Microsoft Word risale1-22. 01. 2013. doc


Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəhu



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə62/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   58   59   60   61   62   63   64   65   ...   181

 

150


Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəhu 

Onun (Peyğəmbər(s)-in) şəfaətini qəbul et və onun dərəcəsini (məqamı-

nı) Öz yanında ucalt! 

Əssəlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuhu 

Ey Peyğəmbər(s), Allahın salamı, rəhməti və bərəkəti sənə olsun! 



Əssəlamu əleyna və əla ibadillahis-salihin 

Allahın salamı bizə və Allahın yaxşı bəndələrinə olsun! 



Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu 

Allahın salamı, rəhməti və bərəkəti sizə (möminlərə) olsun! 



Namazın “təqibat”ı  

(Namazdan sonra oxunan zikr, dua və Quran) 

Məsələ 1103: İnsanın namazdan sonra bir az “təqib”-lə məşğul olması, 

yəni, zikr, dua və Quran oxuması müstəhəbdir. Yaxşı olar ki, öz yerindən 

hərəkət etməmiş, dəstəmazı, qüslü və ya təyəmmümü batil olmamış namazın 

təqibatını üzü qibləyə oxusun. Təqibatın  ərəb dilində olması da vacib 

deyildir. Amma yaxşı olar ki, dua kitablarında göstərilən dua və münacatları 

oxusun. Daha çox tövsiyə edilən təqibatdan biri xanım Fatimeyi-Zəhra(ə)-

nin “təsbih”ini, yəni, tərtiblə otuz dörd dəfə “Allahu əkbər”, sonra otuz üç 

dəfə  “Əlhəmdulillah”, sonra isə otuz üç dəfə  “Subhanəllah” – deməkdir. 



“Subhanəllah”ı  “Əlhəmdulillah”dan  əvvəl də demək olar. Amma yaxşı 

olar ki, “Əlhəmdulillah”dan sonra deyilsin. 



Məsələ 1104: Namazdan sonra şükür səcdəsi etmək müstəhəbdir. Belə 

ki, şükür səcdəsi məqsədilə alnını yerə qoyması kifayətdir. Amma yaxşı olar 

ki, yüz dəfə ya üç dəfə, hətta bir dəfə belə“Şukrən lillah”“Şukrən” və ya 

“Əfvən” – desin. Habelə müstəhəbdir ki, insana bir nemət çatdıqda və yaxud 

ondan bir bəla uzaqlaşdıqda, şükür səcdəsi yerinə yetirsin. 



 

Həzrət Peyğəmbər(s)-ə salavat göndərmək 

Məsələ 1105: İnsan hər vaxt həzrət Peyğəmbərin (səlləllahu  əleyhi və 

alihi və səlləm) mübarək adını, məsələn, Məhəmməd, Əhməd(s), yaxud lə-

qəb və künyəsini, məsələn, Mustafa, Əbülqasim(s) desə yaxud eşitsə, namaz-

da olsa belə, müstəhəbdir ki, salavat göndərsin. 



Məsələ 1106: Həzrət Peyğəmbər(s)-in mübarək adını yazanda, salavatı 

da yazmaq müstəhəbdir. Həmçinin yaxşı olar ki, hər zaman o həzrət(s)-i yad 

etsə, salavat göndərsin. 

 



 

151


Namazı batil edən əməllər 

Məsələ 1107: On iki əməl namazı batil edir və onlara “mubtilat” (batil 

edənlər) deyilir: 



1.  Namazın  əsnasında onun şərtlərindən biri pozulsa; məsələn, namaz 

əsnasında başa düşsə ki, paltarı nəcisdir. 



2. Namazda ikən bilərəkdən yaxud səhvən ya da çarəsizlikdən dəstəmaz 

və ya qüslü batil edən bir işlə qarşılaşarsa; məsələn, ondan sidik çıxarsa; 

hətta vacib ehtiyata əsasən, səhvən və ya çarəsizlikdən namazın son səcdə-

sindən sonra qarşıya çıxsa belə (namazı batil olur). Lakin sidik və yaxud 

qaitin qarşısını ala bilməyən bir şəxsdən namaz əsnasında sidik və ya qait xa-

ric olarsa, dəstəmaz hökmlərində qeyd edilən qaydalara əməl etsə, namazı 

batil olmaz. Həmçinin namaz əsnasında istihazəli qadından qan xaric olsa

istihazənin göstərişinə əməl etsə, namazı düzgündür. 



Məsələ 1108: İxtiyarsız halda yuxulayıb yatan şəxs namaz əsnasında 

yaxud namazdan sonra yatdığını bilməsə, namazı yenidən qılması lazım 

deyildir; bu şərtlə ki, xalqın nəzərində qıldığı miqdara namaz deyilsin. 

Məsələ 1109: Əgər ixtiyari halda yatdığını bilsə, lakin namazdan sonra, 

yoxsa namaz əsnasında namaz qıldığını unudaraq yatdığına şəkk etsə, nama-

zı ötən məsələdə qeyd edilən şərt əsasında düzgündür. 

Məsələ 1110: Əgər səcdə halında yuxudan ayılsa və şəkk etsə ki, nama-

zın sonuncu səcdəsindədir ya şükür səcdəsində, istər ixtiyarsız yuxuladığını, 

istərsə də ixtiyari halda yatdığını bilsə, namazın düzgünlüyünə hökm olunur 

və yenidən qılmaq lazım deyildir. 



3.  Namazı batil edənlərdən biri də təvazö və ədəb məqsədilə əlləri bir-

birinin üzərinə qoymaqdır. Lakin namazın bu işlə batil olması ehtiyata əsa-

səndir. Lakin şəriət göstərişi niyyəti ilə yerinə yetirilsə, onun haram olmasın-

da şəkk yoxdur. 



Məsələ 1111: Əgər unutqanlıq yaxud çarəsizlik ya təqiyyə ya da əli qaşı-

maq kimi başqa işlər üzündən əlləri bir-birinin üzərinə qoysa, eybi yoxdur. 



4. Namazı batil edənlərdən biri də “Fatihə”ni oxuyandan sonra “amin” –

deməkdir. “Amin” – deməklə namazın batil olması  məmumdan başqasında 

ehtiyata  əsasəndir. Lakin şəriət göstərişi niyyəti ilə yerinə yetirilsə, onun 

haram olmasına  şəkk yoxdur. Həmçinin “amin” sözünü səhvən və yaxud 

təqiyyə üzündən desə, namazının eybi yoxdur. 

5. Namazı batil edən əməllərdən biri də üzrsüz olaraq qiblədən dönmək-

dir. Amma üzrlü olaraq dönsə, məsələn, unutqanlıqdan yaxud şiddətli külə-

yin onu qiblədən döndərməsi kimi məcburi olaraq qiblədən dönsə və sağ və 

sol tərəfə çatmasa, onun namazı düzgündür. Amma lazımdır ki, üzrü aradan 

qalxan kimi dərhal üzünü qibləyə çevirsin. Əgər sağ və sol tərəfə çatsa ya-

xud arxası qibləyə olsa, əgər unutqanlıqdan yaxud qəflətdən olsa və yaxud 

qibləni təyin etməkdə  səhv etsə  və elə bir vaxtda yadına düşsə ki, namazı 



 

152


pozsa, ikinci dəfə üzü qibləyə qıla bilər, hətta onun bir rükəti vaxt daxilində 

qılınsa da, namazı yenidən qılmalıdır. Əks halda, həmin namazla kifayətlən-

sin və qəza etməsi də lazım deyildir. Həmçinin onun qiblədən dönməsi məc-

buri şəkildə olsa, bacardığı qədər qiblədən dönmədən namazı ikinci dəfə qıl-

malıdır. Əks təqdirdə, həmin namazı tamamlasın və ona namazı yenidən qıl-

maq və qəza etmək lazım deyildir. 



Məsələ 1112: Əgər yalnız üzünü qiblədən döndərsə, bədəni isə qibləyə 

tərəf olsa, arxasından bir miqdar görə biləcək qədər başını geriyə döndərmiş-

dirsə, bu da öncə zikr olunduğu kimi, qiblədən dönmə hökmünü daşıyır. 

Amma qiblədən dönməsi bu həddə olmasa, amma camaatın nəzərində çox 

sayılsa, vacib ehtiyata əsasən, namazını yenidən qılmalıdır. Amma boynunu 

az bir miqdarda qiblədən döndərsə, bu işin məkruh olduğuna baxmayaraq, 

namazı batil olmaz. 

6.  Namazı batil edən  əməllərdən biri də bilərəkdən danışmaqdır; hətta 

dediyi söz bir hərfdən ibarət olsa da, əgər ərəb dilində “qoru” mənasını verən 

(ق) “qi” sözü kimi və yaxud əlifba hərflərindən ikincisi olan və sual edən 

şəxsin cavabında söylənilən “b” hərfi kimi olsun. Əgər hər hansı bir mənanı 

ifadə etməyən iki və ya daha çox hərfdən ibarət olsa, yenə  də ehtiyata 

əsasən, namazı batil edər. 



Məsələ 1113: Əgər namaz əsnasında səhvən bir və ya daha çox hərfdən 

ibarət olan bir söz desə və həmin sözün mənası olsa da, namazı batil olmaz. 

Amma ehtiyata əsasən, namazdan sonra səhv səcdəsi yerinə yetirməlidir. 

Məsələ 1114: Namazda öskürmək və ya gəyirməyin eybi yoxdur. Vacib 

ehtiyata  əsasən, namazda ixtiyar halında “ah” çəkməsin və nalə etməsin. 

Amma namazda “ax” və “ah” kimi nidaların deyilməsi bilərəkdən olsa, na-

mazı batil edər. 



Məsələ 1115: Əgər zikr məqsədi ilə, məsələn, “Allahu əkbər” – desə və 

onu deyərkən başqasına bir məsələni başa salmaq üçün səsini ucaltsa, eybi 

yoxdur. Həmçinin zikr məqsədi ilə bir söz desə və bu iş bir məsələyə diqqət 

yetirməyə səbəb olsa, eybi yoxdur. Amma əsla zikr məqsədi olmasa yaxud 

hər iki məqsədi güdsə və sözü hər iki mənada işlətsə, namazı batil olar. Am-

ma məqsədi zikr demək olsa və bu zikri deməkdə məqsədi başqasına bir mə-

sələni anlatmaq olsa, namazı düzgündür. 

Məsələ 1116: Namazda vacib səcdəsi olan dörd ayəni müstəsna etməklə 

Quran oxumaq və dua etməyin eybi yoxdur. Amma müstəhəb ehtiyata görə, 

ərəb dilindən başqa bir dildə dua etməsin. 

Məsələ 1117: Əgər “Fatihə”nin, “surə”nin və yaxud namazın zikrlərini 

bilərəkdən və ya ehtiyatən bir neçə dəfə desə, eybi yoxdur. 



Məsələ 1118:  İnsan namaz halında başqasına salam verməməlidir.  Əgər 

başqası ona salam versə, cavab verməlidir. Amma salamın cavabı salam kimi 

olmalıdır, yəni, salamın  əslinə bir söz əlavə olunmamalıdır, məsələn, salamın 

cavabında “salamun əleykum və rəhmətullahi və bərəkatuh” – deyilməməlidir. 

Hətta vacib ehtiyata əsasən, “əleykum” və ya “əleykə” sözü cavabda “salam” 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə