Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə39/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   35   36   37   38   39   40   41   42   ...   181

 

94

Məsələ 684: Vacib ehtiyata əsasən, üzərinə  təyəmmüm etdiyi əşyanın 

əldə qalacaq qədər tozu olmalı və ona əlini vurduqdan sonra əlini, onda qa-

lan tozun hamısı töküləcək şəkildə şiddətlə çırpmalıdır. 



Məsələ 685: Çala yerə, yol torpağına, üstünü duz tutmamış  şoran yerə 

təyəmmüm etmək məkruhdur.  Əgər onun üstünü duz tutarsa, təyəmmüm 

batildir. 

Dəstəmaz və qüsl əvəzinə edilən təyəmmümün qaydası 

Məsələ 686:  Dəstəmaz və ya qüsl əvəzinə edilən təyəmmümdə üç şey 

vacibdir: 



1. Əllərin ikisinin içini birlikdə təyəmmüm düzgün olan əşyaya vurmaq, 

ya da qoymaq; vacib ehtiyata əsasən, iki əlin içini birlikdə vurmaqla yerinə 

yetirsin. 

2. Hər iki əlin içini tük bitən yerdən başlayaraq qaşlara və burunun yuxa-

rısına qədər çəkmək; həmçinin vacib ehtiyata əsasən, alının iki tərəfinə  və 

müstəhəb ehtiyata əsasən, əlləri qaşların üstünə də çəksin. 

3. Sol əlin içini tamamilə sağ əlin arxasına çəkmək; vacib ehtiyata əsa-

sən, sağ əllə sol əl arasında tərtibə riayət edilsin. Dəstəmazda deyildiyi kimi

təyəmmümü niyyət və “qürbət” məqsədilə yerinə yetirmək lazımdır. 

Məsələ 687: Müstəhəb ehtiyata əsasən, təyəmmümün istər dəstəmaz 

əvəzinə olsun, istərsə də qüsl əvəzinə, bu tərtiblə yerinə yetirməlidir; bir dəfə 

əlləri yerə vurub, alnına və əllərinin arxasına çəksin. Sonra əlini yenə də yerə 

vursun və əllərinin arxasına çəksin. 



Təyəmmümün hökmləri 

Məsələ 688: İstər bilərəkdən, istərsə  də  məsələni bilmədiyindən və ya 

unutqanlıq üzündən alının və ya əllərin arxasının azacıq bir miqdarı belə 

məsh çəkilməzsə, təyəmmüm batildir. Amma çox diqqət yetirmək də lazım 

deyildir. “Alını və əllərinin arxası tamamilə məsh çəkilmişdir.” – deyilərsə, 

kifayətdir. 

Məsələ 689: Əgər əllərinin arxasına tamamilə məsh çəkdiyinə yəqin et-

məsə, buna əmin olması üçün biləyin üstündən bir miqdarı da məsh çəkməli-

dir. Amma barmaqlarının arasına məsh çəkməsi lazım deyildir. 

Məsələ 690: Alına və əllərin arxasına ehtiyata əsasən, yuxarıdan aşağıya 

doğru məsh çəkməli və təyəmmüm işlərini ardıcıl olaraq icra etməlidir. Əgər 

onların arasında “təyəmmüm edir” – deyilməyəcək qədər fasilə verərsə, tə-

yəmmümü batildir. 



Məsələ 691: Niyyət zamanı  təyəmmümün qüsl əvəzi və ya dəstəmaz 

əvəzi olmasını müəyyən etməsi lazım deyil. Amma iki təyəmmüm etməsi 




 

95

lazım olan yerlərdə, onun hər birini təyin etməlidir. Əgər ona bir təyəmmüm 



vacib olsa və hal-hazırkı vəzifəsinə əməl etmək məqsədilə təyəmmüm etsə, 

onu müəyyən etməkdə səhv etsə belə, təyəmmümü düzgündür. 



Məsələ 692: Təyəmmüm edərkən alının,  əllərin içi və arxasının pak 

olması lazım deyil, lakin yaxşı olar ki, pak olsun. 



Məsələ 693: İnsan əllərinə məsh çəkən zaman üzüyünü barmağından çı-

xarmalıdır. Əgər alnında və ya əllərinin içində və arxasında maneə olsa, mə-

sələn, bir şey onlara yapışmış olsa, onu aradan qaldırmalıdır. 

Məsələ 694: Əgər alnı və ya əllərinin arxası yara olsa və ona bağladığı 

parçanı aça bilməsə, əlini onun üstünə çəkməlidir. Habelə, əgər əlin içi yara-

dırsa və ona bağladığı parça və ya bu kimi şeyi aça bilməsə, əli həmin parça 

ilə təyəmmümü düzgün olan əşyaya vurmalı, sonra alnına və əllərinin üstünə 

çəkməlidir. Amma onun bir hissəsi açıq olsa, həmin miqdarı yerə vurub, elə 

onunla məsh çəkməsi kifayətdir. 



Məsələ 695: Əgər alın və əlin arxası adi qaydada tüklü olsa, eybi yox-

dur. Amma əgər başın tükü alının üzərinə düşərsə, onu yan tərəfə atmalıdır. 



Məsələ 696: Əgər insan alnında, əllərinin içində və ya arxasında bir ma-

neə olduğuna ehtimal versə  və onun bu ehtimalı camaatın nəzərində doğru 

bir ehtimal olsa, maneə olmadığına əmin olana qədər araşdırmalıdır. 

Məsələ 697: Əgər vəzifəsi təyəmmüm olduğu halda, təklikdə  təyəmmüm 

edə bilməsə, başqasından kömək istəməlidir. Bu zaman köməkçi onun əllərini 

təyəmmümün düzgün olduğu bir əşyaya vurub, onun alnına və əllərinin üstünə 

qoymalıdır ki, imkan daxilində onun özü hər iki əlinin içini alnına və əllərinin 

arxasına çəksin. Əgər bu mümkün deyilsə, köməkçi (naib) onun öz əli ilə ona 

təyəmmüm etməlidir.  Əgər bu da mümkün deyilsə, köməkçi öz əlini 

təyəmmümün düzgün olduğu  əşyaya vurub, onun alnına və  əllərinin arxasına 

çəkməlidir. Bu iki təqdirdə, vacib ehtiyata əsasən, hər ikisi təyəmmüm niyyəti 

etməlidir. Amma birinci surətdə kömək istəyənin öz niyyəti kifayətdir. 

Məsələ 698: Təyəmmüm əsnasında təyəmmümün bir hissəsini unudub-

unutmadığına şəkk etsə, onun məhəlli keçmişdirsə, şəkkinə etina etməməli-

dir. Əgər məhəlli keçməmişdirsə, həmin hissəni yerinə yetirməlidir. 

Məsələ 699: Sol əlinə məsh çəkdikdən sonra təyəmmümü düzgün edib-

etmədiyinə şəkk edərsə, təyəmmümü düzgündür. Amma əgər sol əlinin məs-

hinə şəkk etsə, onun üzərinə məsh çəkməlidir. Əgər camaatın nəzərində artıq 

təyəmmümdən çıxmış hesab olunarsa, məsələn, təharətli (pak) olmağın şərt 

olduğu bir əməllə başlamışdırsa yaxud ardıcıllıq pozulmuş olarsa, ona məsh 

çəkməsi lazım deyil. 



Məsələ 700: Vəzifəsi təyəmmüm olan şəxs vaxtın axırına qədər üzrünün 

qalacağını bilsə yaxud onun aradan getməsindən ümidsiz olsa, geniş vaxtda 

təyəmmümlə namaz qıla bilər. Amma vaxtın sonuna qədər üzrünün aradan 

gedəcəyini bilsə, gözləyib dəstəmaz və ya qüsl ilə namaz qılmalıdır. Hətta 

vaxtın sonuna qədər üzrünün aradan getməsindən ümidini üzməmişdirsə



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə