Microsoft Word risale1-22. 01. 2013. doc



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə35/181
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#76141
1   ...   31   32   33   34   35   36   37   38   ...   181

 

84

“Fulanəbnə fulan” – sözünün əvəzinə meyitin və atasının adını deyib 

sonra desin: 

“İnnəllahə  təbarəkə  və  təala ni-mər-Rəbbu və  ənnə Muhəmmədən 

səllallahu əleyhi və alihi ni-mərrəsulu və ənnə Əliyyəbnə Əbi Talibin və 

əuladəhul mə-suminəl isna əşərə ni-məl  əimmətu və  ənnə ma ca-ə bihi 

Muhəmmədun səllallahu əleyhi və alihi həqqun və ənnəl məutə həqqun 

və sualə Munkərin və Nəkirin fil-qəbri həqqun vəl-bə-sə həqqun vən-nu-

şurə  həqqun vəs-siratə  həqqun vəl-mizanə  həqqun və  tətayurəl-kutubi 

həqqun və ənnəl-cənnətə həqqun vən-narə həqqun və ənnəs-saətə atiyə-

tun la reybə fiha və ənnəllahə yəb-əsu mən fil-qubur.” 

Sonra desin: “Əfəhimtə ya fulan”, və “fulan” – sözünün əvəzinə meyi-

tin adını söyləsin və ondan sonra isə belə desin: 

“Səbbətəkəllahu bil-qəulis-sabiti və  hədakəllahu ila siratin mustəqim

ərrəfəllahu beynəkə və beynə əuliya-ikə fi mustəqərrin min rəhmətihi.” 

Sonra isə desin: 

 

“Allahummə cafil-ərdə ən cənbeyhi vəs-əd biruhihi ileykə və ləqqihi 

minkə burhanən, Allahummə əfvəkə əfvək.” 

Məsələ 616: Müstəhəbdir ki, meyiti qəbrə qoyan şəxs təharətli, başıaçıq 

və ayaqyalın olsun və  qəbirdən çıxarkən meyitin ayaq tərəfindən çıxsın. 

Meyitin qohumlarından başqa iştirak edən  şəxslər  əllərinin arxası ilə  qəbrə 

torpaq töküb desinlər: “İnna lillahi və inna ileyhi raciun.” 

Əgər meyit qadındırsa, onu, məhrəm olan şəxs qəbrə qoysun. Əgər məh-

rəm olmasa, qohumları onu qəbrə qoysunlar. 



Məsələ 617: Qəbri dördbucaq şəklində düzəltmək, yer səviyyəsindən 

dörd barmaq qədər yüksəltmək, (başqa qəbirlərlə) səhv düşməsin deyə üzəri-

nə bir əlamət qoymaq, qəbrin üzərinə su səpmək, suyu səpdikdən sonra ora-

da olanların əllərini qəbrin üzərinə qoyub, barmaqlarını açaraq qəbrə batırıb 

yeddi dəfə  “Qədr”  surəsini oxumaları, meyitin bağışlanmasını Allahdan 

diləmələri və bu duaları oxumaları müstəhəbdir: 



“Allahummə cafil-ərdə ən cənbeyhi vəs-əd ileykə ruhəhu və ləqqihi 

minkə ridvanən və əskin qəbrəhu min rəhmətikə ma tuğnihi bihi ən rəh-

məti mən sivakə.” 

Məsələ 618: Meyiti dəfn edən  şəxslər getdikdən sonra onun qəyyumu 

yaxud qəyyumun icazə verdiyi şəxsin meyit üçün oxunan duaları yenidən 

təlqin etməsi müstəhəbdir. 

Məsələ 619: Dəfndən sonra matəm sahiblərinə başsağlığı vermək müstə-

həbdir. Amma yaxşı olar ki, bir müddət keçdikdən sonra başsağlığı verməklə 

müsibəti xatırladacaqlarsa, onu tərk etsinlər. Həmçinin üç günə qədər meyit 

sahibinin evinə yemək göndərmək müstəhəbdir. Onların yanında və evində 

yemək yemək məkruhdur. 

Məsələ 620: İnsanın öz qohumlarının, xüsusilə övladının ölümündə sə-

birli olması, meyiti xatırladığı vaxt “İnna lillahi və inna ileyhi raciun.”




 

85

deməsi, meyit üçün Quran oxuması, ata-ananın qəbri üstə Allah-taaladan ha-



cətini diləməsi və qəbri tez xarab olmamaq üçün möhkəm düzəltməsi müstə-

həbdir. 


Məsələ 621: Ehtiyata əsasən, insanın bir kəsin ölümündə üzünü və bədə-

nini cırması, saçlarını yolması caiz deyil, amma üzə və başa vurmaq caizdir. 



Məsələ 622: Ehtiyata  əsasən, ata və qardaşdan başqalarının ölümündə 

yaxa cırmaq caiz deyil. Müstəhəb ehtiyata əsasən, hətta onların müsibətində 

də yaxa cırmasınlar. 

Məsələ 623: Əgər qadın meyitin əzasında üzünü cırsa və qanatsa ya saç-

larını yolsa, müstəhəb ehtiyata əsasən, bir qul azad etsin ya on yoxsulu ye-

dirtsin yaxud geyindirsin. Həmçinin kişi öz arvad və övladının ölümündə 

yaxa və ya paltarını cırsa, eyni hökmü daşıyır. 



Məsələ 624: Müstəhəb ehtiyata əsasən, meyitə  ağlayarkən səsi çox 

ucaltmasınlar. 



Vəhşət namazı 

Məsələ 625: Yaxşı olar ki, meyitin qəbrə qoyulduğu ilk gecə iki rükət 

“vəhşət namazı” qılınsın. İki rükətdən ibarət olan bu namazın qılınma qayda-

sı belədir; birinci rükətdə  “Həmd” surəsindən sonra bir dəfə  “Ayətəl-kür-

si”, ikinci rükətdə  də  “Həmd”  surəsindən sonra on dəfə  “Qədr”  surəsi və 

namazın salamından sonra belə deyilir: 



“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəb-əs səva-

bəha ila qəbri fulan.”  

“Fulan” – sözünün əvəzinə meyitin adını demək lazımdır. 

Məsələ 626: Vəhşət namazını meyitin qəbrə qoyulduğu ilk gecənin hər 

zamanında qılmaq olar. Amma yaxşı olar ki, gecənin  əvvəlində  və xiftən 

namazından sonra qılınsın. 

Məsələ 627: Əgər meyiti uzaq bir şəhərə aparmaq istəsələr və ya başqa 

bir səbəbdən onun dəfni təxirə salınsa, vəhşət namazını meyitin qəbrə qoyul-

duğu ilk gecəyə qədər təxirə salmaq lazımdır. 

Qəbri açmaq 

Məsələ 628: Müsəlmanın qəbrini açmaq, uşaq və ya dəli olsa belə, ha-

ramdır. Amma bədəni çürüyüb torpaq olubsa, eybi yoxdur. 



Məsələ 629: İmamzadələrin,  şəhidlərin, alimlərin qəbrini, həmçinin 

hörmətsizlik sayılacaqsa hər hansı bir qəbri xarab etmək, illər keçsə və bə-

dənləri çürüsə də haramdır. 

Məsələ 630: Bir neçə halda qəbri açmaq haram deyildir: 



 

86

1. Meyit qəsbi yerdə dəfn olunarsa və yer sahibi də onun qəbirdə qalma-

sına razı olmasa və  qəbrin açılması da əziyyətə  səbəb olmasa; əks halda 

qəbri açmaq qəsb edəndən başqasına vacib deyil. Əgər qəbrin açılması daha 

mühüm bir qadağanı tələb edərsə, lazım deyil, üstəlik caiz də deyil. Məsələn, 

meyitin bədəninin tikə-tikə olmasına, hətta hörmətsizlik olmasına səbəb 

olarsa, vacib ehtiyata əsasən, caiz deyil; bu şərtlə ki, meyitin özü həmin yeri 

qəsb etmiş olsun. 



2. Kəfən və yaxud meyitlə dəfn edilən başqa bir əşya qəsbi olsa və onun 

qəbirdə qalmasına sahibi razı olmasa. Həmçinin meyitin varislərə çatacaq bir 

mal onunla birgə dəfn edilsə və varisləri onun qəbirdə qalmasına razı olma-

salar. Amma meyit bir duanın, Qurani–Kərimin və yaxud üzüyün onunla 

dəfn edilməsini vəsiyyət etmişdirsə və onun vəsiyyəti də nüfuzludursa, onları 

çıxarmaq üçün qəbri aça bilməzlər. Ötən bənddə qeyd olunan istisna hallar 

burada da qüvvədədir. 

3.  Qəbri açmaq hörmətsizliyə  səbəb olmasa və meyit qüslsüz və ya 

kəfənsiz dəfn olunmuşsa yaxud qüslün batil olduğunu ya şəriət qaydası ilə 

kəfənə bükülmədiyini və ya onu qəbirdə üzü qibləyə qoymadıqlarını bilsələr. 

4. Qəbri açmaqdan daha əhəmiyyətli bir haqqın sübuta yetirilməsi üçün 

meyitin bədənini görmək istəsələr. 



5. Meyiti kafir qəbiristanlığında və ya zibillikdə dəfn olunduğu kimi ona 

hörmətsizlik olan bir yerdə dəfn etmişlərsə. 



6. Bətnində diri uşaq olduğu halda dəfn edilmiş hamilə qadının uşağını çıxar-

maq kimi daha əhəmiyyətli olan şəri bir məsələdən ötrü qəbri açmaq lazımdırsa. 



7.  Meyitin bədənini yırtıcı heyvanın (çıxarıb) parçalayacağından, selin 

aparacağından və ya düşmənin çıxaracağından qorxarlarsa. 



8. Meyit, onu müqəddəs məkanlardan birinə aparılıb dəfn edilməsini və-

siyyət etmişdirsə; əgər onu həmin məkana aparmaq üçün heç bir maneə ol-

madığı halda, bilərəkdən və ya unutqanlıq üzündən həmin məkana aparılma-

dan dəfn edilərsə, hörmətsizlik olmasa və başqa bir maneə də olmasa, qəbri 

açıb meyitin bədənini çıxarıb müqəddəs məkana apara bilərlər. Hətta bu 

halda qəbri açıb cənazəni aparmaq vacibdir. 



Müstəhəb qüsllər 

Məsələ 631: Müqəddəs İslam şəriətində müstəhəb qüsllər çoxdur. Aşa-

ğıdakıları buna misal göstərmək olar: 



1.  Cümə qüslü; onun vaxtı sübh azanından sonra günəşin batdığı vaxta 

qədərdir. Yaxşı olar ki, günortaya yaxın yerinə yetirilsin. Əgər günortaya qə-

dər yerinə yetirilməsə, yaxşı olar ki, gün batana qədər əda və qəza niyyəti ol-

madan yerinə yetirilsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbdir ki, şənbə 

günü sübhdən gün batana qədər onun qəzasını yerinə yetirsin. Cümə günü su 



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə