Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə56/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   52   53   54   55   56   57   58   59   ...   181

 

136


ayə  və ya sözü yenidən düzgün şəkildə oxusa, eybi yoxdur. Əgər bir neçə 

dəfə də şəkk etsə, yenə bir neçə dəfə düzgün şəkildə təkrar edə bilər. Amma 

vasvasılıq dərəcəsinə çatarsa, yaxşı olar ki, təkrar etməsin. 

Məsələ 999: Müstəhəbdir ki, birinci rükətdə “Fatihə”ni oxumamışdan əvvəl 

“Əuzu billahi minəş-şeytanir-rəcim” – desin, zöhr və əsr namazını birinci və 

ikinci rükətlərində  də  “Bismillahir-rəhmanir-rəhim”-i ucadan oxusun, habelə 

“Fatihə” və “surə”ni açıq-aydın desin, hər ayənin sonunda “vəqf” etsin, yəni onu 

sonrakı ayəyə bitişdirməsin, “Fatihə” və “surə”ni oxuyan zaman onun mənasına 

diqqət yetirsin və əgər namazı camaatla qılırsa, imamın “Fatihə”sindən sonra və 

əgər tək qılırsa, öz “Fatihə”sindən sonra “Əlhəmdulillahi Rəbbil-aləmin” –de-

sin, və  “İxlas” surəsini oxuyandan sonra bir, iki və ya üç dəfə  “Kəzalikəllahu 

Rəbbi” yaxud “Kəzalikəllahu Rəbbuna” – desin, surəni oxuyandan sonra bir az 

səbir edib rukudan əvvəlki təkbiri desin və ya qunut tutsun. 



Məsələ 1000: Bütün namazların birinci rükətində “Qədr”, ikinci rükətin-

də isə “İxlas” surəsini oxumaq müstəhəbdir. 



Məsələ 1001: İnsanın gündəlik namazlarının heç birində “İxlas” surəsini 

oxumaması məkruhdur. 



Məsələ 1002: “İxlas” surəsini bir nəfəsə oxumaq məkruhdur. 

Məsələ 1003: Birinci rükətdə oxuduğu surəni ikinci rükətdə oxumaq mək-

ruhdur. Amma “İxlas” surəsini hər iki rükətdə oxusa da, məkruh deyildir. 



Ruku 

Məsələ 1004: Namaz qılan  şəxs hər rükətdə qiraətdən sonra bütün 

barmaqlarının, o cümlədən baş barmağının ucunu dizlərinin üzərinə qoya 

biləcək qədər əyilməlidir. Bu əmələ “ruku” – deyilir. 

Məsələ 1005: Əgər ruku miqdarında əyilsə, amma əllərini dizlərinə qoy-

masa, eybi yoxdur. 



Məsələ 1006: Əgər rukunu adi qayda üzrə yerinə yetirməsə, məsələn; 

sola və ya sağa  əyilsə yaxud dizlərini irəli gətirsə,  əlləri dizlərinə çatsa da 

ruku düzgün deyildir. 

Məsələ 1007: Əyilmək ruku məqsədilə olmalıdır. Belə ki, əgər başqa bir 

məqsədlə, məsələn, bir həşəratı öldürmək üçün əyilsə, onu ruku hesab edə 

bilməz. Əksinə qamətini düzəldib yenidən ruku etmək üçün əyilməlidir. Bu 

əməl vasitəsilə rükn artırılmamış və namazı da batil deyildir. 



Məsələ 1008: Əl və yaxud dizləri başqalarının əl və dizlərindən fərqli olan 

şəxs, məsələn, qolu çox uzun olduğu üçün azacıq əyildikdə dizlərinə çatsa və 

yaxud dizləri digər insanların dizlərindən daha aşağıda olduğu üçün əllərini 

dizlərinə çatdırması üçün çox əyilməsi lazım gəlsə, adi qaydada əyilməlidir. 



Məsələ 1009: Yaxşı olar ki, ixtiyar halında üç dəfə “Subhanəllah”  və 

yaxud bir dəfə  “Subhanə  Rəbbiyəl-əzimi və bihəmdihi” – desin, lakin 

rukuda hər hansı zikri desə, kifayət edər və vacib ehtiyata əsasən, həmin 



 

137


miqdar deyilsin. Amma vaxt dar olsa və yaxud məcburiyyət qarşısında qalsa, 

bir dəfə “Subhanəllah” – demək kifayətdir. “Subhanə  Rəbbiyəl-əzimi və 



bihəmdihi” ibarəsini yaxşı deyə bilməyən şəxs başqa bir zikri, məsələn, üç 

dəfə “Subhanəllah” – deməlidir. 



Məsələ 1010: Rukunun zikri ardıcıl olaraq ərəb dilində düzgün deyilmə-

lidir. Zikri üç ya beş ya yeddi dəfə və hətta çox demək müstəhəbdir. 



Məsələ 1011: Ruku halında namaz qılanın bədəni aram və  hərəkətsiz 

olmalı  və ixtiyar halında bədənini elə  də  tərpətməməlidir ki, hətta ehtiyata 

əsasən, vacib zikrlə məşğul olmasa da, bədən öz aramlığını itirsin. Əgər bu 

hərəkətsizliyə bilərəkdən riayət etməsə, zikri aram halında yenidən təkrar 

etsə də, namaz vacib ehtiyata əsasən, batil olur. 

Məsələ 1012: Əgər rukunun vacib zikrini dediyi halda səhvən yaxud 

ixtiyarsız olaraq bir qədər hərəkət etsə və bədəni aram halından çıxsa, yaxşı 

olar ki, bədəni aram olandan sonra zikri ikinci dəfə desin. Amma azacıq hə-

rəkət etsə və bədəni aram halından çıxmasa, yaxud barmaqlara hərəkət versə, 

zərəri yoxdur. 

Məsələ 1013: Əgər ruku həddinə əyilməzdən və bədəni aram olmazdan 

əvvəl bilərəkdən rukunun zikrini desə, namazı batildir. Amma zikri yenidən 

bədəninin aram halında desə, namazı batil olmaz. Əgər bu səhvən olsa, onu 

yenidən deməsi lazım deyildir. 



Məsələ 1014: Əgər vacib zikr bitməmişdən öncə başını bilərəkdən ruku-

dan qaldırsa, namazı batildir və əgər səhvən başını qaldırsa, zikri yenidən de-

məsi lazım deyil. 

Məsələ 1015: Əgər zikr demək miqdarında, hətta bir dəfə “Subhanəllah” 

– demək qədər rukuda qala bilmirsə, hətta bədəni aram olmadıqda belə, onu 

demək vacib deyil, amma müstəhəb ehtiyata əsasən, qalanı qalxdığı halda 

“mütləq qürbət” niyyəti ilə olsa da, zikri desin yaxud ondan əvvəl başlasın. 



Məsələ 1016: Əgər xəstəlik və bu kimi səbəblər üzündən rukuda aram 

qala bilmirsə, namazı düzgündür. Amma ruku halından çıxmamış ötən məsə-

lədəki kimi vacib zikri deməlidir. 

Məsələ 1017: Əgər ruku miqdarında əyilə bilməsə, bu halda bir əşyaya 

söykənib ruku etməlidir. Əgər söykənən zaman da adi qaydada rukuya gedə 

bilmirsə, bacardığı qədər əyilməlidir ki, camaatın nəzərində ona ruku desin-

lər. Əgər bu miqdarda da əyilə bilməsə, ruku üçün başı ilə işarə etməlidir. 



Məsələ 1018: Ruku üçün başı ilə  işarə etməli olan şəxs başı ilə  işarə 

etməyi bacarmasa, ruku niyyətilə gözlərini yumub zikri deməli və rukudan 

qalxmaq niyyətilə gözlərini açmalıdır. Bunu da edə bilməsə, öz qəlbində 

ruku niyyəti etsin və vacib ehtiyata əsasən, öz əli ilə rukuya işarə edib onun 

zikrini desin. Bu halda mümkündürsə, vacib ehtiyata əsasən, həm bunu 

etməli, həm də oturan halda rukuya işarə etməlidir. 



Məsələ 1019: Ayaq üstə ruku edə bilməyən şəxs oturan yerdə ruku üçün 

əyilə bilirsə, ayaq üstə namaz qılmalı və ruku üçün başı ilə işarə etməlidir. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə