Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə57/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   53   54   55   56   57   58   59   60   ...   181

 

138


Müstəhəb ehtiyata əsasən, başqa bir namaz da qılıb ruku vaxtında otursun və 

bacardığı qədər rukuya əyilsin. 



Məsələ 1020: Əgər ruku həddinə çatdıqdan sonra bilərəkdən başını 

qaldırsa və ikinci dəfə ruku qədər əyilsə, namazı batildir. 



Məsələ 1021: Rukunun zikri qurtardıqdan sonra qalxıb düz durmalı və vacib 

ehtiyata əsasən, bədəni aram olduqdan sonra səcdəyə getməlidir. Əgər bilərəkdən 

durmamışdan  əvvəl səcdəyə getsə, namazı batildir. Həmçinin vacib ehtiyata 

əsasən, bədəni aram olmamışdan əvvəl səcdəyə getsə də, hökm eynidir. 



Məsələ 1022: Əgər rukunu unutsa və səcdəyə çatmamışdan öncə yadına 

düşsə, ayaq üstə durmalı, sonra rukuya getməlidir və  əyilmiş halda rukuya 

qayıtmaq kifayət etməz. 

Məsələ 1023: Əgər alnı yerə çatandan sonra ruku etmədiyi yadına düşsə, 

qayıdıb durduqdan sonra rukunu yerinə yetirməlidir.  İkinci səcdədə yadına 

düşsə, namazı vacib ehtiyata əsasən, batildir. 

Məsələ 1024: Rukuya getməmişdən əvvəl ayaq üstə olduğu halda təkbir 

demək, rukuda dizləri arxaya verib kürəyi düz saxlamaq, boynunu çəkib arxa 

ilə  bərabər etmək, iki qədəmin arasına baxmaq, zikrdən  əvvəl yaxud sonra 

salavat zikr etmək və rukudan qalxdıqdan sonra düz dayanıb bədən aram 

olduğu vaxt “Səmiəllahu limən həmidəh.” – demək müstəhəbdir. 

Məsələ 1025: Müstəhəbdir ki, qadın rukuda əllərini dizlərindən yuxarı 

qoysun və dizlərini arxaya verməsin. 



Səcdələr 

Məsələ 1026: Namaz qılan  şəxs müstəhəb və vacib namazların hər 

rükətində rukudan sonra iki səcdə yerinə yetirməlidir. Səcdə odur ki, alnı 

xüsusi formada “xüzu” qəsdi ilə yerə qoysun. Namazın səcdəsində iki əlin 

içini, iki dizi və iki ayağın baş barmağını yerə qoymaq vacibdir. Alın 

dedikdə, vacib ehtiyata əsasən, alnın ortası nəzərdə tutulur və həmin hissə iki 

qaşın arasında (alnın ortasında) tük bitən yerə qədər iki fərzi xətt çəkməklə 

alınan dördbucaqdır. 

Məsələ 1027: İki səcdə birlikdə bir rükndür. Əgər  şəxs vacib namazın 

bir rükətində unutqanlıq üzündən və ya məsələni bilmədiyindən hər ikisini 

tərk etsə, namazı batildir. Həmçinin vacib ehtiyata əsasən, əgər bir rükətdə 

iki səcdə unutqanlıq yaxud “qüsurlu nadanlıq” üzündən artırılarsa da, hökm 

eynidir. (“Qüsurlu nadanlıq” odur ki, nadan öz nadanlığında üzrlü olsun.) 

Məsələ 1028: Əgər bilərəkdən bir səcdə az və yaxud çox etsə, namazı 

batildir. Əgər səhvən bir səcdə az və yaxud çox etsə, namazı batil olmaz və 

az etdiyi surətdə, hökmü “səhv səcdəsi”nin hökmlərində qeyd ediləcəkdir. 

Məsələ 1029: Bir kəs alnını yerə qoymağı bacarırsa, yerə qoymalı  və 

əgər bilərəkdən və yaxud səhvən yerə qoymasa, başqa üzvlərini yerə çatdırsa 




 

139


da, səcdə etməmişdir. Amma alnını yerə qoysa və  səhvən başqa üzvlərini 

yerə çatdırmasa yaxud səhvən zikr deməsə, səcdə düzgündür. 



Məsələ 1030: Yaxşı olar ki, ixtiyar halında səcdədə üç dəfə  “Subha-

nəllah” yaxud bir dəfə “Subhanə Rəbbiyəl-ə`la və bihəmdih” – desin. Bu 

ibarələr ardıcıl və  ərəb dilində düzgün deyilməlidir.  Əlbəttə, hər hansı bir 

zikri demək kifayət edər, amma vacib ehtiyata əsasən, bu miqdarda olmalı-

dır. Müstəhəbdir ki, “Subhanə  Rəbbiyəl-ə`la və bihəmdih” üç ya beş ya 

yeddi ya da çox deyilsin. 

Məsələ 1031: Səcdə halında namaz qılanın bədəni aram (hərəkətsiz) ol-

malı, öz bədənini ixtiyar halında, hətta ehtiyata əsasən, vacib zikrə  məşğul 

olmasa da, elə də tərpətməməlidir ki, aramlığı aradan getsin. 

Məsələ 1032: Əgər alnı yerə çatmamışdan və bədəni aram olmamışdan 

öncə bilərəkdən səcdənin zikrini desə, namazı batildir. Amma zikri bədən 

aram olan halda yenidən desə, batil olmaz. Əgər zikri bitirməzdən əvvəl bilə-

rəkdən başını səcdədən qaldırsa, namazı batildir. 



Məsələ 1033: Əgər alın yerə çatmamışdan əvvəl səhvən səcdənin zikrini 

desə və səcdədən qalxmamış səhv etdiyini başa düşsə, bədəni aram olduqdan 

sonra ikinci dəfə zikri deməlidir. Amma alnı yerə çatdıqdan sonra və bədən 

aram olmamışdan əvvəl səhvən zikri desə, təkrar etmək lazım deyildir. 



Məsələ 1034: Əgər başını  səcdədən qaldırdıqdan sonra başa düşsə ki, 

səcdənin zikri qurtarmazdan əvvəl başını qaldırıb, namazı düzgündür. 



Məsələ 1035: Əgər səcdənin zikrini qurtarmamışdan öncə səhvən alnını 

yerdən qaldırsa, onu təzədən yerə qoya bilməz və onu bir səcdə hesab etmə-

lidir. Amma başqa üzvləri səhvən yerdən qaldırsa, onu ikinci dəfə yerə qoy-

malı və zikri deməlidir. 



Məsələ 1036: Birinci səcdənin zikri qurtardıqdan sonra oturmalı  və 

bədəni aram olduqdan sonra ikinci dəfə səcdəyə getməlidir. 



Məsələ 1037: Namaz qılanın alnının yeri dizlərinin və ayağının baş 

barmaqlarının yerindən dörd bağlı barmaq qədər yuxarı və ya aşağı olmama-

lıdır. Əksinə, vacib ehtiyata əsasən, alnının yeri dayandığı yerdən dörd bağlı 

barmaqdan yuxarı və ya aşağı olmasın. 



Məsələ 1038: Üzüaşağı yerdə – hətta onun üzüaşağı olması düzgün mə-

lum olmasa da – namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarından 

dörd bağlı barmaqdan yuxarı və ya aşağı olsa, namazı mübahisəlidir. 

Məsələ 1039: Əgər alnını  səhvən dizlərinin və ayaq barmaqlarının ye-

rindən dörd bağlı barmaqdan hündür olan bir şeyin üzərinə qoysa və onun 

hündürlüyü “səcdə halındadır” – deyilməyəcək qədər çox olsa, başını onun 

üzərindən qaldırıb, hündürlüyü dörd bağlı barmaqdan çox olmayan bir şeyin 

üzərinə qoymalıdır. Amma onun hündürlüyü “səcdə halındadır” – deyiləcək 

qədərdirsə, vacib zikri dedikdən sonra xəbərdar olsa, başını səcdədən qaldı-

rıb namazı tamamlaya bilər; əgər vacib zikri deməzdən əvvəl xəbərdar olsa, 

alnını onun üzərindən hündürlüyü dörd bağlı barmaq qədər və ya daha az 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə