Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə46/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   42   43   44   45   46   47   48   49   ...   181

 

111


yadına düşsə, namazı düzgündür. Amma bədəni rütubətli halda nəcis olduğu-

nu unutduğu bir əşyaya toxunsa və özünü yumadan qüsl edib namaz qılsa, 

qüsl və namazı batildir. Amma qüsl etməklə bədəni pak olacaq və su nəcis 

olmayacaqsa, məsələn, axar suda qüsl etsə, onun qüslü və namazı batil ol-

maz. Həmçinin əgər dəstəmaz üzvlərindən bir yeri rütubətli halda nəcis oldu-

ğunu unutduğu bir əşyaya toxunarsa və onu yumadan dəstəmaz alıb namaz 

qılsa, dəstəmazı və namazı batildir; bu şərtlə ki, kür və yaxud axar kimi suda 

dəstəmaz almaqla bədəni pak olsun və su da nəcis olmasın. 



Məsələ 795: Yalnız bir paltarı olan şəxsin bədən və paltarı nəcis olduqda, 

ancaq onlardan birini yumağa çatacaq qədər suyu olarsa, vacib ehtiyata əsasən, 

bədənini yumalı və nəcis paltarı ilə namaz qılmalıdır. Bu halda paltarını yuyub, 

nəcis bədənlə namaz qılması caiz deyildir. Amma paltarının nəcisliyi daha çox 

və ya daha şiddətli olduğu halda, hər hansı birini yumaqda ixtiyar sahibidir. 

Məsələ 796: Nəcis paltardan başqa paltarı olmayan şəxs nəcis paltarla 

namaz qılmalıdır və namazı düzgündür.  



Məsələ 797: İki paltarı olan şəxs onlardan birinin nəcis olduğunu bilər-

sə, lakin dəqiq  şəkildə hansı birinin nəcis olduğunu bilməzsə, vaxtı var-

dırsa, onların hər ikisi ilə namaz qılmalıdır. Məsələn; zöhr və əsr namazını 

qılmaq istəyirsə, onların hər biri ilə bir zöhr namazı  və bir əsr namazı 

qılmalıdır. Amma vaxt az olsa və onlardan heç biri ehtimalın güclü və 

əhəmiyyətli olması baxımından üstünlüyə malik olmasa, hər biri ilə namaz 

qılsa kifayətdir. 

 

İkinci şərt 



Məsələ 798: Namaz qılan şəxsin ayıb yerlərini örtən paltarı vacib ehtiya-

ta görə, mübah olmalıdır. Qəsbi paltarı geyinməyin haram olduğunu bilən və 

ya səhlənkarlıqdan məsələnin hökmünü bilməyən şəxs bilərəkdən qəsbi pal-

tarla namaz qılsa, ehtiyata əsasən, namazı batildir. Amma təklikdə ayıb yer-

ləri örtə bilməyən əşyaların, habelə cibinə qoyduğu dəsmal və şal kimi, hal-

hazırda geyinmədiyi geyim əşyalarının, onlarla ayıb yerləri örtmək mümkün 

olsa belə, həmçinin namaz qılanın üstündə mübah olan ayrı bir geyimi ol-

duğu halda geyindiyi əşyaların bütünlüklə qəsbi olmasının namaza bir zərəri 

yoxdur, lakin namaz qılanın onlardan çəkinməsi ehtiyata uyğundur. 

Məsələ 799: Qəsbi paltarı geyinməyin haram olduğunu bilən, amma 

onunla namaz qılmağın hökmünü bilməyən bir şəxs bilərəkdən qəsbi paltarla 

namaz qılsa, ehtiyata əsasən namazı batildir. 

Məsələ 800: Əgər paltarının qəsbi olmasını bilməsə və ya unutsa və onunla 

namaz qılsa, namazı düzgündür. Amma bir şəxs özü paltarı qəsb etsə və qəsb 

etməsini unudub onunla namaz qılsa, namazı ehtiyata əsasən, batildir. 

Məsələ 801: Paltarının qəsbi olduğunu bilməyən və ya unudan şəxs, na-

mazda ikən bunu başa düşsə, əgər başqa bir əşya ayıb yerini örtsə, dərhal və 




 

112


ya namazın “müvalat”ı (ardıcıllığı) pozulmadan həmin paltarı çıxara bilərsə, 

onu çıxartmalı və namazı davam etdirməlidir. Ancaq ayrı bir əşya ayıb yerini 

möhtərəm bir şəxsin nəzərindən örtməsə  və ya dərhal qəsbi paltarı  çıxara 

bilmirsə, namazı elə  həmin paltarla davam etdirməlidir və namazı düzgün-

dür. 

Məsələ 802: Əgər bir şəxs canını qorumaq üçün qəsbi paltarla namaz 

qılsa, vaxtın axırına qədər ayrı bir paltarla namaz qıla bilməsə yaxud onu 

geyinməyə çarəsiz olması özünün tədbirsizliyi ucbatından olmasa, məsələn, 

özü qəsb etməmiş olsa, namazı düzgündür. Həmçinin oğrunun qəsbi paltarı 

aparmaması üçün onunla namaz qılsa və vaxtın axırına qədər başqa paltarla 

namaz qıla bilməsə yaxud qəsbi paltarı ilk fürsətdə sahibinə çatdırmaq üçün 

geyinibsə, namazı düzgündür. 

Məsələ 803: Əgər xümsü verilməyən pul ilə paltar alsa, amma onun 

pulu ümumi halda boynunda olsa, (necə ki, əksər alış-verişlər belədir) 

paltar ona halaldır və verdiyi pulun xümsünü borclu olur. Amma xümsü 

verilməmiş pulun özü ilə paltar alsa, həmin paltar ilə  şəriət hakiminin 

icazəsi olmadan namaz qılmağın hökmü qəsbi paltarla namaz qılmağın 

hökmü ilə eynidir. 

 

Üçüncü şərt 

Məsələ 804: Namaz qılanın təklikdə ayıb yerini örtən paltarı atıcı qanı 

olan (yəni, damarı  kəsildikdə qanı  sıçrayan) ölmüş heyvanın üzvlərindən 

olmamalıdır. Bu şərt vacib ehtiyata əsasən, təklikdə ayıb yeri örtməyən 

paltarda da sabitdir. Müstəhəb ehtiyata əsasən, ilan kimi atıcı qanı olmayan 

ölmüş heyvandan paltar hazırlansa, onunla namaz qılınmasın. 

Məsələ 805: Leşin bir hissəsindən  ət və  dəri kimi ruhu olan bir əşya 

namaz qılanın üstündə olarsa, namazı düzgündür. 



Məsələ 806: Əgər əti halal leşin tük və yunu kimi ruhu olmayan bir əşya 

namaz qılanın üstündə olsa yaxud onunla hazırlanmış paltarla namaz qılsa, 

namazı düzgündür. 

 

Dördüncü şərt 



Məsələ 807: Namaz qılanın corab kimi ayıb yeri təklikdə örtməyən əş-

yalardan başqa paltarı yırtıcı heyvanların, hətta vacib ehtiyata görə, mütləq 

şəkildə əti haram heyvanların üzvlərindən olmamalıdır. Həmçinin bədən və 

paltar həmin heyvanların sidiyinə, nəcisinə, tərinə, südünə və tükünə qarış-

mamalıdır. Amma heyvanın bir tükü paltarın üzərində olsa, zərəri yoxdur. 

Onlardan bir şey, misal üçün, qutuya qoyub özü ilə götürsə də, hökm eynidir. 



Məsələ 808: Əgər pişik kimi əti haram olan heyvanın ağzının və burnu-

nun suyu yaxud başqa rütubəti yaş halda namaz qılanın bədənində ya palta-




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə