Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə55/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   51   52   53   54   55   56   57   58   ...   181

 

134


Məsələ 983: Əgər insan öyrəndiyi sözün düzgün olduğunu bilsə və na-

mazda elə oxusa və sonra səhv olduğunu başa düşsə, namazı təkrar qılmaq 

lazım deyildir. 

Məsələ 984: Əgər bir sözün “kəsrə” və “fəthə”sini bilməsə və yaxud bir 

sözün hansı “h” (ه) və ya (ح) ilə olduğunu bilməsə, öz vəzifəsinə əməl etmək 

üçün bir yol tapmalıdır. Məsələn, öyrənsin, yaxud namazı camaatla qılsın və 

yaxud həmin sözü iki dəfə və ya iki dəfədən çox oxusun ki, onu artıq düzgün 

oxuduğuna əmin olsun. Amma burada onun namazı o zaman düzgündür ki, 

səhv cümlə Qurani–Kərim və zikrdən hesab olunsun. 



Məsələ 985: Təcvid alimlərinin rəyinə əsasən, əgər bir sözdə (و) “vav” 

hərfi varsa və həmin sözdə “vav” hərfindən əvvəlki hərfin “hərəkə”si “zəm-

mə”, “vav” hərfindən sonrakı  hərf isə  (ءوس) “su” sözündə olduğu kimi (ء) 

“həmzə”dirsə, “vav” hərfinə “mədd” verilməlidir, yəni, “vav” hərfi uzadıl-

malıdır. Həmçinin əgər bir sözdə (ا)  “əlif” hərfi olsa və həmin sözdə “əlif”-

dən  əvvəlki hərəkə “fəthə”, sonrakı  hərf isə  (ء) “həmzə”dirsə, (ءاج) “caə” 

sözündə olduğu kimi, “əlif” uzadılmalıdır, habelə  əgər bir sözdə  (ي) “yə” 

hərfi olsa və ondan əvvəlki hərfin hərəkəsi “kəsrə”, sonrakı  hərf isə  (ء) 

“həmzə” olsa, (ءيج) “ciə” sözündə olduğu kimi, “yə” mədd ilə, yəni, uzada-

raq oxunmalıdır.  Əgər “vav”, “əlif” və “yə” həriflərindən sonra “həmzə” 

hərfinin  əvəzinə “sakin”, yəni, “fəthə”, “kəsrə” və “zəmmə”si olmayan bir 

hərf olsa, yenə də bu üç hərfi mədd ilə oxumaq lazımdır. Lakin zahirən belə 

yerlərdə sözün qiraətinin düzgünlüyü onu mədd ilə oxumağa bağlı deyildir. 

Başqa sözlə, belə yerlərdə yuxarıda izah olunan qaydaya əməl olunmasa da, 

namaz düzgündür. Amma “vələddallin” – ibarəsindəki kimi yerlərdə “təş-

did” və “əlif”i birlikdə oxumaq azacıq mədd ilə oxumağa bağlı olduğu üçün 

həmin miqdarda “əlif”i mədd ilə oxumaq lazımdır. 

Məsələ 986: Müstəhəb ehtiyata əsasən, namazda “hərəkə”də dayanmasın 

(“vəqf” etməsin) və “sukun”-u birləşdirməsin (“vəsl” etməsin). Bir sözün 

sonundakı “fəthə”, “kəsrə” və “zəmmə”ni söyləyib, həmin sözlə sonrakı söz 

arasında fasilə verməyə “hərəkədə dayanmaq” – deyilir. Məsələn,  “ər-Rəh-



manir-Rəhim” ibarəsini oxuyarkən  “ər-Rəhim”in “mim” hərfini “kəsrə” ilə 

oxuyub, azacıq fasilə verdikdən sonra “Maliki yəumiddin” ibarəsini desin (bu, 

düzgün deyildir). “Sukunu birləşdirmək” isə “fəthə”, “kəsrə” və ya “zəmmə”ni 

demədən onu sonrakı sözə birləşdirməyə deyilir. Məsələn,  “ər-Rəhmanir-



Rəhim” ibarəsini oxuyarkən “ər-Rəhim”-in “mim” hərfinə “kəsrə” verməmiş 

dərhal “Maliki yəumiddin” ibarəsini desin (bu da düzgün deyildir). 



Məsələ 987: Namazın üçüncü və dördüncü rükətində ya təkcə bir “Fatihə”-

ni, ya da bir dəfə “Təsbihati-ərbəə”ni oxuya bilər, yəni, bir dəfə desin: 



“Subhanəllahi vəl-həmdulillahi və la ilahə illəllahu, vəllahu əkbər.”  

Yaxşı olar ki, bunu üç dəfə desin. Bir rükətdə “Fatihə”ni, o biri rükətdə 

isə “Təsbihati-ərbəə”ni oxuya bilər. Lakin yaxşı olar ki, hər iki rükətdə “Təs-

bihati-ərbəə”ni oxusun. 




 

135


Məsələ 988: Vaxt dar olduqda “Təsbihati-ərbəə”ni bir dəfə oxumaq la-

zımdır. Hətta ona yetəcək qədər vaxtı olmazsa, bir dəfə  “Subhanəllah” – 

demək də kifayətdir. 

Məsələ 989: Kişi və qadına eytiyata əsasən, üçüncü və dördüncü rükətdə 

“Fatihə”ni yaxud “Təsbihati-ərbəə”ni astadan oxumaq vacibdir. 



Məsələ 990: Əgər namazın üçüncü və dördüncü rükətində “Fatihə”ni 

oxusa, onun “Bismillah”ını astadan oxuması vacib deyildir. Amma camaat 

namazında məmum (imama iqtida edən camaat) vacib ehtiyata əsasən, “Bis-

millah”ı astadan oxusun. 

Məsələ 991: “Təsbihati-ərbəə”ni öyrənə bilməyən yaxud düzgün deyə 

bilməyən şəxs üçüncü və dördüncü rükətində “Fatihə”ni oxumalıdır. 



Məsələ 992: Əgər namazın ilk iki rükətində son iki rükət olması gümanı 

ilə “Təsbihati-ərbəə”ni oxusa, rukuya getməzdən əvvəl başa düşdüyü təqdir-

də, “Fatihə”ni və “surə”ni oxumalıdır. Amma rukuda və ya rukudan sonra 

başa düşsə, namazı düzgündür. 



Məsələ 993: Əgər namazın son iki rükətində namazın ilk iki rükəti oldu-

ğu gümanı ilə “Fatihə”ni oxusa, və yaxud ilk iki rükətində namazın son iki 

rükəti olduğunu güman etdiyi halda “Fatihə”ni oxusa, istər rukudan əvvəl 

başa düşsün, istərsə də sonra, namazı düzgündür. 



Məsələ 994: Əgər üçüncü və dördüncü rükətdə “Fatihə”ni oxumaq istədik-

də, dilinə “Təsbihati-ərbəə” gəlsə yaxud “Təsbihati-ərbəə”ni oxumaq istədikdə, 

dilinə “Fatihə” gəlsə, bu zaman ümumiyyətlə, namaz məqsədindən xali olsa, 

hətta qəlbində belə, onu tərk edib ikinci dəfə “Fatihə” və ya “Təsbihati-ərbəə”-

ni oxumalıdır. Amma məqsəddən xali deyilsə, məsələn, adəti üzrə dilinə gəlmiş 

bir şeyi oxusa, onu tamam edə bilər və namazı düzgündür. 



Məsələ 995: Üçüncü və dördüncü rükətdə adəti “Təsbihati-ərbəə”ni oxu-

maq olan şəxs öz adətini unudub, əda niyyəti ilə “Fatihə” oxumaq vəzifəsi 

ilə  məşğul olsa, kifayət edər. Yenidən “Fatihə” və ya “Təsbihati-ərbəə”ni 

oxuması lazım deyildir. 



Məsələ 996: Üçüncü və dördüncü rükətdə “Təsbihati-ərbəə”dən sonra, 

məsələn,  “Əstəğfirullahə  Rəbbi və  ətubu ileyhi” və yaxud “Allahum-



məğfir li” deyərək tövbə etməsi müstəhəbdir. Əgər namaz qılan şəxs tövbə 

edib rukuya əyilməzdən  əvvəl “Fatihə” və ya “Təsbihati-ərbəə”ni oxuyub-

oxumadığını  şəkk etsə, “Fatihə” və yaxud “Təsbihati-ərbəə”ni oxumalıdır. 

Əgər “İstiğfar” – deyən zaman yaxud onda şəkk etsə, yenə də vacib ehtiyata 

əsasən, “Fatihə” yaxud “Təsbihati-ərbəə”ni oxumalıdır. 

Məsələ 997: Əgər üçüncü və dördüncü rükətin rukusunda və yaxud ru-

kuya əyilən halda, “Fatihə” və ya “Təsbihati-ərbəə”ni oxuyub-oxumadığına 

şəkk etsə, şəkkinə etina etməməlidir. 

Məsələ 998: Əgər bir ayə və yaxud sözü düzgün oxuyub-oxumadığına 

şəkk etsə, məsələn,  “Qul huvəllahu  əhəd.”  ibarəsini düzgün oxuyub-oxu-

madığına  şəkk etsə,  şəkkə etina etməyə bilər.  Əgər ehtiyata əsasən, həmin 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə