Microsoft Word risale1-22. 01. 2013. doc


Namazda bədənin örtülməsi



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə45/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   41   42   43   44   45   46   47   48   ...   181

 

108


Namazda bədənin örtülməsi 

Məsələ 771: Kişi namaz halında onu bir kəs görməsə də, ayıb yerlərini 

örtməlidir. Yaxşı olar ki, göbəkdən dizə qədər örtsün. 



Məsələ 772: Qadın namaz halında bədənini tamamılə, hətta başını  və 

saçını örtməlidir. Vacib ehtiyata əsasən, hətta bədənini özündən də örtsün. 

Deməli, qadın çarşabı, özü öz bədənini gördüyü tərzdə geyinərsə, problemli-

dir. Amma üz və əllərini biləyə və ayaqlarını topuğa qədər örtməsi lazım de-

yildir. Lakin vacib olan miqdarın örtüldüyünə yəqin etməsi üçün üzün ətrafı-

nın bir qədərini və biləkdən bir qədər aşağını da örtməlidir. 



Məsələ 773: İnsan unudulmuş  səcdənin və ya unudulmuş  təşəhhüdün 

qəzasını yerinə yetirdiyi zaman özünü namaz qıldığı zaman örtdüyü kimi ört-

məlidir. Müstəhəb ehtiyata əsasən, səhv səcdəni yerinə yetirərkən özünü ört-

sün. 


Məsələ 774: Əgər insan bilərəkdən namazda ayıb yerlərini örtməsə, na-

mazı batildir və əgər məsələni bilmədiyi üzündən örtməsə, onun bilməməzli-

yi məsələni öyrənməkdə səhlənkarlığa görə olubsa, vacib ehtiyata görə, na-

mazını yenidən qılmalıdır. 



Məsələ 775: Əgər insan bilərəkdən namazda ayıb yerinin açıq olduğunu 

bilsə, onu örtməlidir. Bu namazı yenidən qılması da lazım deyil. Amma va-

cib ehtiyata əsasən, ayıb yerinin açıq olduğunu bildiyi halda, namazdan bir 

əməl yerinə yetirməməlidir. Amma namazdan sonra namaz halında ikən ayıb 

yerinin açıq olduğunu bilsə, namazı düzgündür. 

Məsələ 776: Əgər ayaq üstə duran halda paltarı ayıb yerini örtsə, amma 

başqa hallarda, məsələn, ruku və səcdə halında örtməsə, ayıb yeri açıq olan 

vaxt bir yolla onu örtsə, onun namazı düzgündür. Amma müstəhəb ehtiyat 

budur ki, həmin paltarla namaz qılmasın. 



Məsələ 777: İnsan namazda özünü ot-ələf və ağac yarpağı ilə örtə bilər. 

Amma müstəhəb ehtiyat odur ki, paltarı olmadıqda özünü bunlarla örtsün. 



Məsələ 778: İnsan çarəsizlikdən ayıb yerini örtməyə bir şey tapmasa, 

ayıb yerinin dərisi görünməmək üçün ona palçıq və palçığa bənzər maddə 

sürtərək örtə bilər. 

Məsələ 779: Əgər insanın namazda özünü örtmək üçün bir şeyi yoxdur-

sa, onu tapmaqdan ümidi də üzülmüşsə, vacib ehtiyata əsasən, namazını vax-

tın axırına saxlasın. Əgər bir şey tapmasa, vaxtın sonunda namazını vəzifəsi-

nə uyğun olaraq qıla bilər. Amma tapacağından ümidini üzübsə, namazını 

vaxtın  əvvəlində  vəzifəsinə uyğun qıla bilər.  Əgər bu halda namazı vaxtın 

əvvəlində qılsa və ondan sonra üzrü aradan qalxsa, onu yenidən qılması la-

zım deyildir. 

Məsələ 780: Namaz qılmaq istəyən şəxs özünü örtmək üçün hətta ağac 

yarpağı, ot, palçıq və lığ belə tapmasa və vaxtın sonuna qədər özünü örtəcək 

bir şey tapacağından ümidini üzsə, əgər ayıb yerinin örtülməsi vacib olan bir 



 

109


şəxsin onu görməyəcəyinə  əmindirsə, ayaqüstə, ixtiyari ruku və  səcdələrlə 

namaz qıla bilər. Amma möhtərəm bir şəxsin onu görəcəyinə ehtimal verər-

sə, ayıb yeri açıq olmayacaq bir şəkildə məsələn, oturan halda namaz qılma-

lıdır. Əgər özünü möhtərəm bir şəxsin nəzərindən saxlamaq üçün ayaq üstə 

durmağa, ruku və səcdəni tərk etməyə məcbur olsa, yəni, hər üç halda onu 

görəcəklərsə, oturub ruku və  səcdəni işarə ilə yerinə yetirsin. Əgər bu üç 

əməldən yalnız birini tərk etməyə məcburdursa, elə təkcə onu tərk etməlidir. 

Demək, əgər ayaq üstə dayana bilsə, ruku və səcdəni işarə ilə yerinə yetirmə-

lidir. Əgər ayaq üstə dayanmaq (ayıb yerinin) görünməsinə səbəb olarsa, otu-

rub ruku və səcdəni yerinə yetirməlidir. Bu halda müstəhəb ehtiyat odur ki, 

onları bir yerə cəm etsin; həm oturub namaz qılsın, həm də ayaq üstə ruku və 

səcdəni işarə ilə yerinə yetirsin. Vacib ehtiyata əsasən, çılpaq şəxs namaz ha-

lında ayıb yerini bəzi əzaları ilə örtsün. Məsələn, oturduğu zaman budları ilə, 

ayaq üstə ikən əlləri ilə onu örtə bilər. 



Namaz qılanın paltarı ilə bağlı şərtlər 

Məsələ 781: Namaz qılanın paltarının altı şərti vardır: 

1. Pak olsun. 

2. Vacib ehtiyata əsasən, mübah olsun (qəsbi olmasın).  

3. Leşin (ölü heyvanın) hissələrindən olmasın. 

4.  Yırtıcı heyvandan olmasın, hətta vacib ehtiyata əsasən,  əti haram 

heyvandan olmasın. 



5-6. Əgər namaz qılan kişidirsə, onun paltarı xalis ipək və qızılla toxun-

muş parçadan olmasın. 

Bunların təfsilatı gələcək məsələlərdə deyiləcəkdir. 

 

Birinci şərt 



Məsələ 782: Namaz qılanın paltarı pak olmalıdır. Əgər bir şəxs ixtiyari 

olaraq nəcis bədən və paltarla namaz qılsa, namazı batildir. 



Məsələ 783: Şəriət məsələsini öyrənməkdə  səhlənkarlıq edərək nəcis 

bədən və paltarla namazın batil olduğunu bilməyən yaxud məsələn, sperma-

nın nəcis olduğunu bilməyən şəxs nəcis bədən və ya paltarla namaz qılarsa, 

vacib ehtiyata əsasən, namazı yenidən (pak paltar və  bədənlə) qılsın və 

namazın vaxtı keçdiyi təqdirdə isə qəza etsin. 

Məsələ 784: Əgər məsələni bilmədiyindən nəcis bədən və ya paltarla 

namaz qılsa və məsələni öyrənməkdə səhlənkarlıq etməsə, namazını yenidən 

qılması və ya qəza etməsi lazım deyil. 

Məsələ 785: Əgər bir şəxs bədən və ya paltarının nəcis olmadığına əmin 

olsa və namaz qıldıqdan sonra nəcis olduğunu bilsə, namazı düzgündür. 




 

110


Məsələ 786: Bədən və ya paltarının nəcis olduğunu unudaraq namaz əs-

nasında və ya namazdan sonra vəziyyətini xatırlasa,  əgər onun unutqanlığı 

etinasızlıq və  səhlənkarlığından baş vermişsə, vacib ehtiyata əsasən, həmin 

namazı yenidən qılmalıdır. Əgər vaxt keçmişsə, namazı qəza etməlidir. Əks 

təqdirdə, namazı yenidən qılması lazım deyil. Amma namaz əsnasında yadı-

na düşsə, sonrakı məsələdə izah olunacaq hökmə əməl etməlidir. 



Məsələ 787: Vaxt geniş ikən namaz qılan şəxs namaz əsnasında bədən və 

ya paltarının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna 

ehtimal versə, bədən və ya paltarını yuyacağı ya paltarını çıxaracağı və ya dəyiş-

dirəcəyi təqdirdə namaz pozulmasa, namazda ikən bədən və ya paltarını yumalı 

ya onu dəyişdirməli ya da ayıb yerini örtən başqa bir şey varsa, həmin paltarını 

çıxarmalıdır. Amma bədən və ya paltarını yuduğu ya çıxardığı ya da dəyişdirdi-

yi zaman namaz pozulacaqdırsa yaxud paltarını  çıxarmaqla çılpaq qalacaqsa, 

vacib ehtiyata əsasən, həmin namazı pak paltarla yenidən qılmalıdır. 



Məsələ 788: Vaxt dar ikən namaz qılan şəxs namaz əsnasında paltarının 

nəcis olduğunu bilsə  və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal 

versə, paltarını yumaq, dəyişdirmək və ya çıxartmaq namazı pozmayacaqsa 

və paltarını  çıxara bilərsə, həmin paltarı yumalı  və ya dəyişdirməli ya da 

ayıb yeri başqa bir şeylə örtülüdürsə, paltarı çıxararaq namazı tamamlamalı-

dır. Amma ayıb yerinə ayrı bir şey örtməmişsə və paltarı yumağa ya dəyiş-

məyə imkanı da yoxdursa, həmin paltarla namazı tamamlamalıdır. 

Məsələ 789: Vaxt dar ikən namaz qılan şəxs namaz əsnasında bədəninin 

nəcis olduğunu bilsə, namaza başladıqdan sonra nəcis olduğuna ehtimal ver-

sə, bədəni yumaq namazı pozmasa, onu yumalıdır. Amma namazı pozacağı 

təqdirdə, namazı tamamlamalıdır və həmin namazı düzgündür. 



Məsələ 790: Bədən və yaxud paltarının pak olub-olmadığına şəkk edən 

şəxs axtarışdan sonra onda bir şey tapa bilməsə  və namaz qılsa, namazdan 

sonra bədən və ya paltarının nəcis olduğunu başa düşsə, namazı düzgündür. 

Əgər axtarış etməsə, vacib ehtiyata əsasən, namazını yenidən qılmalıdır. 

Əgər vaxt keçmişdirsə, qəza etməlidir. 

Məsələ 791: Əgər paltarını suya çəkdikdən sonra paklığına  əmin olaraq 

onunla namaz qılsa və namazdan sonra pak olmadığını bilsə, namazı düzgündür. 



Məsələ 792: Əgər bədən və ya paltarında qan görsə və həmin qanın nə-

cis olmayan qanlardan olmadığına əmin olsa, məsələn, ağcaqanad qanı oldu-

ğuna əmin olsa və namazdan sonra bu qanın namazı batil edən qanlardan ol-

duğunu bilsə, namazı düzgündür. 



Məsələ 793: Əgər bədən və ya paltarında olan bir qanın namazı batil et-

məyən nəcis qanlardan olduğuna  əmin olsa, məsələn, çiban və yaxud yara 

qanı olduğuna əmin olsa və namazdan sonra namazı batil edən qanlardan ol-

duğunu bilsə, namazı düzgündür. 



Məsələ 794: Əgər bir əşyanın nəcis olduğunu unutsa və  bədən yaxud 

paltarı rütubətli olaraq ona yetişsə və unutduğu halda namaz qıldıqdan sonra 




Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə