Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə54/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   50   51   52   53   54   55   56   57   ...   181

 

132


ni yaxud yalnız “surə”ni və ya yalnız “Fatihə”ni oxumadığını başa düşsə, 

ayağa qalxıb həmin göstərişə əməl etməlidir. 



Məsələ 964: Əgər vacib namazda 353-cü məsələdə deyilən və vacib səc-

dəsi olan dörd surədən birini bilərəkdən oxusa, səcdə ayəsini oxuduqdan 

sonra səcdə etməsi vacibdir. Amma səcdəni etsə, ehtiyata əsasən, namazı ba-

til olur və onu yenidən qılmalıdır. Lakin səhvən səcdə etsə, namazı batil ol-

maz. Əgər səcdəni etməsə, günah etmiş olsa da, namazını davam etdirə bilər. 

Məsələ 966: Əgər vacib səcdəsi olan bir surə oxusa, istər səhvən oxu-

sun, istərsə də bilərəkdən, səcdə ayəsinə çatmamışdan əvvəl başa düşsə, hə-

min surəni tərk edib, başqa surə oxumalıdır. Əgər səcdə ayəsini oxuyandan 

sonra başa düşsə, ötən məsələdə deyildiyi kimi əməl etməlidir. 



Məsələ 967: Əgər namaz əsnasında səcdə ayəsini dinləsə, namazı düz-

gündür. Amma vacib namazda olsa, vacib ehtiyata əsasən, səcdəyə işarə et-

məli və namazdan sonra səcdəni yerinə yetirməlidir. 

Məsələ 968: Müstəhəb namazda, hətta nəzir vasitəsilə vacib olsa belə, 

“surə” oxumaq lazım deyildir. Amma “vəhşət” namazı kimi, özünəməxsus 

surəsi olan bəzi müstəhəb namazlarda həmin namazın göstərişinə  əməl et-

mək istəsə, həmin surəni oxumalıdır. 



Məsələ 969: Cümə namazının və cümə günü sübh, zöhr və əsr namazı-

nın və cümə axşamı günü xiftən namazının birinci rükətində “Fatihə”dən 

sonra “Cümə” surəsini, ikinci rükətində də “Fatihə”dən sonra “Munafiqun” 

surəsini oxumaq müstəhəbdir. Əgər cümə gününün namazlarında bunlardan 

birini oxumağa başlasa, vacib ehtiyata əsasən, onu tərk edib başqa surə 

oxuya bilməz. 



Məsələ 970: Əgər “Fatihə”dən sonra “İxlas” və yaxud “Kafirun” surəsi-

ni oxumağa başlasa, onu yarımçıq qoyub başqa surə oxuya bilməz. Amma 

cümə namazında yaxud cümə gününün namazlarında unutqanlıqdan “Cümə” 

və ya “Munafiqun” surəsinin yerinə bu iki surədən birini oxusa, onu tərk 

edib “Cümə” və yaxud “Munafiqun” surəsini oxuya bilər. Vacib ehtiyata 

əsasən, yarıya çatdıqdan sonra tərk etməsin. 



Məsələ 971: Əgər cümə namazında yaxud cümə gününün namazlarında 

“İxlas” və yaxud “Kafirun” surəsini oxusa, yarıya çatmasa da, vacib ehtiyata 

əsasən, onları tərk edib “Cümə” yaxud “Munafiqun” surəsini oxuya bilməz. 

Məsələ 972: Əgər namazda “İxlas” yaxud “Kafirun” surəsindən başqa 

digər surəni oxusa nə qədər ki, yarıya çatmayıb onu tərk edərək başqa surə 

oxuya bilər. Yarıya çatandan sonra ehtiyata əsasən, onu tərk edib başqa surə 

oxuması mütləq şəkildə caiz deyildir. 



Məsələ 973: Əgər oxuduğu surənin bir miqdarını unutsa yaxud vaxtın 

darlığı yaxud başqa bir səbəbdən başladığı surəni bitirmək mümkün olmazsa, 

həmin surənin yarısına çatsa da yaxud oxuduğu surə “İxlas” və ya “Kafirun” 

surəsi olsa da, onu tərk edib başqa bir surə oxuya bilər. Unutduğu təqdirdə 

isə, oxuduğu miqdarla kifayətlənə bilər. 



 

133


Məsələ 974: Ehtiyata əsasən, kişinin sübh, şam və xiftən namazlarında 

“Fatihə” və “surə”ni ucadan oxuması, zöhr və əsr namazlarında isə, həm kişi, 

həm də qadının “Fatihə” və “surə”ni astadan oxuması vacibdir. 

Məsələ 975: Vacib ehtiyata əsasən, kişi sübh, şam və xiftən namazların-

da “Fatihə” və “surə”nin bütün sözlərini, hətta onların son hərfini belə uca-

dan oxumağa diqqət yetirməlidir. 

Məsələ 976: Qadın sübh, şam və xiftən namazlarının “Fatihə” və “surə”-

sini həm ucadan, həm də astadan oxuya bilər. Amma naməhrəm onun səsini 

eşitsə  və  səsini naməhrəmə  eşitdirmək harama səbəb olsa, ehtiyata əsasən, 

astadan oxumalıdır.  Əgər bilərəkdən ucadan oxusa, vacib ehtiyata əsasən, 

namazı batildir. 

Məsələ 977: Əgər bir şəxs namazı ucadan oxuyacağı yerdə bilərəkdən 

astadan oxusa yaxud astadan oxyacağı yerdə bilərəkdən ucadan oxusa, vacib 

ehtiyata  əsasən, namazı batildir. Amma unutqanlıq və yaxud şəriət hökmünü 

bilmədiyindən bu iş baş verərsə, namazı düzgündür. Əgər “Fatihə” və “surə”ni 

oxuyarkən səhvən ucadan və ya astadan oxuduğunu başa düşsə, oxuduğu 

miqdarı ikinci dəfə oxuması lazım deyildir. 



Məsələ 978: Əgər bir şəxs “Fatihə” və “surə”ni oxuyanda səsini adi qay-

dadan artıq ucaltsa, məsələn, fəryadla oxusa, namazı batildir. 



Məsələ 979: İnsan namazın qiraətini düzgün oxumalıdır. “Fatihə”ni heç 

bir yolla düzgün oxuya bilməyən  şəxs, onu bacardığı kimi oxumalıdır. 

Əlbəttə ki, bu hal, onun həmin surədən etina olunacaq qədər çox olan hissəni 

düzgün oxuduğu təqdirdədir. Lakin həmin hissə çox az olsa, vacib ehtiyata 

əsasən, Qurani–Kərimin qalan hissəsindən düzgün oxuya bildiyini öyrənib 

ona  əlavə etməlidir.  Əgər bunu bacarmasa, ona təsbih  əlavə etsin. Amma 

“surə”ni ümumiyyətlə düzgün oxuya bilməyən şəxsə onun yerinə başqa bir 

şey oxumaq vacib deyildir. Belə bir halda onun üçün namazını camaatla 

qılması, müstəhəb ehtiyatdır. 

Məsələ 980: “Fatihə”ni yaxşı bilməyən şəxs öz vəzifəsini yerinə yetir-

məyə  səy etməlidir, istər öyrənməklə, istər təlqin etməklə, istər camaat 

namazında iqtida etməklə, istərsə də şəkk etdiyi sözləri təkrar etməklə. Əgər 

vaxt dar olsa, ötən məsələdə izah olunduğu kimi qılarsa, namazı düzgündür. 

Amma öyrənməkdə səhlənkarlıq etdiyi təqdirdə, əgər mümkündürsə, (ilahi) 

əzabdan xilas olmaq üçün namazını camaatla qılsın. 



Məsələ 981: Namazın vacib əməllərini öyrətmək üçün muzd almaq, eh-

tiyata  əsasən, haramdır. Amma onun müstəhəb  əməllərini öyrətmək üçün 

muzd almaq caizdir. 

Məsələ 982: Əgər “Fatihə” yaxud “surə”nin sözlərindən birini bilərək-

dən və ya “təqsiri cəhl” üzündən deməsə  yaxud bir hərfin əvəzinə başqa bir 

hərf desə, məsələn, (ض) “dad” hərfinin  əvəvzinə  (ذ) “zəl” və ya (ز)  “zə” 

hərfini desə, yaxud səhv sayılacaq tərzdə “kəsrə-fəthə”sinə riayət etməsə, və 

ya “təşdid”i deməsə, namazı batildir. 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə