Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə52/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   48   49   50   51   52   53   54   55   ...   181

 

127


Namazın vacib əməlləri 

Namazın on bir vacib əməli vardır: 



1. Niyyət. 

2. Qiyam, yəni, ayaq üstə dayanmaq. 

3. “Təkbirətul-ehram”, yəni, namazın əvvəlində “Allahu əkbər” demək. 

4. Ruku.  

5. Səcdələr. 

6. Qiraət. 

7. Zikr. 

8. Təşəhhüd. 

9. Salam. 

10. Tərtib.  

11. “Müvalat”, yəni, namazın hissələrini ardıcıl və fasiləsiz yerinə yetirmək. 

Məsələ 924: Namazın bəzi vacib əməlləri “rükn” sayılır. Yəni, insan 

onları istər bilərəkdən, istərsə də səhvən yerinə yetirməsə, namazı batil olar. 

Bəzi  əməllər isə rükn deyildir, yəni, səhvən azalsa, namaz batil olmaz. 

Namazın rüknü beşdir: 



1. Niyyət. 

2. “Təkbirətul-ehram”. 

3. Rukuya bitişik qiyam, yəni, rukudan əvvəl ayaq üstə dayanmaq. 

4. Ruku. 

5. Bir rükətdə iki səcdə. 

Amma bilərəkdən artırılsa, mütləq  şəkildə namaz batil olur və  səhvən 

ruku və yaxud bir rükətdə iki səcdəni artırdığı təqdirdə, vacib ehtiyata əsa-

sən, namaz batildir. Əks təqdirdə, batil deyildir. 



Niyyət 

Məsələ 925: İnsan namazı “qürbət” niyyəti ilə, yəni, Uca Allahın dərga-

hında bəndəçilik və Onun əmrini yerinə yetirmək məqsədilə  qılmalıdır. 

Amma niyyəti qəlbindən keçirmək və yaxud dili ilə “dörd rükət zöhr namazı 

qılıram qürbətən iləllah” ibarəsini demək lazım (vacib) deyildir. 



Məsələ 926: Əgər zöhr və ya əsr namazını  qılarkən “dörd rükət namaz 

qılıram” – deyə niyyət etsə, amma namazın zöhr və ya əsr olduğunu müəyyən 

etməsə, namazı batildir. Amma zöhr namazının birinci namaz, əsr namazının isə 

ikinci namaz kimi təyin etsə, kifayətdir. Həmçinin məsələn, zöhr namazının 

qəzası vacib olan şəxs zöhr namazının vaxtında zöhr namazının  ədasını  və 

yaxud qəzasını qılmaq istəsə, qılacağı namazı niyyətində müəyyən etməlidir. 



Məsələ 927: İnsan namazının başlanğıcından sonuna qədər öz niyyətin-

də qalmalıdır. Beləliklə, əgər ondan namaz əsnasında “nə edirsən?” – deyə 




 

128


soruşsalar və o da nə cavab verəcəyini bilməyəcək qədər qəflətdə olarsa, na-

mazı batildir. 



Məsələ 928: İnsan yalnız Uca Allahın dərgahında bəndəçilik etmək və 

Onun əmrini icra etmək üçün namaz qılmalıdır. Riya və özünü xalqa göstər-

mək üçün namaz qılan şəxsin namazı batildir; istər sırf xalqa göstərmək üçün 

olsun, istərsə də Allahla xalqı birgə nəzərə alsın, fərqi yoxdur. 



Məsələ 929: Əgər namazın bir hissəsini Allahdan başqası üçün yerinə 

yetirsə, istər həmin hissə “Fatihə” surəsi kimi vacib hissə olsun, istərsə  də 

qunut kimi müstəhəb, qeyri-ilahi niyyəti namazın hamısına sirayət edərsə, 

məsələn, riya məqsədi həmin hissəyə aid bir əməldə olsa və yaxud həmin 

hissəni yenidən icra etmək namazı batil edən bir çoxluğun meydana gəlməsi-

nə yol açarsa, namazı batildir. Əgər namazı Allah rizası üçün qılırsa, lakin 

camaata göstərmək üçün məscid kimi xüsusi bir yerdə yaxud vaxtın  əvvəli 

kimi müəyyən bir vaxtda və yaxud camaat namazı kimi xüsusi bir tərzdə qı-

larsa, namazı batildir. 

Təkbirətul-ehram 

Məsələ 930: Hər namazın əvvəlində “Allahu əkbər” – demək vacib və 

rükndür. “Allah”  və “əkbər”  sözlərinin hərflərini, habelə “Allah”  və “ək-



bər” sözlərini ardıcıl və ərəb dilində düzgün demək lazımdır. Əgər ərəb di-

lində səhv deyilsə yaxud məsələn, onun tərcüməsini azərbaycan dilində desə

düzgün deyildir. 

Məsələ 931: Müstəhəb ehtiyata görə, namazın təkbirətul-ehramını ondan 

əvvəl söylədiyi sözlərə, məsələn, iqaməyə və təkbirdən əvvəl oxuduğu dua-

lara birləşdirməsin. 

Məsələ 932: Əgər insan “Allahu  əkbər”  ibarəsini ondan sonra dediyi 

ibarəyə, məsələn, “Bismillahir-rəhmanir-rəhim” ibarəsinə bitişdirmək istə-

sə, yaxşı olar ki, “əkbər” sözünün “r” hərfini “zəmmə” ilə (əkbəru) oxusun. 

Amma müstəhəb ehtiyata görə, vacib namazda bitişdirməsin. 



Məsələ 933: Vacib namazda təkbirətul-ehram deyən vaxt bədən aram ol-

malıdır. Əgər bilərəkdən bədəni hərəkət etdiyi zaman təkbirətul-ehram desə, 

batildir. 

Məsələ 934: İnsan təkbir, “Fatihə”, “surə”, zikr və duanı ən azı öz səsini 

eşidə biləcək  şəkildə deməlidir.  Əgər qulağının ağır eşitməsi yaxud kar ol-

ması və ya çox səs-küy üzündən öz səsini eşidə bilməsə, elə deməlidir ki, bir 

maneə olmasa, eşitsin. 



Məsələ 935: Müəyyən səbəbdən lal olan və yaxud dilindəki xəstəlikdən 

“Allahu əkbər”i deyə bilməyən bir şəxs necə deyə bilirsə, elə də deməlidir. 

Heç cür deyə bilmirsə, təkbiri qəlbindən keçirməli, onun oxunuşunu göstər-

məyə uyğun olacaq şəkildə barmağı ilə işarə etməli və mümkün olduğu təq-



 

129


dirdə dil və dodaqlarını da tərpətməlidir. Ancaq anadangəlmə lal olan şəxs 

təkbiri deyən  şəxslər kimi dil və dodağını  hərəkət etdirməli və onun üçün 

barmağı ilə də işarə etməlidir. 

Məsələ 936: Təkbirətul-ehramdan əvvəl aşağıda göstərilən duanı “rəca” 

məqsədi ilə oxumaq müstəhəbdir: 



“Ya muhsinu qəd ətakəl-musi. Və qəd əmərtəl-muhsinə ən yətəcavə-

zə ənil-musi. Əntəl-muhsinu və ənəl-musi. Bihəqqi Muhəmmədin və ali 

Muhəmməd. Səlli  əla Muhəmmədin və ali Muhəmmədin və  təcavəz  ən 

qəbihi ma tə-ləmu minni.” 

Tərcüməsi: “Ey bəndələrinə yaxşılıq edən Allah, günahkar bəndən Sənin 

qapına gəlib və Sən əmr etmisən ki, xeyirxah şəxs günahkar şəxsi bağışlasın, 

Sən xeyirxahsan, mən isə günahkar. Məhəmməd və onun ailəsinin xatirinə 

Öz rəhmətini (salavatını) Məhəmməd və onun ailəsinə göndər və  məndən 

baş vermiş pis işləri (ki, Sən onları bilirsən) bağışla.” 



Məsələ 937: Namazın birinci təkbirini və namazın arasındakı təkbirləri 

deyən zaman əlləri qulaqların müqabilinə qaldırmaq müstəhəbdir. 



Məsələ 938: Təkbirətul-ehramı deyib-deməməsinə şəkk edən şəxs, əgər 

qiraəti oxumağa başlayıbsa,  şəkkinə etina etməməli və  əgər oxumayıbsa, 

təkbir deməlidir. 

Məsələ 939: Əgər təkbirətul-ehramı dedikdən sonra onu düzgün deyib-

demədiyinə şəkk etsə, istər bir şeyi oxumağa başlamış olsun və ya olmasın, 

şəkkinə etina etməməlidir. 

Qiyam (Ayaq üstə dayanmaq) 

Məsələ 940: “Təkbirətul-ehram” – deyilən vaxtdakı qiyam ilə rukuya bi-

tişik qiyam adlı rukudan əvvəlki qiyam rükndür. Amma “Fatihə” və “surə” 

oxunan vaxtdakı qiyamla rukudan sonrakı qiyam rükn deyildir. Əgər bir şəxs 

unutqanlıqdan onu yerinə yetirməsə, namazı düzgündür. 



Məsələ 941: Təkbirətul-ehramı qıyam halında deməsinə əmin olması üçün 

bir az ondan əvvəl və bir az da ondan sonra ayaq üstə dayanması vacibdir. 



Məsələ 942: Əgər “Fatihə” və “surə”ni dedikdən sonra unudaraq ruku 

etmədən otursa və ruku etmədiyini başa düşsə, ayağa qalxıb rukuya getməli-

dir. Əgər ayaq üstə durmadan, elə əyilən halda ruku halına qayıtsa, rukuya 

bitişik qiyamı yerinə yetirmədiyi üçün kifayət etməz. 



Məsələ 943: Təkbirətul-ehram və yaxud qiraət üçün ayaq üstə durarsa, 

yol getmək və ya bir tərəfə  əyilmək olmaz. Vacib ehtiyata əsasən, bədəni 

hərəkət etdirməsin və ixtiyar halında bir yerə söykənməsin. Amma çarəsiz 

olsa, eybi yoxdur. 



Məsələ 944: Qiyam halında olduğunu unudaraq, bir qədər yerisə ya bir 

tərəfə əyilsə yaxud bir yerə söykənsə, eybi yoxdur. 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə