Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə44/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   40   41   42   43   44   45   46   47   ...   181

 

105


Müstəhəb namazlar 

Məsələ 747: Müstəhəb namazlar çoxdur və onlara “nafilə” – deyilir. Müs-

təhəb namazlardan gecə və gündüz nafilələrini qılmaq daha çox tövsiyə olun-

muşdur. Onlar cümə günü istisna olmaqla başqa günlərdə otuz dörd rükətdir; 

səkkiz rükət zöhr namazının, səkkiz rükət əsr namazının, dörd rükət şam nama-

zının, iki rükət xiftən namazının, on bir rükət gecə nafiləsi və iki rükət də sübh 

namazının nafiləsidir. Xiftən namazının nafiləsinin iki rükəti vacib ehtiyata əsa-

sən, oturan yerdə qılındığı üçün bir rükət hesab olunur. Amma cümə günü zöhr 

ilə əsr namazlarının on altı rükətdən ibarət olan nafiləsinə dörd rükət də əlavə 

olunur. Yaxşı olar ki, bu iyirmi rükət “zəval”dan (günortadan) əvvəl qılınsın. 

Amma onun iki rükəti yaxşi olar ki, “zəval” vaxtı qılınsın. 



Məsələ 748: Gecə nafiləsinin on bir rükətindən səkkiz rükəti “gecə” na-

filəsi niyyəti ilə, iki rükəti “şəf” namazı niyyəti ilə, bir rükəti “vitr” namazı 

niyyəti ilə  qılınmalıdır. Gecə namazının qılınma qaydası dua kitablarında 

müfəssəl şəkildə göstərilib. 



Məsələ 749: Nafilə namazlarını hətta ixtiyar halında belə, oturan yerdə 

qılmaq olar. Oturaq halda qılınan iki rükət nafilə namazını bir rükət hesabla-

maq da lazım deyil, amma yaxşı olar ki, ayaq üstə qılınsın. Xiftən namazının 

nafiləsini isə vacib ehtiyata görə, oturan halda qılmaq lazımdır. 



Məsələ 750: Zöhr və əsr namazlarının nafiləsi səfər zamanı qılınmamalıdır. 

Amma xiftən namazının nafiləsinin “rəca” məqsədilə qılınmasının eybi yoxdur. 



Gündəlik nafilələrin vaxtı 

Məsələ 751: Zöhr namazının nafiləsi zöhr namazından əvvəl qılınır. Onun 

vaxtı zöhrün əvvəlindən başlayıb, onu zöhr namazından əvvəl qılmağın müm-

kün olduğu zamana qədər davam edir. Ancaq bir şəxs zöhrün nafiləsini zöhrdən 

sonra görünməyə başlayan göstərici çubuğun kölgəsinin yeddidə iki qarışdırsa, 

onun kölgəsi iki qarış uzunluğa çatanadək təxirə salsa, yaxşı olar ki, bu zaman 

zöhr namazını zöhr nafiləsindən əvvəl qılsın. Amma nafilənin bir rükətini ondan 

əvvəl qılıbsa, yaxşı olar ki, nafilə namazını zöhr namazından əvvəl tamamlasın. 

Məsələ 752: Əsr namazının nafiləsi əsr namazından əvvəl qılınır. Onun 

vaxtı əsr namazından əvvəl qılmaq imkanı olana qədər davam edir; lakin bir 

şəxs  əsrin nafiləsini göstərici çubuğun kölgəsinin yeddidə dörd uzunluğa 

çatanadək təxirə salsa, yaxşı olar ki, əsr namazını nafilə namazından  əvvəl 

qılsın. Əvvəlki məsələdə qeyd edilən hal isə istisnadır. 

Məsələ 753: Şam nafiləsinin vaxtı şam namazının tamamlanmasından sonra 

vaxt daxilində qılmaq imkanı olana qədər davam edir. Lakin bir şəxs onu günəşin 

batmasından sonra göy üzünün qərb tərəfində görünən qırmızı  şəfəqin itdiyi 

zamana qədər təxirə salsa, yaxşı olar ki, həmin vaxt öncə xiftən namazını qılsın. 




 

106


Məsələ 754: Xiftən namazının nafiləsinin vaxtı xiftən namazının tamam-

landığı vaxtdan gecə yarısına qədərdir. Yaxşı olar ki, xiftən namazından son-

ra dərhal qılınsın. 

Məsələ 755: Sübh nafiləsi sübh namazından əvvəl qılınır və onun vaxtı ge-

cə namazı vaxtından gecə namazı qıla biləcək qədər vaxt keçdikdən sonra başla-

yır və onu sübh namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər da-

vam edir. Amma bir şəxs sübhün nafiləsini şərq tərəfdə qırmızı zolağın görün-

məsinə qədər təxirə salsa, yaxşı olar ki, bu vaxtda öncə sübh namazını qılsın. 

Məsələ 756: Məşhur nəzərə görə, gecə namazının ilk vaxtı gecə yarısıdır. 

Bu məsələ, əhvət və yaxşı olsa da, gecə namazının vaxtının gecənin əvvəlindən 

başlaması uzaq nəzər deyil və onun vaxtı sübh azanına qədər davam edir.  

Məsələ 757: Dan yeri sökülən zaman yuxudan oyanan şəxs, gecə nama-

zını əda və qəza niyyəti etmədən qıla bilər. 



Qufeylə namazı 

Məsələ 758: Müstəhəb namazlardan biri də “qufeylə” namazıdır ki, şam 

və xiftən namazları arasında qılınır. Onun birinci rükətində “Fatıhə”dən son-

ra “surə” əvəzinə bu ayə oxunur: 

“Və  zənnuni izzəhəbə muğadibən fəzənnə  əllən nəqdirə  əleyhi fənada 

fiz-zulumatı  əllə ilahə illa əntə, subhanəkə inni kuntu minəz-zalimin, fəs-

təcəbna ləhu və nəcceynahu minəl-ğəmmi və kəzalikə nuncil-mu-minin.” 

İkinci rükətdə də “Fatihə”-dən sonra “surə” əvəzinə bu ayə oxunur: 



“Və indəhu məfatihul-ğeybi la yə-ləmuha illa huvə yə-ləmu ma fil-bərri 

vəl-bəhri və ma təsqutu min vərəqətin illa yə-ləmuha və la həbbətin fi 

zulumatil-ərdi və la rətbin və la yabisin illa fi kitabin mubin.” 

Qunutda isə bu dua oxunur: 



“Allahummə inni əs-əlukə biməfatihil-ğeybil-ləti la yə-ləmuha illa 

əntə  ən tusəlliyə  əla Muhəmmədin və ali Muhəmmədin və  ən təf-ələ bi 

kəza və kəza.” 

“Kəza və kəza” sözlərinin əvəzinə insan öz istəklərini dilə gətirib sonra 

bu duanı oxusun: 

“Allahummə əntə vəliyyu ni-məti vəl-qadiru əla təlibəti tə-ləmu ha-

cəti, fəəs-əlukə bihəqqi Muhəmmədin və ali Muhəmmədin əleyhi və əley-

himus-səlamu ləmma qədeytəha li.” 

Qiblənin hökmləri 

Məsələ 759: Müqəddəs Məkkə  şəhərində yerləşən Kəbə evi qiblədir. 

Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs “qibləyə tərəf namaz 




 

107


qılır” – deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin heyvanların başını 

kəsmək kimi qibləyə tərəf icra olunması lazım olan işlərdə də hökm belədir. 



Məsələ 760: Vacib namazı ayaq üstə  qılan  şəxsin sinəsi və qarnı üzü 

qibləyə tərəf olmalıdır. Hətta üzü də qiblədən çox dönməməlidir. Müstəhəb 

ehtiyata əsasən, ayaq barmaqları da qibləyə tərəf olmalıdır. 

Məsələ 761: Oturan halda namaz qılmalı olan şəxsin sinəsi və qarnı 

qibləyə tərəf olmalı və hətta üzü də qiblədən çox dönməməlidir. 



Məsələ 762: Oturan halda namaz qıla bilməyən şəxs namaz halında ikən 

bədəninin ön hissəsi qıbləyə olacaq şəkildə böyrü üstə uzanmalıdır. Sağ böy-

rü üstə uzanması mümkündürsə, vacib ehtiyata əsasən, sol böyrü üstə uzan-

mamalıdır.  Əgər onların heç biri mümkün olmasa, ayaqlarının altı qibləyə 

olacaq şəkildə, arxası üstə uzandığı halda namaz qılmalıdır. 

Məsələ 763: Ehtiyat namazı, unudulmuş səcdə və təşəhhüd üzü qibləyə 

qılınmalıdır. Müstəhəb ehtiayata görə, səhv səcdəsi də üzü qibləyə yerinə ye-

tirilməlidir. 

Məsələ 764: Müstəhəb namazı yol gedərkən və minik halında qılmaq 

olar. Əgər insan bu iki halda müstəhəb namazı qılsa, üzü qibləyə olması la-

zım deyil. 

Məsələ 765: Namaz qılmaq istəyən şəxs qiblənin hansı tərəfə olduğuna 

əmin olana və ya (iki ədalətli şəxsin şəhadət verməsi kimi) yəqin hökmündə 

olan bir dəlil  əldə edənə  qədər qibləni təyin etmək üçün çalışmalıdır.  Əgər 

qibləni təyin edə bilməsə, müsəlmanların məscidlərinin mehrablarından, mö-

minlərin məzarlarından və ya buna bənzər digər yollardan əldə edilən güma-

na  əməl etməlidir. Hətta elmi qaydalara əsaslanaraq qibləni təyin edən bir 

kafir və ya fasiqin sözündən qibləni tanımaq güman edilsə, kifayətdir. 

Məsələ 766: Qiblənin hansı istiqamətdə olmasına gümanı olan bir şəxs da-

ha güclü güman tapa bilsə, öz gümanına əməl etməlidir. Məsələn, əgər qonaq ev 

sahibinin dediyinə  əsaslanaraq qiblənin istiqamətinə güman etsə, amma başqa 

yolla daha bir güclü güman əldə edə bilsə, onun sözünə əməl etməməlidir. 



Məsələ 767: Əgər qibləni tapmaq üçün bir vasitə yoxdursa yaxud çalışmaq-

la bir güman əldə edə bilmirsə, bir tərəfə namaz qılsa, kifayətdir. Amma müs-

təhəb ehtiyata əsasən, vaxt geniş olduğu təqdirdə, hər dörd tərəfə namaz qılsın. 

Məsələ 768: Əgər qiblənin iki tərəfdən biri olduğunu yəqin və ya güman 

edərsə, hər iki tərəfdə namaz qılmalıdır. 



Məsələ 769: Bir neçə tərəfə namaz qılmaq istəyən şəxs zöhr və əsr na-

mazı kimi biri digərindən sonra iki namaz qılmaq istəyərsə, müstəhəb ehtiya-

ta əsasən, birinci namazı neçə tərəfə qıldıqdan sonra ikinci namaza başlasın. 

Məsələ 770: Qibləyə yəqinliyi olmayan şəxs namazdan başqa bir iş gör-

mək istəsə, onu üzü qibləyə görməlidir. Məsələn, bir heyvanın başını kəsmək 

istəsə, gümanına  əməl etməlidir və  əgər güman etmək mümkün deyildirsə, 

hansı tərəfə görsə, düzgündür. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə