Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə47/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   43   44   45   46   47   48   49   50   ...   181

 

113


rında olsa, namazı batildir. Əgər quru olsa və onun özü aradan getsə, namazı 

düzgündür. 



Məsələ 809: Əgər bir şəxsin ağız suyu, təri və ya tükü namaz qılanın bə-

dənində və ya paltarında olsa, eybi yoxdur. Həmçinin namaz qılanın üzərin-

də mirvari, mum və bal olsa da, həmin hökmü daşıyır. 

Məsələ 810: Əgər bir şəxs paltarının  əti halal və ya haram heyvandan 

hazırlandığına şəkk etsə, istər müsəlman ölkəsində, istərsə də kafir ölkəsində 

hazırlanmış olsun, onunla namaz qılması caizdir. 

Məsələ 811: Sədəfin,  əti haram heyvanın üzvlərindən hazırlandığı  mə-

lum olmadığından insanın onunla namaz qılması caizdir. 



Məsələ 812: Namazda sincab dərisi geyinməyin eybi yoxdur. Amma 

müstəhəb ehtiyata görə, onun dərisi ilə namaz qılınmasın. 



Məsələ 813: Əgər əti haram heyvandan olduğunu bilmədiyi və ya unut-

duğu bir paltarla namaz qılarsa, namazı düzgündür. 

 

Beşinci şərt 

Məsələ 814: Kişiyə qızıldan toxunmuş paltar geyinmək haram və onunla 

namaz qılmaq batildir. Amma qadına namazda və başqa vaxtlarda onu ge-

yinməyin eybi yoxdur. 

Məsələ 815: Sinəyə qızıl zəncir, barmağa qızıl üzük taxmaq, qola qızıl 

qolbaq saat bağlamaq kişiyə haram və onunla namaz qılmaq batildir. Amma 

qadına namazda və başqa vaxtlarda onu geyinməyin eybi yoxdur. 

Məsələ 816: Əgər bir kişi üzük və ya paltarının qızıldan olduğunu bil-

məsə və ya unutsa ya da qızıldan olub-olmadığına şəkk etsə və onunla namaz 

qılsa, namazı düzgündür. 

 

Altıncı şərt 



Məsələ 817: Namaz qılan kişinin təklikdə ayıb yerini örtə bilən paltarı 

xalis ipəkdən olmamalıdır. Namazdan başqa vaxtlarda da kişilərə onu 

geyinmək haramdır. 

Məsələ 818: Əgər paltarın astarı tamamilə və ya bir hissəsi xalis ipəkdən 

olsa, kişiyə onu geyinmək haram və onunla qıldığı namaz batildir. 



Məsələ 819: Kişinin xalis ipəkdən və ya başqa bir şeydən hazırlandığını 

bilmədiyi bir paltarı geyinməsi caizdir. Onunla namaz qılmağın da eybi yoxdur. 



Məsələ 820: Əgər kişinin cibində ipək dəsmal və ya buna oxşar bir şey 

olsa, eybi yoxdur və namazı batil etmir. 



Məsələ 821: Qadına namaz və ya başqa vaxtda xalis ipək geyinməyin 

eybi yoxdur. 



Məsələ 822: Çarəsizlik halında xalis ipək və ya qızıldan hazırlanmış pal-

tarı geyinməyin eybi yoxdur. Həmçinin paltar geyinməkdə çarəsiz qalan bir 

şəxsin bundan başqa bir paltarı yoxdursa, bu paltarla namaz qıla bilər. 



 

114


Məsələ 823: Əgər qəsbi ya xalis ipək və ya qızıldan toxunmuş paltardan 

başqa bir paltarı yoxdursa və paltar geyinməyə zərurət duymursa, çılpaqlara 

aid göstərişlə namaz qılmalıdır. 

Məsələ 824: Yırtıcı heyvanın dərisindən hazırlanmış paltardan başqa bir 

paltarı olmayan şəxs paltar geyinmək məcburiyyətindədirsə, vaxtın axırına 

qədər məcburiyyət öz halında qalarsa, həmin paltarla namaz qıla bilər. Am-

ma paltar geyinmək məcburiyyətində deyilsə, çılpaqlar üçün qeyd edilən 

göstərişlə namaz qılmalıdır. Həmçinin yırtıcı olmayan, amma əti haram hey-

vandan hazırlanmış paltardan başqa bir paltarı olmayan şəxs paltar geyinmək 

məcburiyyətində deyilsə, vacib ehtiyata əsasən, iki dəfə – bir dəfə həmin pal-

tarla, bir dəfə də çılpaqlar üçün qeyd edilən göstərişlə – namaz qılmalıdır. 



Məsələ 825: Namazda ayıb yerini örtmək üçün bir şeyi olmayan şəxs ki-

rayə etməklə və ya satın almaqla olsa belə, onu hazırlaması vacibdir. Amma 

onu hazırlamaq sahib olduğu mal-dövləti ilə müqayisədə çox pul tələb edərsə 

və ya pulu paltar üçün xərcləməsi onun halına zərər verəcəkdirsə, çılpaqlar 

üçün qeyd edilən göstərişlə namaz qıla bilər. 

Məsələ 826: Paltarı olmayan şəxsə başqası paltar bağışlayarsa və ya 

“ariyə”


1

 verərsə və bunu qəbul etmək onun üçün çətin deyilsə, qəbul etməli-

dir. Hətta ariyə və ya hədiyyəni tələb etmək ona çox da çətin deyilsə, paltarı 

olan şəxsdən ariyə və ya hədiyyəni istəməlidir. 



Məsələ 827: Parçası, rəngi və ya modeli ona uyğun olmayan bir paltarı ge-

yinmək onun hörmətsizliyinə və xarlığına səbəb olarsa, haramdır. Amma həmin 

paltarla namaz qılarsa, örtüyü təkcə həmin paltar olsa belə, namazı düzgündür. 

Məsələ 828: Kişinin qadın və qadının da kişi paltarı geyinməsi haram 

deyil, onunla namaz qılmaq da batil olmaz. Amma vacib ehtiyata əsasən, ki-

şinin özünü qadın formasına, qadının da özünü kişi formasına salması caiz 

deyildir. 



Məsələ 829: Uzanmış halda namaz qılmalı olan şəxsin yorğan və ya 

yorğan üzünün namaz qılanın paltarının şərtlərinə malik olması lazım deyil. 

Amma onu “geyinmişdir”

 –

 deyilərsə, məsələn, ona büründüyü halda onunla 



namaz qılmaq caiz deyildir. 

Namaz qılanın bədən və paltarının pak olmasının  

lazım olmadığı hallar 

Məsələ 830: Aşağıda izah olunacaq üç halda namaz qılanın bədən və ya 

paltarı nəcis olarsa, namazı düzgündür: 



1. Bədənində olan yara, zədə və ya çiban vasitəsilə paltarına və ya bədə-

ninə qan bulaşarsa. 

                                                             

1

 Ariyə – əvəzsiz olaraq başqasının istifadəsinə verilən mal. 




 

115


2. Bədən və ya paltarı bir dirhəmdən az qana bulaşmış olarsa; vacib ehti-

yata görə, dirhəm şəhadət barmağının bəndi qədər olmalıdır. 



3. Nəcis bədən və ya paltarla namaz qılmağa məcburdursa. 

Həmçinin bir halda əgər namaz qılanın paltarı  nəcis olsa, namazı düz-

gündür. Bu isə namaz qılanın corab və araqçın kimi kiçik paltarının nəcis ol-

duğu haldır. Bunlara aid hökmlər aşağıda geniş olunacaqdır. 



Məsələ 831: Namaz qılanın bədəni və paltarında yara, zədə və ya çiban 

qanı olarsa, həmin yara zədə və ya çiban sağalana qədər həmin qanla namaz 

qıla bilər. Həmçinin əgər qanla çirk gəlsə və ya yara üzərinə qoyulan dərman 

nəcis olarsa və nəcis onun paltar və ya bədənində olsa da hökm eynidir. 



Məsələ 832: Əgər tez yaxşılaşan və yuyulması asan olan bir kəsik və ya 

yaraya aid qan namaz qılanın bədən və ya paltarında olsa, dirhəm miqda-

rında da ya ondan çox olsa, namazı batildir. 

Məsələ 833: Əgər bədəninin və ya paltarının yara ilə fasiləsi olan bir 

yeri yaranın rütubəti ilə  nəcis olsa, onunla namaz qılmaq caiz deyildir. 

Amma yaranın ətrafındakı bədən və ya paltarı onun rütubəti ilə nəcis olarsa, 

onunla namaz qılmağın eybi yoxdur. 



Məsələ 834: Əgər babasil yarasından və ya ağız, burun və bu kimi üz-

vün içində olan yaradan gələn qan bir kəsin bədən və ya paltarında olsa, 

onunla namaz qıla bilər. Gözü çöldə olan babasillə, gözü daxildə olan baba-

silin arasında heç bir fərq yoxdur. 



Məsələ 835: Bədənində yara olan bir şəxs bədən və ya paltarında dir-

həmdən çox miqdarda qan görsə və onun yara qanı, yoxsa başqa bir qan ol-

duğunu bilmirsə, vacib ehtiyata əsasən, onunla namaz qılmamalıdır. 

Məsələ 836: Əgər bədənində bir neçə yara olarsa və bu yaralar bir yara 

sayılacaq həddə yaxındırsa, bütün yaralar sağalanadək həmin halda namaz 

qılmağın eybi yoxdur. Amma hər biri ayrı bir yara sayılacaq qədər bir-birilə-

rindən aralıdırsa, hər yara sağaldıqca, namaz üçün bədən və paltardan həmin 

yaranın qanını yuyaraq suya çəkilməlidir. 

Məsələ 837: Əgər iynə ucu qədər heyz qanı namaz qılanın bədən və ya 

paltarında olarsa, namazı batildir. Vacib ehtiyata əsasən, donuz kimi nəcisin 

özü olan heyvanın, leş və əti haram olan heyvanın qanı, nifas və istihazə qanı 

da eyni hökmü daşıyır. Amma insan qanı  və ya əti halal olan heyvan qanı 

kimi digər qanlar bədənin bir neçə yerində olsa belə, üst-üstə dirhəm miqda-

rından az olarsa, onunla namaz qılmağın eybi yoxdur. 



Məsələ 838: Astarsız paltara tökülüb arxasından çıxan qan bir qan hesab 

edilir; hər hansı  tərəfin sahəsi çox olsa, onu hesab etmək lazımdır. Amma 

onun arxasına ayrıca bir qan dəymiş olsa, hər birini ayrı hesab etmək lazım-

dır. Demək, paltarın üzü və arxasındakı qan üst-üstə bir dirhəmdən az olsa

onunla namaz qılmaq düzgündür, əgər dirhəm qədər ya ondan çox olsa, ba-

tildir. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə