Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə61/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   57   58   59   60   61   62   63   64   ...   181

 

147


tirməlidir. Namazda dedikləri sözləri də adi qaydada fasiləsiz deməlidir. 

Əgər onların arasında ona “namaz qılır” – deyilməyəcək həddə uzun fasilə 

versə, namazı batildir. 

Məsələ 1096: Əgər namazda səhvən hərf və sözlərin arasında fasilə ver-

sə və fasilə namazın surətini dəyişəcək qədər olmasa, sonrakı rüknə məşğul 

olmadığı təqdirdə, həmin hərf və sözləri adi qayda ilə oxumalıdır. Əgər on-

dan sonra nə isə deyibsə, təkrar etməlidir və  əgər sonrakı rüknə  məşğul 

olubsa, namazı düzgündür. 

Məsələ 1097: Ruku və  səcdələri uzatmaq və namazda böyük surələri 

oxumaq, “müvalat”ı (ardıcıllığı) pozmaz. 



Qunut 

Məsələ 1098: Bütün vacib və müstəhəb namazlarda ikinci rükətin ruku-

sundan  əvvəl qunut tutmaq müstəhəbdir. Amma “şəf” namazında qunutu 

“rəca” niyyətilə yerinə yetirməlidir. “Vitr” namazında bir rükət olduğuna 

baxmayaraq, rukudan əvvəl qunut tutmaq müstəhəbdir. “Cümə” namazının 

hər rükətində bir qunut, “Ayat” namazının beş qunutu, iki rükətdən ibarət 

olan “Fitr” və “Qurban” bayramlarının namazının isə bir neçə qunutu var ki, 

gələcək hökmlərdə geniş şəkildə qeyd olunacaq.  

Məsələ 1099: Qunutda əlləri üzün müqabilində və içini göyə tərəf tut-

maq, bir-birinə yaxın saxlamaq, baş barmaqdan başqa digər barmaqları bir-

birinə birləşdirmək və  əllərin içinə baxmaq müstəhəbdir. Hətta vacib eh-

tiyata əsasən, zərurət halı istisna olmaqla, əlləri qaldırmadan qunut düzgün 

deyildir. 

Məsələ 1100: Qunutda hər hansı zikri desə, hətta bir dəfə  “Subhanəl-

lah” – desə də, kifayətdir. Yaxşı olar ki, belə desin: 

“La ilahə illəllahul-həlimul-kərim, la ilahə illəllahul-əliyyul-əzim, 

subhanəllahi Rəbbis-səmavatis-səb`i və  Rəbbil-ərədinəs-səb`i və ma fi-

hinnə  və ma beynəhunnə  və  Rəbbil-ərşil-əzim, vəlhəmdulillahi Rəbbil-

aləmin.” 

Məsələ 1101: Müstəhəbdir ki, insan qunutu ucadan oxusun. Amma na-

mazı camaatla qılınan  şəxsin səsini imam-camaat eşidərsə, qunutu ucadan 

oxuması müstəhəb deyildir. 

Məsələ 1102: Əgər bilərəkdən qunut tutmasa, qəzası yoxdur və  əgər 

unutsa, ruku qədərində  əyilməmişdən öncə yadına düşsə, qalxıb oxuması 

müstəhəbdir. Əgər rukuda yadına düşsə, müstəhəbdir ki, rukudan sonra qəza 

etsin. Amma səcdədə yadına düşsə, müstəhəbdir ki, namazın salamından 

sonra qəza etsin. 



 

148


Namazın tərcüməsi 

1. “Fatihə” surəsinin tərcüməsi 

Bismillahir-rəhmanir-rəhim  

Rəhmli, mərhəmətli Allahın adı ilə! 



Əlhəmdulillahi Rəbbil-aləmin 

Həmd (şükür və tərif) olsun Allaha – aləmlərin Rəbbinə, 



Ərrəhmanir-rəhim 

(Bu dünyada hamıya) rəhmli, (axirətdə isə ancaq möminlərə) mərhəmətli 

olana, 

Maliki yəumiddin 

Haqq-hesab (qiyamət) gününün sahibinə! 



İyyakə nə`budu və iyyakə nəstə`in 

Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! 



İhdinəs-siratəl-mustəqim 

Bizi doğru yola yönəlt! 



Siratəl-ləzinə ən`əmtə əleyhim, ğeyril məğdubi əleyhim vələddallin. 

Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və (haqdan) 

azanların yoluna yox! 

 

2. “İxlas” surəsinin tərcüməsi 



Bismillahir-rəhmanir-rəhim 

Tərcüməsi yuxarıda qeyd olundu. 



Qul huvəllahu əhəd 

(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müş-

riklərə) de ki, (Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); 

Allahus-səməd 

Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O 

əzəli və əbədidir!) 

Ləm yəlid və ləm yuləd 

O, nə doğmuş, nə  də doğulmuşdur! (Allah Özünə heç bir övlad 

götürməmişdir!) 

Və ləm yəkun ləhu kufuvən əhəd  

Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur! 

 

 

3. Rukunun, səcdələrin və onlardan sonra  

müstəhəb zikrlərin tərcüməsi 

Subhanə Rəbbiyəl-əzimi və bihəmdih 

Mənim böyük Rəbbim hər bir eyib və nöqsandan pakdır və  mən Ona 

həmd edirəm. 



 

149


Subhanə Rəbbiyəl-ə`la və bihəmdih 

Mənim uca Rəbbim hər bir eyib və nöqsandan pakdır və mən Ona həmd 

edirəm. 

Səmiəllahu limən həmidəh 

Allah, Ona sitayiş edən şəxsin duasını eşitsin. 



Əstəğfirullahə Rəbbi və ətubu ileyhi 

Mən Rəbbim olan Allahdan bağışlanmaq diləyirəm və Ona tərəf qayı-

dıram. 

Bihəulillahi və quvvətihi əqumu və əq`udu 

Uca Allahın köməyi və gücü ilə durur və otururam. 



 

Qunutun tərcüməsi 

La ilahə illəllahul-həlimul-kərim 

Həlim və səxavətli olan Allahdan başqa tanrı yoxdur. 



La ilahə illəllahul-əliyyul-əzim 

Uca və böyük olan Allahdan başqa tanrı yoxdur. 



Subhanəllahi Rəbbis-səmavatis-səb`i və Rəbbil-ərədinəs-səb`i 

Yeddi göy və yeddi yerin Rəbbi olan Allah pak və münəzzəhdir. 



Və ma fihinnə və ma beynəhunnə və Rəbbil-ərşil-əzim 

O, yerlərdə, göylərdə və onların arasında olan hər bir şeyin və böyük ər-

şin Rəbbidir! 

Vəlhəmdulillahi Rəbbil-aləmin  

Həmd (şükür və tərif) olsun Allaha – aləmlərin Rəbbinə! 



 

4. Təsbihati ərbəənin tərcüməsi 

Subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər 

Uca Allah pak və münəzzəhdir, həmd-səna yalnız Ona məxsusdur. 

Allahdan başqa tanrı yoxdur və Allah vəsf edildiyindən daha böyükdür! 

 

5. Təşəhhüd və salamın tərcüməsi 

Əlhəmdulillahi, əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləhu 

Həmd-səna Allaha məxsusdur və  şəhadət verirəm ki, Allahdan başqa 

tanrı yoxdur, O, təkdir və şəriksizdir. 

Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu 

Şəhadət verirəm ki, Məhəmməd(s) Onun qulu və elçisidir. 



Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd 

Ey mənim Allahım, Məhəmmədə və Məhəmmədin ailəsinə salavat (rəh-

mət) göndər! 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə