Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə53/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   49   50   51   52   53   54   55   56   ...   181

 

130


Məsələ 945: Vacib ehtiyata əsasən, qiyam halında ikən hər iki ayağı yer-

də olsun. Amma bədəninin ağırlığının hər iki ayağın üzərində olması lazım 

deyildir. Bir ayaq üzərində olsa da, eybi yoxdur. 

Məsələ 946: Düzgün şəkildə ayaq üstə dayana bilən şəxs ayaqlarını ayaq 

üstə dayanmaq deyilməyəcək qədər xeyli aralı qoysa, namazı batildir. Hətta 

vacib ehtiyata əsasən, ayaqlarını ona “ayaq üstədir” – deyilsə də, xeyli aralı 

qoymamalıdır. 



Məsələ 947: İnsan namazda vacib zikrləri oxuduğu zaman bədəni hərəkət-

siz olmalıdır. Həmçinin vacib ehtiyata əsasən, müstəhəb zikrləri oxumağa məş-

ğul olduğu zaman da, hökm belədir.  Əgər azacıq irəli və arxaya getmək və 

yaxud bədənini azacıq sağa və sola hərəkət etdirmək istəsə, bir şey deməməlidir. 



Məsələ 948: Əgər bədənin hərəkəti vaxtı müstəhəb zikr desə, məsələn, 

rukuya yaxud səcdəyə gedən zaman təkbir desə, özü də namazda göstəriş 

verilən zikr məqsədilə deyərsə, həmin zikr düzgün deyildir, amma namazı 

düzgündür.  “Bihəulillahi və quvvətihi  əqumu və  əq-udu”  zikrini ayağa 

qalxarkən deməlidir. 

Məsələ 949: “Fatihə”ni oxuyan zaman əl və barmaqları tərpətməyin eybi 

yoxdur, lakin müstəhəb ehtiyata görə, onları da tərpətməsin. 



Məsələ 950: Əgər “Fatihə” və “surə”ni yaxud “təsbihat”ı deyərkən 

özündən asılı olmayaraq, bədəninin aramlığını pozacaq qədər hərəkət etsə, 

müstəhəb ehtiyata görə, bədəni aram olduqdan sonra hərəkət halında oxudu-

ğunu yenidən oxusun. 



Məsələ 951: Əgər namaz əsnasında durmaqdan aciz olsa, oturmalı, əgər 

oturmaqdan da aciz olsa, uzanmalıdır. Amma bədəni aram olmayana qədər 

vacib zikrlərdən birini deməsin. 

Məsələ 952: İnsan ayaq üstə namaz qıla bilirsə, oturduğu halda namaz 

qılmamalıdır. Məsələn, ayaq üstə durduğu zaman bədəninin hərəkətini saxla-

ya bilməyən yaxud bir şeyə söykənmək məcburiyyətində qalan və ya bədəni-

ni azacıq əymək məcburiyyətində qalan şəxs bacardığı qədər namazını ayaq 

üstə qılmalıdır. Amma əsla ayaq üstə dura bilmirsə, düz oturmalı və oturdu-

ğu halda namaz qılmalıdır. 



Məsələ 953: İnsan otura bilirsə, uzandığı halda namaz qılmamalıdır. 

Əgər düz otura bilmirsə, bacardığı qədər oturmalıdır. Əgər əsla otura bilmir-

sə, qibləyə hökmlərində qeyd edildiyi kimi, bədəninin ön tərəfi üzü qibləyə 

olacaq tərzdə böyrü üstə uzanmalıdır. Sağ böyrü üstə uzanması mümkün ol-

duğu vaxta qədər, vacib ehtiyata əsasən, sol böyrü üstə uzanmamalıdır. Əgər 

bunlar da mümkün deyilsə, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxa-

sı üstə uzanmalıdır. 

Məsələ 954: Oturduğu yerdə namaz qılan  şəxs “Fatihə” və “surə”dən 

sonra ayaq üstə durub rukunu ayaq üstə yerinə yetirə bilirsə, qalxıb qiyam 

halında rukuya getməli və  əgər yerinə yetirə bilmirsə, rukunu da oturduğu 

yerdə yerinə yetirməlidir. 




 

131


Məsələ 955: Uzandığı yerdə namaz qılan  şəxs namaz əsnasında otura 

bilirsə, bacardığı qədər oturduğu halda qılmalı və əgər dura bilirsə, bacardığı 

qədər ayaq üstə  qılmalıdır. Lakin bədəni aram olmayınca vacib zikrlərdən 

deməməlidir. Amma az miqdarda ayaq üstə dura biləcəyinə əmin olan şəxs, 

onu rukuya bağlanan qiyama məxsus etməlidir. 

Məsələ 956: Ayaq üstə dayana bilən şəxs ayaq üstə dayandıqda xəstələ-

nəciyindən yaxud zərər çəkəcəyindən qorxsa, oturduğu yerdə namaz qıla bi-

lər. Əgər oturmaqdan da qorxsa, uzandığı halda namaz qıla bilər. 

Məsələ 957: Əgər insan vaxtın axırında ayaq üstə namaz qıla biləcəyinə 

ümidvar olduğu halda vaxtın əvvəlində namaz qılsa və vaxtın axırında ayaq 

üstə durmağa bacarsa, namazı ikinci dəfə  qılmalıdır. Amma namazı ayaq 

üstə qıla biləcəyinə ümidvar olmadığı halda vaxtın əvvəlində namazı qılsa və 

sonra ayaq üstə durmağa güc tapsa, namazı yenidən qılması lazım deyil. 

Məsələ 958: Müstəhəbdir ki, insan ayaq üstə durduğu zaman bədənini 

düz saxlasın, çiyinlərini aşağı salsın,  əllərini budlarının üzərinə qoysun, 

barmaqlarını bir-birinə bitişdirsin, səcdə yerinə baxsın, bədəninin ağırlığını 

hər iki ayağın üzərinə bərabər şəkildə salsın, “xüzu” və “xüşu” (son dərəcə 

diqqətli və  qəlb hazırlığı) halında olsun, ayaqlarını bir sırada tutsun. Əgər 

namaz qılan kişidirsə, ayaqlarının arasında üç açıq barmaqdan bir qarışa qə-

dər fasilə qoysun və əgər qadındırsa, ayaqlarını bir-birinə bitişdirsin. 

Qiraət 

Məsələ 959: Gündəlik vacib namazların birinci və ikinci rükətlərində 

insan öncə “Fatihə”ni sonra isə surəni – ehtiyata əsasən, bir surəni – bütöv 

deməlidir. “Duha”, “Şərh” və həmçinin “Fil” və “Qureyş” surələri namazda 

vacib ehtiyata əsasən, bir surə hesab olunur. 



Məsələ 960: Əgər namaz vaxtı dar olsa yaxud insan “surə”ni oxumaq 

məcburiyyətində qalsa, məsələn, “surə”ni oxuduğu təqdirdə, oğru, yırtıcı 

heyvan və ya başqa bir şeyin ona zərər verəcəyindən qorxsa və yaxud zəruri 

bir işi olsa, “surə”ni oxumaya bilər. Hətta vaxtın azlığı  və  bəzi qorxusuz 

hallarda da “surə”ni oxumamalıdır. 

Məsələ 961: Əgər bilərəkdən “surə”ni “Fatihə”dən əvvəl oxusa, namazı 

batildir və  əgər səhvən “surə”ni “Fatihə”dən  əvvəl oxusa və bu, “surə”ni 

oxuyarkən yadına düşsə, surəni tərk etməli və “Fatihə”ni oxuyandan sonra 

“surə”ni əvvəldən deməlidir. 



Məsələ 962: Əgər “Fatihə” və “surə”ni və yaxud onlardan birini unutsa 

və rukuya çatandan sonra başa düşsə, namazı düzgündür. 



Məsələ 963: Əgər rukuya əyilməzdən əvvəl “Fatihə” və “surə”ni oxuma-

dığını başa düşsə, oxumalıdır. Əgər yalnız “surə”ni oxumadığını başa düşsə, 

əvvəl “Fatihə”ni, sonra isə ikinci dəfə olaraq “surə”ni oxumalıdır. Həmçinin 

əgər rukuya əyilsə, lakin ruku həddinə çatmazdan əvvəl “Fatihə” və “surə”-




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə