən 

cücərib qaynadılaraq suyu içilən və dərman kimi istifadə edilən bənövşə və 

maldili gülünə də səcdə etmək düzgündür. 

Məsələ 1061: Bəzi məntəqələrdə yeyilməsi adət olan, bəzi şəhərlərdə isə 

yeyilən bitkilərdən sayılsa da, yeyilməsi adət olmayan bitkilərə və həmçinin 

ehtiyata əsasən, yetişməmiş meyvəyə səcdə etmək caiz deyildir. 

Məsələ 1062: Əhəng və gəc daşına səcdə etmək düzgündür. Bişmiş gəc 

və əhəng, kərpicə və palçıqdan düzəldilmiş kuzəyə səcdə etməyin eybi yox-

dur. 

Məsələ 1063: Səcdəsi düzgün olan əşyalardan, məsələn, ağac və saman-

dan düzəldilmiş kağıza səcdə etmək olar. Kağız pambıq və kətandan düzəl-

dilsə də, hökm eynidir. Amma ipəkdən və bu kimi əşyalardan düzəldilsə, ona 

səcdə etmək olmaz. Amma kağız dəsmala üzərinə səcdə etməyin düzgün ol-

duğu əşyalardan düzəldiyi məlum olduğu təqdirdə, səcdə etmək olar. 

Məsələ 1064: Səcdə üçün hər  şeydən yaxşı  şəhidlər sərvəri imam Hü-

seyn(ə)-ın türbətidir. Ondan sonra adi torpaq, sonra daş, sonra isə bitkidir. 



Məsələ 1065: Səcdə ediləsi bir şey olmasa yaxud əgər olsa da, soyuq və 

ya istiliyin şiddətindən ona səcdə etmək mümkün deyilsə, qıra və asfalta 

səcdə etmək başqa  əşyalara səcdə etməkdən irəlidir. Amma onlara səcdə 

etmək mümkün olmasa, paltarına və yaxud adi halda üzərinə  səcdə etmək 

caiz olmayan hər bir şeyə səcdə edə bilər. Amma müstəhəb ehtiyata əsasən, 

paltarına səcdə etmək mümkün olsa, başqa əşyaların üzərinə səcdə etməsin. 



Məsələ 1066: Üzərində alnının hərəkətsiz dayanmadığı palçığa və boş 

(bərkiməmiş) torpağa səcdə etmək batildir. 



Məsələ 1067: Əgər birinci səcdədə möhür alına yapışsa, ikinci səcdə 

üçün möhürü alından götürmək lazımdır. 



Məsələ 1068: Əgər namaz əsnasında səcdə etdiyi şey itsə  və  səcdəsi 

düzgün olan bir şeyi olmasa və vaxt da dar olsa, 1057-ci məsələdə qeyd edil-

diyi tərtiblə səcdəsini yerinə yetirə bilər; istər vaxt az olsun, istərsə də nama-

zı pozub yenidən qılmaq qədər geniş olsun. 




 

143


Məsələ 1069: Əgər səcdə halında ikən alnını  səcdənin batil olduğu bir 

şeyə qoyduğunu başa düşsə  və vacib zikri söylədikdən sonra xəbərdar ol-

muşsa, səcdədən qalxıb namazına davam edə bilər. Amma vacib zikri söylə-

məmişdən əvvəl agah olmuşsa, alnını üzərinə səcdənin düzgün olduğu bir şe-

yə çəkərək vacib zikri deməlidir. Əgər alnını çəkməsi mümkün deyilsə, elə 

həmin halda vacib zikri söyləyə bilər və hər iki halda namazı düzgündür. 



Məsələ 1070: Əgər səcdədən sonra alnını səcdəsi batil olan əşyaya qoy-

duğunu başa düşsə, eybi yoxdur. 



Məsələ 1071: Uca Allahdan başqasına səcdə etmək haramdır. Bəzi avam 

camaat imamların(ə) məzarları qarşısında alınlarını yerə qoyurlar. Əgər bu iş 

Uca Allaha şükür etmək məqsədi daşıyırsa, eybi yoxdur. Əks təqdirdə, bu 

əməl haramdır. 



Səcdədə müstəhəb və məkruh olan əməllər 

Məsələ 1072: Səcdədə bir neçə əməl müstəhəbdir: 

1. Ayaq üstə namaz qılan şəxsin rukudan baş qaldırıb tamamilə dayanan-

dan sonra və eləcə də oturduğu yerdə namaz qılan şəxsin tamamilə oturan-

dan sonra səcdəyə getmək üçün təkbir deməsi. 

2.  Səcdəyə getmək istəyən vaxt kişinin əvvəl əllərini, qadının isə əvvəl 

dizlərini yerə qoyması. 



3. Burunu möhürə və ya səcdəsi düzgün olan əşyaların üzərinə qoymaq. 

4. Səcdə halında əl barmaqlarını bir-birinə birləşdirib, ucları qibləyə ola-

caq şəkildə qulaqların bərabərində tutmaq. 



5. Səcdədə dua etmək və Allahdan dilək istəmək və bu duanı oxumaq: 

“Ya xeyrəl-məs`ulinə və ya xeyrəl-mu`tin, urzuqni vərzuq iyali min 

fədlikə fəinnəkə zul-fədlil-əzim.” 

“Ey soruşulanların (dilək istənilənlərin) və  bəxş edənlərin  ən yaxşısı, 

mənə və ailəmə Öz fəzlinlə ruzi ver. Həqiqətən də, Sən böyük fəzilət və əzə-

mət sahibisən.” 



6. Səcdədən sonra sol budun üstündə oturmaq və sağ ayağının üzünü sol 

ayağının arxasına qoymaq. 



7. Hər səcdədən sonra oturub, bədəni aram olandan sonra təkbir demək. 

8. Birinci səcdədən sonra bədən aram olduqda, “Əstəğfirullahə  Rəbbi 

və ətubu ileyh” – demək. 

9. Səcdəni uzatmaq və oturan vaxt əlləri budların üzərinə qoymaq. 

10. İkinci səcdəyə getmək üçün bədən aram olduqda “Allahu əkbər” demək. 

11. Səcdədə salavat zikr etmək. 

12. Ayaq üstə duranda əlləri dizlərdən sonra yerdən götürmək. 

13. Kişilərin disrək və qarınlarını yerə birləşdirməməsi, qollarını böyür-

lərindən aralı saxlaması, qadınların isə dirsək və qarınlarını yerə  və  bədən 

üzvlərini bir-birinə birləşdirməsi. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə