Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə40/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   36   37   38   39   40   41   42   43   ...   181

 

96

ümidi üzülməyənə  qədər təyəmmümlə namaz qıla bilməz. Amma tez bir 



zamanda təyəmmümlə namaz qılmadıqda, vaxtın axırına qədər hətta təyəm-

mümlə belə namaz qıla bilməyəcəyini ehtimal versə, namazını (əvvəl vaxt-

da) təyəmmümlə qıla bilər. 

Məsələ 701: Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs üzrünün aradan 

getməsindən ümidini kəsmişdirsə, qəza namazlarını təyəmmümlə qıla bilər. 

Amma üzrü aradan getdikdən sonra vacib ehtiyata əsasən, həmin namazları 

dəstəmaz və ya qüsl ilə yenidən qılsın. Əgər üzrünün aradan gedəcəyindən 

ümidini kəsməmişdirsə, vacib ehtiyata əsasən, qəza namazlarını təyəmmüm-

lə qıla bilməz. 



Məsələ 702: Dəstəmaz və ya qüsl ala bilməyən  şəxs gecə  və gündüz 

“nafilə”ləri kimi müəyyən vaxtı olan müstəhəb namazları təyəmmümlə qıla 

bilər. Amma onların vaxtının sonuna qədər üzrünün aradan gedəcəyindən 

ümidini kəsməmişdirsə, vacib ehtiyata əsasən, onların vaxtının əvvəlində ye-

rinə yetirməsin. Amma müəyyən vaxtı olmayan namazları isə hər bir halda 

təyəmmümlə qıla bilər. 



Məsələ 703: Ehtiyat üzrə “cəbirə” qüslü verən və təyəmmüm edən şəxs 

qüsl və təyəmmümdən sonra namaz qılsa və namazdan sonra “kiçik hədəs” 

baş verərsə, məsələn, sidiyə çıxarsa, sonrakı namazlar üçün dəstəmaz almalı-

dır. Əgər bu iş (kiçik hədəs) namazdan əvvəl baş verərsə, həmin namaz üçün 

də dəstəmaz almalıdır. 

Məsələ 704: Əgər su tapılmadığına yaxud başqa üzrlü səbəbə görə  tə-

yəmmüm etsə, üzrü aradan gedəndən sonra təyəmmümü batil olar. 



Məsələ 705: Dəstəmazı batil edən işlər dəstəmaz əvəzinə olan təyəmmü-

mü də batil edər. Qüslü batil edən işlər qüsl əvəzinə olan təyəmmümü də ba-

til edər. 

Məsələ 706: Qüsl edə bilməyən şəxsə bir neçə qüsl vacib olarsa, onların 

hamısının əvəzinə bir təyəmmüm etməsi caizdir. Müstəhəb ehtiyata əsasən, 

onların hər birinin əvəzinə bir təyəmmüm etsin. 

Məsələ 707: Qüsl edə bilməyən şəxs vacib olan əməli yerinə yetirmək 

istəsə, qüslün əvəzinə təyəmmüm etməlidir. Dəstəmaz ala bilməyən şəxs də 

dəstəmaz vacib olan bir əməli yerinə yetirmək istəsə, dəstəmaz  əvəzinə  tə-

yəmmüm etməlidir. 



Məsələ 708: Əgər cənabət qüslü əvəzinə  təyəmmüm etsə, namaz üçün 

dəstəmaz alması lazım deyildir və əgər başqa qüsllərin  əvəzinə  təyəmmüm 

etsə  də, hökm eynidir, baxmayaraq ki, müstəhəb ehtiyata əsasən, dəstəmaz 

da alsın. Əgər dəstəmaz ala bilmirsə, dəstəmaz əvəzinə başqa bir təyəmmüm 

də etsin. 

Məsələ 709: Əgər qüsl əvəzinə təyəmmüm etsə və sonra dəstəmazı batil 

edən bir iş onun qarşısına çıxsa,  əgər sonrakı namazlar üçün qüsl verə 

bilməsə, dəstəmaz almalıdır və müstəhəb ehtiyata əsasən, təyəmmüm də 

etsin. Əgər dəstəmaz ala bilmirsə, onun əvəzinə təyəmmüm etməlidir. 




 

97

Məsələ 710: Vəzifəsi təyəmmüm olan şəxs bir iş üçün təyəmmüm etsə, 

təyəmmümü pozulmayana və üzrü aradan getməyənə qədər dəstəmaz və ya 

qüsllə yerinə yetirəcəyi  əməlləri icra edə bilər. Amma üzrü vaxtın darlığı-

dırsa yaxud suyu olduğu halda meyit namazı üçün və ya yatmaq üçün tə-

yəmmüm edibsə, yalnız onun üçün təyəmmüm etdiyi işi icra edə bilər. 



Məsələ 711: Yaxşı olar ki, bir neçə halda insanın təyəmmümlə  qıldığı 

namazları yenidən qılsın: 



1.  Sudan istifadə etməkdən qorxduğu halda bilərəkdən özünü cənabətli 

edib, təyəmmümlə namaz qılmışdırsa. 



2.  Su tapa bilməyəcəyini bildiyi və ya güman etdiyi halda, bilərəkdən 

özünü cənabətli edib, təyəmmümlə namaz qılmışdırsa. 



3. Vaxtın axırına qədər bilərəkdən su axtarmağa getməsə və təyəmmüm-

lə namaz qılıb, sonradan axtardığı təqdirdə su tapa biləcəyini başa düşərsə. 



4.  Bilərəkdən namazı  təxirə salıb, vaxtın axırında təyəmmümlə namaz 

qılmışdırsa. 



5. Su tapa bilməyəcəyini bildiyi və ya güman etdiyi halda, əlindəki suyu 

dağıdıb, təyəmmümlə namaz qılmışdırsa. 



Namazın hökmləri 

Namaz dinin elə əhəmiyyətli əməllərindəndir ki, əgər o, Allah dərgahın-

da qəbul olunsa, şəxsin başqa əməlləri də qəbul olunar. Əgər qəbul olunma-

sa, insanın başqa əməlləri də qəbul olunmaz. Belə ki, əgər insan gecə-gündüz 

ərzində beş  dəfə axar çayda çimərsə, onun bədənində çirk qalmadığı kimi, 

beş vaxtda qılınan namaz da insanı günahdan pak edir. Yaxşı olar ki, insan 

namazı vaxtında qılsın. Namazı yüngül və əhəmiyyətsiz sayan namaz qılma-

yan şəxs kimidir. Peyğəmbər(s) buyurub: “Namaza əhəmiyyət verməyən və 

onu yüngül sayan axirət  əzabına layiqdir.” Bir gün o həzrət(s) məsciddə 

olarkən bir kişi məscidə daxil olub  namaz qılmağa başladı və namazın ruku 

və  səcdələrini kamil şəkildə icra etmədi. Həzrət(s) buyurdu: “Əgər bu kişi 

qıldığı namazla dünyadan köçsə, mənim dinimdən kənar bir şəxs kimi dün-

yadan köçmüş olar.” 

Demək, insan namazını son dərəcə diqqətlə, vüqarla, təvazökarlıqla və 

Allahdan qorxu hissi ilə qılmalıdır. Əgər insan namaz vaxtı buna layiqincə 

diqqət yetirsə, özündən xəbərsiz olar. Necə ki, namaz halında oxu imam 

Əli(ə)-ın mübarək ayağından çıxartdılar və o həzrət(ə) bunu hiss etmədi. 

Habelə namaz qılan tövbə və istiğfar (Allahdan bağışlanma diləmə) etməli, 

həsəd, təkəbbür, qeybət, haram yemək, şərab içmək, xüms və zəkat vermə-

mək kimi namazın qəbuluna mane olan günahlardan və ümumiyyətlə, hər 

bir günahdan özünü saxlamalı və həmçinin namazın savabının azalmasına 

səbəb olan işləri tərk etməlidir. Məsələn, yuxulu və sidiyini (zorla) sax-




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə