Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə50/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   46   47   48   49   50   51   52   53   ...   181

 

122


miqdarda qazmağa və ya uçurmağa bağlıdırsa, oranı qazmaq və ya uçurmaq 

lazımdır. Əks təqdirdə, uçurmaq mübahisəlidir. Qazılan yerini doldurulması 

və uçurulan yerin düzəldilməsi vacib deyildir. Amma məscidin kərpici kimi 

bir hissəsi nəcis olarsa, mümkün olduğu təqdirdə, onu yuduqdan sonra öz ye-

rinə qoymaq lazımdır. 

Məsələ 885: Əgər bir məscidi qəsb edib, onun yerində ev və bu kimi bir 

bina tiksələr və yaxud artıq ona məscid deyilməyəcək qədər xarab olarsa, onu 

nəcis etmək haram deyil. Əgər nəcis olarsa, onu təmizləmək vacib deyildir. 

Məsələ 886: İmamların(ə) hərəmini nəcis etmək haramdır və əgər onlar-

dan biri nəcis olarsa və  nəcis halda qalması hörmətsizlik sayılarsa, onu tə-

mizləmək vacibdir və hətta müstəhəb ehtiyata görə, hörmətsizlik olmasa da, 

təmizləsinlər. 



Məsələ 887: Əgər məscidin həsiri yaxud kovraliti nəcisə bulaşarsa, suya 

çəkilməlidir. Amma nəcis olmuş yeri kəsmək məsləhətdirsə, onu kəsmək la-

zımdır. Lakin onun etina olunacaq qədər böyük hissəsini kəsmək yaxud nöq-

sanlı olmasına səbəb olacaq şəkildə təmizləmək mübahisəlidir. Amma onun 

tərk olunması hörmətsizliyə səbəb olarsa, təmizlənməlidir. 

Məsələ 888: Nəcisin özünü (eyni nəcis) və nəcis olmuş bir şeyi məscidə 

aparmaq hörmətsizlik olarsa, haramdır. Hətta müstəhəb ehtiyata görə, ehti-

ramsızlıq olmasa belə, nəcisin özü məscidə aparılmasın. Amma insana bağlı 

olan bir şey, məsələn, insanın bədən və yaxud paltarındakı yara qanının eybi 

yoxdur. 

Məsələ 889: Əgər məscidə mərsiyəxanlıq üçün çadır çəksələr, xalça dö-

şəsələr, qara assalar və çay dəstgahı gətirsələr, bu işlər məscidə zərər gətir-

məsə və namaz qılmaq üçün maneəçilik törətməsə, eybi yoxdur.  

Məsələ 890: Vacib ehtiyata əsasən, məscid qızılla zinətləndirilməsin. 

Həmçinin müstəhəb ehtiyata əsasən, insan və heyvan kimi ruhu olan cisimlə-

rin rəsmləri ilə bəzədilməsin.  

Məsələ 891: Əgər məscid xarab olsa da, onu satmaq yaxud mülkə və ya 

yola (prospektə) daxil etmək olmaz.  



Məsələ 892: Məscidin qapı-pəncərəsini və başqa avadanlıqlarını satmaq 

haramdır. Əgər məscid xarab olarsa, onları həmin məscidin təmiri üçün işlət-

mək lazımdır. Amma həmin məscidə yaramasa, başqa məsciddə işlədilməli-

dir. Başqa məscidlər üçün də yararlı olmasa, onu sata bilərlər və əgər müm-

kündürsə, onun pulunu həmin məscidin təmiri üçün və  əgər ehtiyac yox-

dursa, başqa məscidin təmiri üçün işlətsinlər. 



Məsələ 893: Məscid tikmək və yaxud uçulmaqda olan məscidi təmir et-

mək müstəhəbdir. Əgər bir məscid təmirə yararlı olmayacaq dərəcədə uçub 

dağılmışsa, onu yenidən söküb tikə bilərlər; hətta camaatın ehtiyacı üçün sö-

külməmiş məscidi uçurub, daha da böyük tikə bilərlər. 



Məsələ 894: Məscidi təmizləmək və çıraqlarını yandırmaq müstəhəbdir. 

Məscidə getmək istəyən şəxs müstəhəbdir ki, özünə ətir vursun, pak və qiy-




 

123


mətli paltar geyinsin, başmağının altının nəcisə bulaşmamasını bilmək üçün 

onu yoxlasın, məscidə daxil olarkən əvvəl sağ ayağını, çıxanda isə sol ayağı-

nı atsın və həmçinin hamıdan qabaq məscidə gəlib, hamıdan sonra məscid-

dən çıxsın. 



Məsələ 895: İnsanın məscidə daxil olarkən hörmət məqsədilə iki rükət 

“təhiyyət” namazı  qılması müstəhəbdir.  Əgər başqa vacib və yaxud müstə-

həb namazı qılsa da, kifayətdir. 

Məsələ 896: Əgər insan məcbur deyilsə, məsciddə yatması, dünya işləri 

haqda söhbət etməsi, bir sənətlə məşğul olması, nəsihətli və bu qəbildən ol-

mayan şeirlər oxuması məkruhdur. Həmçinin ağız və burun suyunu, sinənin 

bəlğəmini məscidə tökmək məkruhdur, hətta bəzi vaxtlarda haramdır. Həm-

çinin itmiş  əşyanı axtarmaq və  səsi ucaltmaq məkruhdur. Amma azanı uca 

səslə deməyin eybi yoxdur. 



Məsələ 897: Dəlinin məscidə daxil olmasına yol vermək məkruhdur. Həmçi-

nin namaz qılanlara zəhmət verəcəyi və yaxud məscidi nəcis edəcəyi ehtimalı var-

dırsa, uşağın da məscidə daxil olmasına yol vermək eyni hökmü daşıyır. Bu iki 

haldan başqa uşağı məscidə gətirməyin eybi yoxdur və hətta bəzi hallarda uşağı 

məscidə aparmaq əhəmiyyətlidir. Soğan, sarımsaq və bu kimi yeməklər yeyərək 

ağzının qoxusu camaatı narahat edən şəxsin məscidə getməsi məkruhdur. 



Azan və iqamə 

Məsələ 898: Kişi və qadının gündəlik vacib namazlardan əvvəl azan və 

sonra iqamə deməsi müstəhəbdir. Digər vacib və müstəhəb namazlar üçün 

isə, azan və iqamə demək  şəriətdə  nəzərdə tutulmayıb. Camaatla qılınan 

“Fitr” və “Qurban” bayramının namazlarından öncə üç dəfə “əs-səlat” – de-

mək, müstəhəbdir. 

Məsələ 899: Uşağın dünyaya gəldiyi birinci gün yaxud göbəyi düşməz-

dən əvvəl sağ qulağına azan, sol qulağına isə iqamə demək, müstəhəbdir. 



Məsələ 900: Azan on səkkiz cümlədən ibarətdir: 

Dörd dəfə: “Allahu əkbər.” 

İki dəfə: “Əşhədu əlla ilahə illəllah.” 

İki dəfə: “Əşhədu ənnə Muhəmmədən rəsulullah.” 

İki dəfə: “Həyyə ələs-səlat.” 

İki dəfə: “Həyyə ələl-fəlah.” 

İki dəfə: “Həyyə əla xeyril-əməl.” 

İki dəfə: “Allahu əkbər.” 

İki dəfə: “La ilahə illəllah.” 

İqamə isə on yeddi cümlədən ibarətdir, yəni, azanın  əvvəlindən iki dəfə 



“Allahu əkbər”, sonunda isə bir dəfə “La ilahə illəllah” azaldılır və “Həyyə 

əla xeyril-əməl”- dedikdən sonra iki dəfə “Qəd qamətis-səlat” əlavə edilir. 


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə