Microsoft Word risale1-22. 01. 2013. doc


Məsələ 901: “Əşhədu  ənnə  Əliyyən vəliyullah”



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə51/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   47   48   49   50   51   52   53   54   ...   181

 

124


Məsələ 901: “Əşhədu  ənnə  Əliyyən vəliyullah”  azan və iqamənin 

tərkib hissəsi deyildir. Amma “Əşhədu  ənnə Muhəmmədən rəsulullah”-

dan sonra “qürbət” məqsədi ilə demək yaxşıdır. 

Azan və iqamənin tərcüməsi 

Allahu əkbər: Allah-taala vəsf olunmaqdan daha böyükdür. 

Əşhədu əlla ilahə illəllah: Şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. 

Əşhədu  ənnə Muhəmmədən rəsulullah:  Şəhadət verirəm ki, Məhəm-

məd (s) Allahın elçisidir. 



Əşhədu ənnə Əliyyən əmirul-mu-mininə vəliyullah: Şəhadət verirəm ki, 

Əli(ə) möminlərin əmiri, Allahın (məxluqlar üzərində rəhbəridir) vəlisidir. 



Həyyə ələs-səlat: Namaza tələsin! 

Həyyə ələl-fəlah: Nicat yoluna tələsin! 

Həyyə əla xeyril-əməl: Bütün işlərin ən yaxşısına (namaza) tələsin! 

Qəd qamətis-səlat: Artıq namaz başlandı. 

La ilahə illəllah: Allahdan başqa tanrı yoxdur. 

Məsələ 902: Azan və iqamənin cümlələri arasında çox fasilə verilməmə-

lidir.  Əgər onların arasında adi qaydadan çox fasilə verilərsə, onu yenidən 

demək lazımdır. 

Məsələ 903: Azan və iqamə deyərkən səsi boğaza salmaq “ğina” (mah-

nı) halını alarsa, yəni, azan və iqaməni oyun və əyləncə məclislərində mahnı 

oxuyanlar kimi oxuyarsa, haramdır. Amma “ğina” olmasa, məkruhdur. 

Məsələ 904: Əgər namaz qılan şəxs hər bir yerdə müştərək vaxtı olan iki 

namazını ardıcıl qılsa, birinci namaz üçün azan demişdirsə, sonrakı namaz 

üçün azan saqitdir; istər iki namazı bir yerdə qılmaq yaxşı olmasın, istərsə də 

Zil-hiccə ayının 9-cu günü – “Ərəfə” günü “Ərəfat” çölündə olmasa da, zöhr 

namazının fəzilət vaxtında qıldığı zöhr ilə əsr namazlarını bir yerdə qılmaq 

kimi və yaxud “Məşərul-həram”da olan şəxsin “Qurban” bayramının axşamı 

xiftən namazının fəzilət vaxtında şam və xiftən namazlarını birgə qıldığı ki-

mi yaxşı (fəzilətli) olsun. Bu yerlərdə azanın saqit olması iki namaz arasında 

çox fasilə olmamaqla şərtlənir. Amma nafilə namazı və namazdan sonra icra 

edilən müstəhəb əməllərin fasilə olması zərər verməz. Vacib ehtiyata əsasən, 

bu iki yerdə azanı şəriətin göstərişi məqsədilə deməsin, hətta bu iki yerdə – 

“Ərəfə” günü və “Məşərul-həram”da qeyd edilən  şərtlər  əsasında  şəriətin 

göstərişi məqsədilə azan demək, ehtiyata ziddir. 

Məsələ 905: Camaat namazı üçün azan və iqamə deyilibsə, camaatla na-

maz qılan şəxs öz namazı üçün azan və iqamə deməməlidir. 



Məsələ 906: Əgər namaz qılmaq məqsədi ilə məscidə gedərsə və camaat 

namazının qurtardığını görərsə, cərgələr pozulmadığı və camaat dağılmadığı 

vaxta qədər öz namazı üçün azan və iqamə deməyə bilər. Yəni, onları demək 



 

125


artıq təkidli müstəhəb deyildir. Hətta azan demək istəsə də yaxşı olar ki, çox 

astadan desin. Yenidən camaat namazı təşkil etmək istəsə də, azan və iqamə 

deməməlidir. 

Məsələ 907: Ötən məsələdə qeyd edilən hallardan başqa altı şərtlə azan 

və iqamə deyilmir: 



1. Camaat namazı məsciddə olarsa; əgər məsciddə olmasa, azan və iqa-

mə deyilməyə bilər. 



2. Həmin namaz üçün azan və iqamə deyilərsə. 

3. Camaat namazı batil olmazsa. 

4. Onun qılmaq istədiyi namazla camaat namazı bir məkanda olarsa; de-

məli, əgər camaat namazı məscidin içində olsa və o, məscidin damında na-

maz qılmaq istəsə, azan və iqamə deməsi müstəhəbdir. 

5.  Camaat namazı  əda  şəkildə  qılınarsa; amma o fərdi  şəkildə  qılırsa, 

onun namazının da əda olması şərt deyildir. 



6. Onun namazı ilə camaat namazının vaxtı müştərək olarsa; məsələn, 

hər ikisi zöhr yaxud əsr namazı qılarsa yaxud camaatla qılınan namaz zöhr 

və onun namazı isə əsr olarsa və yaxud onun namazı zöhr, camaatla qılınan 

namaz isə  əsr olarsa. Amma camaat namazı son vaxtda qılınan  əsr namazı 

olsa, o isə ondan sonra şam namazını əda olaraq qılmaq istəsə, azan və iqa-

mə öhdəsindən götürülməz. 



Məsələ 908:  Əgər ötən məsələdə qeyd edilən  şərtlərdən üçüncüsündə, 

yəni, camaat namazının düzgün olub-olmadığına şəkk edərsə, azan və iqamə 

demək öhdəsindən götürülər. Amma yerdə qalan beş  şərtin birində  şəkk 

edərsə, yaxşı olar ki, azan və iqaməni desin. Amma şəkki camaatda olarsa, 

“rəca” niyyəti ilə deməlidir. 

 Məsələ 909: Başqasının elan məqsədilə və yaxud camaat namazı üçün 

söylədiyi azanı eşidən şəxsin eşitdiyi hər hissəni astadan təkrar etməsi müs-

təhəbdir. 



Məsələ 910: Başqasının azan və iqaməsini eşidən şəxs istər onunla birgə 

söyləsin, istərsə  də söyləməsin, o azan və iqamə ilə  qılmaq istədiyi namaz 

arasında çox fasilə olmamışsa, eşitdiyi andan namaz qılmaq niyyəti olmuşsa, 

onun azan və iqaməsi ilə kifayətlənə bilər. Amma bu hökm, yalnız imamın 

eşitdiyi yaxud təkcə məmumların eşitdiyi camaat barəsində, mübahisəlidir. 

Məsələ 911: Kişi qadının azanını ləzzət məqsədi ilə dinləsə, azan onun 

öhdəsindən götürülməz, hətta qadının azanını  eşitməklə azanın onun öhdə-

sindən götürülməsi mütləq şəkildə mübahisəlidir. 

Məsələ 912: Camaat namazının azan və iqaməsini kişi deməlidir, amma 

qadınların camaat namazında qadın azan və iqamə desə, kifayətdir. Kişiləri 

qadınlara məhrəm olan camaat namazında qadının azan və iqaməsi ilə kifa-

yətlənmək mübahisəlidir. 




 

126


Məsələ 913: İqamə azandan sonra deyilməlidir. Həmçinin iqaməni ayaq 

üstə və “hədəs”dən pak (dəstəmazlı, qüsllü və ya təyəmmümlü) olduğu halda 

deməsi şərtdir. 

Məsələ 914: Əgər azan və iqamənin sözlərini tərtiblə söyləməsə, məsə-

lən, “həyyə ələl-fəlah” ibarəsini “həyyə ələs-səlat” ibarəsindən əvvəl söyləsə

tərtibi pozduğu yerdən təkrar söyləməlidir. 

Məsələ 915: Azanla iqamə arasında fasilə verməməlidir; əgər azanla iqa-

mə arasında oxunan azanın bu iqaməyə aid olmayacağı  qədər fasilə versə, 

azanı batildir. Həmçinin azan və iqamə ilə namaz arasında söylənilən azan 

və iqamənin həmin namaza aid olmayacağı qədər fasilə versə, həmin azan və 

iqamə batildir. 

Məsələ 916: Azan və iqamə ərəb dilində düzgün deyilməlidir; əgər ərəb 

dilində  səhv oxunsa yaxud bir hərfin  əvəzinə ayrı bir hərf desə ya da onu 

başqa dildə, məsələn, azərbaycan dilində söyləsə, düzgün deyildir. 

Məsələ 917: Azan və iqamə namaz vaxtı daxil olandan sonra deyilməli-

dir; əgər bilərəkdən və ya unutqanlıq üzündən vaxtından əvvəl desə, batildir. 

Lakin 727-ci məsələdə izah olunduğu kimi, əgər namaz əsnasında vaxt daxil 

olarsa, həmin namazın düzgünlüyünə hökm edilir (və ondan öncə deyilən 

azan və iqamə də düzgündür). 

Məsələ 918: İqaməyə başlamamışdan öncə azan deyib-demədiyinə şəkk 

etsə, azan desin. Amma iqaməyə başladıqdan sonra azan deyib-demədiyinə 

şəkk etsə, azan deməsi lazım deyildir. 

Məsələ 919: Azan və iqamə əsnasında bir hissəni deməyə başlamamış-

dan əvvəl ondan öncəki cümləni deyib-demədiyinə şəkk edərsə, şəkk etdiyi 

cümləni deməlidir. Amma azan və iqamənin bir hissəsini deyərkən ondan 

öncəki cümləni deyib-demədiyinə şəkk edərsə, onu deməsi lazım deyildir. 



Məsələ 920: Müstəhəbdir ki, insan azan deyərkən üzü qibləyə, dəstə-

mazlı  və yaxud qüslünü vermiş olsun, əllərini qulaqlarına qoysun, səsini 

ucaldıb uzatsın, azanın ibarələri arasında azacıq fasilə versin və onların ara-

sında danışmasın. 



Məsələ 921: Müstəhəbdir ki, insan iqamə deyərkən bədənini aram saxla-

sın, iqaməni azandan asta desin və ibarələrini bir-birinə yapışdırmasın. An-

caq iqamənin ibarələri arasında azanın ibarələri arasında verdiyi fasilə qədər 

fasilə verməsin. 



Məsələ 922: Azan və iqamə arasında bir addım atmaq, bir az oturmaq, 

səcdə etmək, zikr demək, dua etmək, bir az sakit dayanmaq, danışmaq və 

yaxud iki rükət namaz qılmaq müstəhəbdir. Amma sübh namazının azan və 

iqaməsi arasında danışmaq müstəhəb deyildir. 



Məsələ 923: Azan demək üçün təyin edilən şəxsin ədalətli, vaxtı bilən, 

gur səsli olması və azanı yüksək bir yerdə duraraq oxuması müstəhəbdir. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə